USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Bakıda azyaşlı uşağın binadan yıxılması ilə nəticələnən ağır hadisə baş verib.
Məlumata görə, iyunun 7-də gecə saat 01 radələrində 2023-cü il təvəllüdlü M.Ə. paytaxtın Xətai rayonu, Xocalı prospektində yerləşən 17 mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsindən yıxılıb. Körpə binanın ikinci mərtəbəsinin dam örtüyünün üzərinə düşüb.
Ağır xəsarətlər alan uşaq dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin nəzarətində olan körpənin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisənin başvermə səbəbləri araşdırılır. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.