USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Bakının Xəzər rayonunda avtomobillərdən oğurluq edən şəxs saxlanılıb.
Binə qəsəbəsində 6 avtomobildən pul və digər qiymətli əşyaların oğurlanması ilə bağlı polisə məlumat daxil olub. Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş E.Rəhimov müəyyən edilərək saxlanılıb.
Polis əməkdaşlarının digər əməliyyatı isə Sumqayıtda həyata keçirilib. Şəhərdə silsilə velosiped oğurluqları törətməkdə şübhəli bilinən 39 yaşlı, əvvəllər məhkum olunmuş C.Quliyev saxlanılıb.
Araşdırma zamanı onun üzərindən narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.