
Hindistan Hərbi Hava Qüvvələrinə məxsus An-32 tipli hərbi nəqliyyat təyyarəsi ölkənin şimal-şərqində yerləşən Assam ştatında qəzaya uğrayıb.
Hadisə yerli medianın yaydığı məlumata görə, Corhat şəhərindəki aviabazanın ərazisində baş verib. İlkin məlumatlara əsasən, təyyarə eniş zamanı idarəetməni itirərək qəzaya uğrayıb.
Qəza nəticəsində təyyarədə yanğın baş verib. Hadisə yerinə xilasedici və təcili yardım xidmətləri cəlb olunub, yanğının söndürülməsi və qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görülüb.
İlkin məlumatlara görə, hadisə zamanı 5 nəfər həyatını itirib.
Hindistan Hərbi Hava Qüvvələri bildirib ki, qəzanın səbəbləri ilə bağlı araşdırma başlanılıb. Qurum araşdırmanın ilkin mərhələsi başa çatdıqdan sonra hadisə ilə bağlı əlavə məlumatların açıqlanacağını qeyd edib.