USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Tovuz rayonunda su kanalında meyit aşkarlanıb.
Düz Cırdaxan ərazisindən keçən su kanalına baxış zamanı 1987-ci il təvəllüdlü Sərxan Dəmirovun meyiti tapılıb.
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tovuz rayon bölməsinə təhvil verilib.
Məlumata görə, S.Dəmirov ötən gün itkin düşüb.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır. Hadisənin səbəbləri müəyyənləşdirilir.