USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə baba olub.
Məlumata görə, Prezidentin qızı Sümeyye Bayraktar və həyat yoldaşı Səlcuq Bayraktar üçüncü övladlarını dünyaya gətiriblər. Bununla da Ərdoğanın nəvələrinin sayı 10-a çatıb.
2016-cı ildə ailə quran Bayraktar cütlüyünün bundan əvvəl Canan Aybüke və Asım Özdemir adlı iki övladı var idi.
Beləliklə, yeni doğulan körpə Prezident Ərdoğanın onuncu nəvəsi olub. Ərdoğan ailəsində, həmçinin Esra Ərdoğan Albayrak və Berat Albayrak cütlüyünün dörd, Bilal Ərdoğan və Reyyan Ərdoğan cütlüyünün isə üç övladı var.
Qeyd edək ki, Səlcuq Bayraktar Türkiyənin müdafiə sənayesində mühüm rol oynayan Baykar şirkətinin texnologiya rəhbəri kimi fəaliyyət göstərir.