USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Qax rayonu ərazisində narkotik tərkibli bitkilərin qanunsuz dövriyyəsinə qarşı keçirilən tədbirlər zamanı iri həcmdə yabanı çətənə aşkarlanıb.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatına görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən “Xaş-xaş-2026” adlı kompleks əməliyyat tədbirləri nəticəsində rayonun Uzuntala kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər müəyyən edilib.
Keçirilən tədbirlər zamanı ümumi çəkisi 1 ton 200 kiloqram olan 3300 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.
DİN bildirib ki, narkotik tərkibli bitkilərin kultivasiyası və qanunsuz dövriyyəsinə qarşı profilaktik və əməliyyat tədbirləri davam etdirilir.