
Astara Rayon Polis Şöbəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının birgə keçirdiyi əməliyyat zamanı Hirkan Milli Parkı ərazisində narkotik tərkibli bitkilərin qanunsuz becərildiyi sahə aşkar olunub.
Məlumata görə, çətin relyefə malik meşə sahəsində salınmış plantasiyada 179 ədəd çətənə kolu aşkarlanıb. Aparılan araşdırmalar nəticəsində həmin bitkilərin əvvəllər məhkum olunmuş 38 yaşlı Elməddin Məmmədov tərəfindən əkildiyi və onlara xüsusi qulluq göstərildiyi müəyyən edilib.
Şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb və məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq və araşdırma tədbirləri davam etdirilir.