USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

AzTV-də Rövşən Məmmədovun "sezon finalı": - Nə dəyişdi, nə qaldı və nə baş verir..?

Mədəniyyət

25-05-2020, 10:27

AzTV-də Rövşən Məmmədovun "sezon finalı": - Nə dəyişdi, nə qaldı və nə baş verir..?Postpandemiya dönəmində dünyanın büsbütün dəyişəcəyini proqnozlaşdıranlara və ya dəyişməli olduğunu iddia edənlərə haqq qazandırmamaq mümkün deyil. Görünən odur ki, qlobal dünya və onun bir parçası olan Azərbaycan da inqilabi dəyişikliklərə hamilədir. Təbii ki, söhbət sistem və ya hakimiyyət dəyişikliyindən deyil, insan oğlunun davranışlarından gedir. Hələliksə koronabəla ilə elliklə savaşmaqda, eyni zamanda da onunla "burun-buruna" yaşamaq zorundayıq.

Biz də qələm əhli olaraq prezident İlham Əliyevin təbirincə desək, onun köməkçiləri və ölkədə ictimai nəzarəti təşkil edən hakimiyyətin dördüncü qolu kimi belə təlatümlü zamanda cəmiyyət həyatının bir çox məqamlarına toxunmaq, xoşxassəli dəyişiklikləri təqdir etmək, bədxassəli davranışların mövcudluğunu isə ifşa etmək haqqına sahibik.

Dəyərli oxucu! Ümid edirəm ki, bu sətirlərin müəllifinin Azərbaycan Televiziyasında postAlışanov dönəmində baş verənlərlə bağlı müşahidələrinin ictimaiyyətə bölüşmə zərurəti hiss etməsini də anlayışla qarşılayacaqsınız...

Gəlin hər şeydən öncə bu suala cavab axtaraq ki, son dövrlərdə AzTV - də nə baş verir və cəmiyyət bu qurumda yaşananlardan müfəssəl məlumatlıdırmı? Təbii ki, bir tamaşaçı olaraq pandemiya dövründə AzTV -nin xəbər istehsalçılığı və informasiyaların operativ çatdırılması sahəsində təqdim etdiyi yenilikləri görməmək mümkün deyil. Ancaq təbii ki, sadə tamaşaçı AzTV -də baş verənlərlə bağlı o qədər də məlumatlı deyil. Elə isə, mühakimə yürütməkdə onlara yardım edək...

2019-cu ilin yanvarında Azərbaycan Prezidenti “Azərbaycan Televizya və Radio Verilişləri” QSC-ni gənc və daim efirlərdə ictimai-siyasi mövzularda kreativ aparıcılıq üslubu ilə diqqətimizi çəkən bir jurnalistə - Rövşən Məmmədova həvalə etdi. Yeri gəlmişkən, R. Məmmədov həm də gənc yaşda və bu sahədə nadir elmlər doktorlarındandır. Yəni, başqa sözlə, Prezident tam ünvanına etimad göstərdi desək, daha doğru olar.

Bununla illərdir ictimaiyyətdə "qapalı məkan" imicini yaradan Azərbaycan Televziyası bütün mənalarda qapılarını insanlara açdı. Özü də elə taybatay ki, artıq hər kəs milli televziyada baş verən yenilikləri dərhal hiss edir, məmnunluqla izləyir.

Bir ilin içində AzTV ailəsinə daxil olan hər üç kanalın – AzTV, İdmanTV, Mədəniyyət TV - nin siması büsbütün dəyişib. Daha doğrusu, yenilənib. Vaxtı ilə bu və ya digər səbəblərdən incidilmiş, yaxud ümumiyyətlə, kənarda qalmış peşəkarlar AzTV-yə qaytarıldı, kollektiv gəncləşdirildi, milli dəyərlər qorunmaq şərtilə modernləşdirildi. Verilişlərin məzmunu AzTV-də heç kimin ağlına gəlməyəcək qədər aktuallaşdırıldı. İndi AzTV-də “Çıxışa Doğru”, “Gənclik stansiyası”, “Hədəf analitika”, “1AzTV” və sair kimi yeni formatlı verilişlər, pandemiya dövründə “Koronavirus İnfo”, “EvdəQal”, “Gündəlik”, bundan başqa “Döyüşçü”, “Vətənə xidmət edirəm” kimi vətənpərvər verilişlər görürük. Canlı yayımlar, birbaşa bağlantılar xüsusi karantin rejimin ağır psixoloji basqısı altında əzilən məmləkət sakinin ruhunu oxşadı, milyonlarla izləyiciyə xoş ovqat yaşatdı. Bu yaxınlarda multiedia üzrə tanınmış ekspert Osman Gündüzün də sosial şəbəkə hesabında ifadə etdiyi kimi: “AzTV-də təkcə bu canlı efir və onun təşkili səviyyəsi, elə bizi təəccübləndirməyə bəs edir”.

Hesabatlarından aydın olur ki, bu telekanallarda qısa zaman kəsiyində ümumilikdə 60-a yaxın yeni veriliş açılıb. Yerilişlərin 30-dan çoxu AzTV, 10-dan çoxu Mədəniyyət TV, elə 10-dan çoxu da İdman TV-nin payına düşür. İl ərzində 17 yeni studiya tikilən milli teleməkanda - hər 3 kanal (AzTV, Mədəniyyət TV və İdman TV) rebrendinq olunub, bütün qrafiklər yenilənib. Ona da şahid olduq ki, bir ildə QSC-də həmçinin 40-a qədər yenii film hazırlanıb ki, onlardan 11-i siyasi, 25-i Telefilmin məhsulu olan bədii filmdir. Araşdırmamız zamanı onu da öyrənə bildik ki, 10-a qədər film isə istehsaldadır. Bir sözlə, inqilabi dəyişikliklər davam edir və yeni ideyalarla heç də hər yeniliyi bəyənməyən, əksinə, hər şeydə bir əmma axtaran ərköyün tamaşaçının belə, zövqünü oxşamaq istiqamətində silsilə addımlar atılır.

Diqqətçəkən bir məqam AzTV-nin müasir dünyanın olmazsa olmazı hesab edilən və hər kəsin həyatına nüfuz edən sosial şəbəkələrdə və YouTube portalında telekanalın nəzərəçarpacaq perfomans sərgiləməsi və yenilikləri anındaca ictimai müzakirəyə təqdim etməsidir. Bunlar AzTV haqqında onilliklər ərzində yaddaşlara hopmuş neqativ sterotiplərin dondurma kimi əriyib yoxa çıxması üçün yetərli oldu.

Üstündən vaz keçilməsi mümkünsüz bir məqam da vaxtı ilə uzaqlaşdırılmış peşəkar diktorların Teleradio Akademiyasına cəlb edilməsi, onların məsləhətlərinə yer verilməsidir. İctimaiyyətin, peşəkar televiziya mütəxəssislərinin irad və təkliflərinin həssaslıqla nəzərə alınması nəticəsiz qalmadı. (Yeri gəlmişkən, məhz tənqidə qarşı Arif Alışanovun sərgilədiyi yersiz dözümsüzlüyə görə bu sətirlərin müəllifi və tanınmış teletənqidçi, professor Qulu Məhərrəmli AzTV-nin 60 illiyi münasibətilə Moderator.az-a verdiyi müsahibədə səsləndirdiyi bəzi tənqidi fikirlərə görə xüsusi ittiham qaydasında məhkəməyə verilmişdik və Alışanov bizdən nə az, nə çox 100 min manat təzminat, eyni zamanda həbs olunmağımızı tələb etmişdi, amma onu bizi məhkəməyə verdiyinə elə peşman etdik ki, sonradan üstümüzə minnətçi göndərdi) Məhz bunun nəticəsidir ki, AzTV efiri artıq demək olar ki, hər kəsin üzünə açılıb. Hətta telekanal artıq gözümüzün öyrəşdiyi standart simalarla kifayətlənmir. Nəinki hakimiyyətin siyasətini birmənalı olaraq dəstəkləyən insanlar, hətta müxaliffikirli müxtəlif peşə sahibləri və siyasətçilər də AzTV-nin efitində görsənməyə başlayıblar. Bu, olduqca vacib məqamdır və telekanal rəhbərliyi tərəfindən ölkədə siyasi iqlimin mülayimləşməsinə xidmət edən çox ağıllı gedişdir.

İlin - günün bu vaxtında, yəni ölkə rəhbərliyinin antikorrupsiya təşəbbüslərinin qızğın çağında hansısa dövlət qurumunun fəaliyyətinə nəzər salıb baş verənləri öz arşınınla ölçəsən, amma korrupsiyaya qarşı mübarizənin üstündən sükutla keçəsən, heç doğru olmazdı. Heç kimə sirr deyil ki, uzun illər ərzində məhz əvvəlki rəhbərliyin "gözütox"luğu üzündən AzTV mərkəzi və yerli icra hakimiyyətlərinə dəxli olan heç bir reportajı və ya hətta bir neçə saniyəlik süjeti belə, təmənnasız efirə vermirdi və bu artıq ölkədə "məmə deyəndən pəpə yeyənədək" hər kəsin bildiyi bir ənənə halını almışdı. Xüsusən "Xəbərlər" Departamenti üzərindən efirə verilən materialların əksəriyyətində "şirinlik dadı" açıqca hiss edilirdi. Amma R. Məmmədovun rəhbərliyə gətirilməsi ilə bu ənənə obrazlı ifadə edilsə, "Saakaşvili gedişi" ilə darmadağın edildi və bütün əməkdaşlar qarşısında rüşvət və korrupsiyanın ən elementar təzahürlərindən uzaq durmaqla bağlı sərt qadağalar qoyuldu. Təbii ki, bu qadağa da qısa zamanda öz bəhrəsini verdi.

Amma təbii ki, 2 mindən çox insan oğlunun çalışdığı nəhəng bir qurumda heç də hər kəs ağ süddən çıxmış ağ qaşıq deyil və bəzi kəmfürsətlərin köhnə dönəmlərin ab-havasının xiffətini çəkməsi də günümüzün reallığıdır. Elə əslində R. Məmmədovun sonadək çözə bilmədiyi problem əvvəlki rəhbərliyin bəzi ərköyünlərinin yeni dövrün tələblərinə boyun əyməməsi və hər vəchlə müqavimət göstərməsidir. Maraqlıdır ki, rəhbərlik tərəfindən heç də onlara qapı göstərilməyib, bəzisi başqa işə keçirilib, bəzisi isə ona təklif olunan işi bəyənmədiyi üçün qapını çırpıb getməklə kifayətlənməyib, sosial şəbəkədə və ya yaratdığı sayt vasitəsilə telekanal rəhbərliyinin islahatlarına kölgə salan fəaliyyətlə könül bulandırmaq yolu seçib. Xoşbəxtlikdən bu cür özfəaliyyətlər ictimai rəyə təsir edəcək səviyyədə olmayıb. Odur ki, artıq əminliklə söyləmək olar ki, Azərbaycan Televiziyası müasir dünyanın tələblərinə və çağırışlarına cavab verən bir məkana və tamaşaçının vaz keçə bilməyəcəyi "sehrli qutu"ya çevrilməkdədir. Əgər Rövşən Məmmədov AzTV-də başlatdığı kadr islahatlarını sona çatdırmağa nail olsa və bütün komandanı öz istədiyi kimi formalaşdıra bilsə, əminliklə iddia etmək oklar ki, bu telekenal qarşıya qoyulan hədəflərə çatacaq. Odur ki, gözlər islahatların davamını gözləməkdə...
Zülfüqar Hüseynzadə //moderator.az//

Paylaş:
Digər xəbərlər

Müsahibə

9-05-2020, 18:00

"Azərbaycan dövləti ilk gündən koronavirusla mübarizədə effektli yanaşmasını sübut etdi" - Ramil Usubov

Siyasət

4-05-2020, 12:36

İcra başçılarının həbsinin pərdəarxası məqamları məlum oldu: - DTX-nın növbəti hədəfi kim olacaq?

Siyasət

2-05-2020, 16:31

Özünü "Azərbaycanın dostu" kimi aparan Mişanın GİZLİ ÜZÜ - İLGİNC

Müsahibə

13-04-2020, 17:00

"Maaşın azaldılması mənim üçün problem deyil" - Rauf Əliyev

Gündəm

10-04-2020, 11:34

“Rəqəmsallaşmanın sürətlə artacağı postpandemiya dövründə əhalinin həssas qruplarının dəyişikliklərə hazırlılığına və prosesin tarazlılığına xüsusi diqqət yetirilməlidir”

Mədəniyyət

9-04-2020, 13:52

AztV rəhbərliyindən əcaib-qəraib gedişlər... - GƏLİŞMƏ

Müsahibə

8-04-2020, 09:00

Şahin İsmayılov: "Bu qüvvələr yəqin gündəmdə qalmağın yollarını axtarır"

Maraqlı

26-03-2020, 11:51

Nə üçün EVDƏ QALmalıyıq? 2 VACİB SƏBƏB

Siyasət

29-02-2020, 13:52

Prezident Administrasiyasında İlqar Məmmədovla görüş keçirilib - "Ümid edək ki..."

Son xəbərlər
  • Dün, 13:37
    Penitensiar Xidmətə yeni rəis təyin olundu – Mirsaleh Seyidov vəzifədən azad edildi
  • 26-10-2026, 20:01
    Azad Balayev DTX tərəfindən həbs edilib
  • 24-10-2026, 23:24
    Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
  • 21-10-2026, 14:47
    Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
  • 21-10-2026, 14:45
    Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
  • 21-10-2026, 14:43
    Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:41
    Fatih Ərbakanın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:37
    Azərbaycan vətəndaşının Ermənistan ərazisinə keçdiyi və saxlanıldığı bildirilir
  • 21-10-2026, 14:35
    Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI
  • 20-10-2026, 16:51
    “AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib
  • 19-10-2026, 23:42
    İdeyaların beşiyi, etirazın və inqilabların vətəni
  • 19-10-2026, 13:06
    Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olundu
  • 19-10-2026, 13:05
    Teymur Musayevin təyinatı ilə Baş nazirin müavinlərinin sayı 4-ə çatdı
  • 19-10-2026, 13:02
    Anar Bayramov səhiyyə naziri təyin olundu
  • 16-10-2026, 23:33
    Sergey Lavrov da Bakıya gələcək
  • 16-10-2026, 09:40
    Görkəmli alim, filologiya elmləri doktoru, professor Tərlan Quliyev vəfat edib
  • 15-10-2026, 00:34
    Qara dənizdə dron hücumu: gəmidəki 8 azərbaycanlı xilas edildi
  • 14-10-2026, 22:51
    Ermənistan pasportu dünya reytinqində 64-cü yeri tutub
  • 14-10-2026, 14:27
    Sergey Lavrov da Bakıya gələcək
  • 14-10-2026, 14:25
    Hakan Fidan Bakıya gəlir: Ərdoğanı təmsil edəcək
  • 14-10-2026, 14:22
    Lənkəranda körpəsini təhqir edən 5 uşaq anası ərini bıçaqladı: Məhkəmə qərar verdi
  • 10-10-2026, 16:28
    Hicaba qarşı qadağalar və təbliğat: Bu qərar niyə ləğv edilməlidir?
  • 10-10-2026, 16:19
    Türkiyədə siqaret satışına yeni məhdudiyyətlər gətirilir
  • 10-10-2026, 16:16
    İlham Əliyev Ramzan Kadırovu qəbul edib
  • 8-10-2026, 17:17
    “AzerGold” QSC-nin İdarə Heyətinin sədri 5-ci “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüş keçirib
  • 6-10-2026, 13:39
    Polis bir gündə 39 şübhəlini saxladı, 66 cinayətin açılması təmin olundu
  • 6-10-2026, 13:38
    Qubada 60 yaşlı kişi hamamda dəm qazından zəhərlənərək ölüb
  • 6-10-2026, 13:35
    Qara dənizdə yük gəmisinə dron hücumu: azərbaycanlı kapitan həlak olub, bir nəfər itkindir
  • 6-10-2026, 13:30
    Qubada 19 kiloqram narkotik aşkarlanıb
  • 6-10-2026, 13:26
    Naftalanda istirahətə gələn Özbəkistan vətəndaşı hotel otağında ölü tapılıb
  • 5-10-2026, 18:19
    Azərbaycan, Türkiyə və Özbəkistan hərbi əməkdaşlığı dərinləşdirir
  • 5-10-2026, 18:16
    Pirallahıda yeni dərman zavodu açıldı: ildə 60 milyon qutu preparat istehsal ediləcək
  • 5-10-2026, 13:47
    Ramiz Mehdiyev və Eldar Əmirovun məhkəmə istintaqı bu gün başlayır
  • 1-10-2026, 13:20
    ABŞ İrana qarşı dəniz blokadasını sərtləşdirib: 125 ticarət gəmisinin marşrutu dəyişdirilib
  • 1-10-2026, 13:11
    FHN elektrik avtomobillərini şarj edənlərə xəbərdarlıq etdi
Daha çox
Çox oxunanlar
24-10-2026, 23:24
Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
21-10-2026, 14:35
Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI
21-10-2026, 14:37
Azərbaycan vətəndaşının Ermənistan ərazisinə keçdiyi və saxlanıldığı bildirilir
21-10-2026, 14:45
Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
21-10-2026, 14:41
Fatih Ərbakanın Azərbaycana girişinə qadağa qoyuldu
21-10-2026, 14:43
Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
Müsahibə
30-09-2026, 23:21
Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI
İdeyaların beşiyi, etirazın və inqilabların vətəni

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə