USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Heydər Əliyev prospekti ərazisində qeydə alınıb. Məlumata görə, 7 saylı marşrut xətti üzrə hərəkət edən “Ford” markalı mikroavtobus Mingəçevir Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi-nin əməkdaşı Mətləb Hacıyevi vurub.
Xəsarət alan şəxsin vəziyyəti ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. Hadisənin başvermə səbəbləri araşdırıldıqdan sonra əlavə məlumat veriləcəyi gözlənilir.