USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
"Hoffenhaym"ın yetirməsi Kerim Çalhanoğlu "Şalke"yə transfer olunub.
foto.info.az xəbər verir ki, bu barədə 17 yaşlı yarımmüdafiəçi özünün "İnstaqram" hesabında məlumat verib. Almaniya mətbuatı türk oyunçu ilə 4 illik müqavilə imzalandığını yazıb.
Qeyd edək ki, K.Çalhanoğlu Türkiyə millisinin və "Milan"ın futbolçusu Hakan Çalhanoğlunun əmisi oğludur.
Xatırladaq ki, K.Çalhanoğlu bu mövsüm Bundesliqa U-19 liqasında 18 matçda 2 qol vurub, 4 qolun ötürməsini verib.