USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Türkiyənin "Qalatasaray" klubunun kapitanı Selçuk İnan futbolçu karyerasını bitirməyi qərara alıb.
"foto.info.az"in məlumatına görə, 35 yaşlı yarımmüdafiəçi yaşıl meydanlarla cari mövsümün sonunda vidalaşacaq. O, növbəti mövsümdən baş məşqçi Fatih Terimin köməkçisi kimi çalışacaq. İnan rəqibləri analiz edəcək və komanda ilə Terim arasında körpü rolunu oynayacaq. Baş məşqçi isə onun xaricdə məşqçi kurslarına qatılmasını təmin edəcək.
Qeyd edək ki, daha öncə Selçik İnan koronavirus səbəbindən "Qalatasaray"ın üzləşdiyi zərəri qarşılamaq üçün hər cür fədakarlığa hazır olduğunu bildirib.