USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Füzuli rayonunda polis əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərə qarşı əməliyyat keçirilib.
“Unikal” xəbər verir ki, Daxili İşlər Nazirliyinin yerli qurumlarının iştirakı ilə “Xaş-xaş-2026” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbir həyata keçirilib.
Tədbir zamanı rayonun işğaldan azad edilmiş Əbdürrəhmanlı kəndi ərazisində yabanı halda bitən çətənə kolları aşkarlanıb.
Məlumata görə, ümumilikdə 3 hektar sahədən 7847 ədəd, çəkisi 3 ton 840 kiloqram olan çətənə bitkisi müəyyən edilərək məhv edilib.
Aşkarlanan bitkilər kökündən çıxarılaraq yandırılma yolu ilə zərərsizləşdirilib.