USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Bu il Rusiyanın Kazan şəhərində keçirilməli olan MDB ölkələri Oyunlarının vaxtı yenidən dəyişdirilə bilər.
"foto.info.az"in məlumatına görə, bu barədə TASS-a Tatarıstanın İdman naziri Vladimir Leonov deyib.
O bildirib ki, təşkiltçılar yarışın oktyabrın əvvəlində təşkilini planlaşdırsalar da, koronavirus pandemiyası səbəbindən onun yenidən təxirə salınması variantını da nəzərdən keçirirlər.
Qeyd edək ki, MDB ölkələrinin Oyunları 20 - 27 avqustda keçirilməli idi. Yarışda Azərbaycan da daxil olmaqla, MDB-nin 11 ölkəsindən yaşı 16-dək olan 2 500 idmançı iştirak edəcək. Turnirin proqramına 21 idman növü salınıb. Oyunlarda 280 dəst medal sahibini tapacaq.