USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

“Rəqəmsallaşmanın sürətlə artacağı postpandemiya dövründə əhalinin həssas qruplarının dəyişikliklərə hazırlılığına və prosesin tarazlılığına xüsusi diqqət yetirilməlidir”

Gündəm

10-04-2020, 11:34

“Rəqəmsallaşmanın sürətlə artacağı postpandemiya dövründə əhalinin həssas qruplarının dəyişikliklərə hazırlılığına və prosesin tarazlılığına xüsusi diqqət yetirilməlidir”
Artıq heç kəsə sirr deyil ki, postpandemiya dövründə yaşadığımız dünya əvvəlki kimi olmayacaq. Yeni düzəni xarakterizə edən əsas xüsusiyyətlərdən biri də rəqəmsallaşma tendensiyalarının artımı olacaqdır. Ölkəmizin bu qlobal çağırışa hazırlığının yüksək səviyyədə təmin edilməsi hətta hazırki böhrandan öncə də dövlət gündəliyində mühüm yer tutur və hökümət tərəfindən bu istiqamətdə ardıcıl addımlar atılırdı. Bu məcrada Cənab Prezident İlham Əliyevin şəxsi iradəsi nəticəsində bu il keçirilən Davos Dünya İqtisadi Forumunda Dördüncü Sənaye İnqilabı üzrə Bakıda regional mərkəzin yaradılması barədə imzalanan niyyət protokolunu xüsusilə vurğulamaq olar. Bu əlamətdar hadisə və onun gələcək müsbət təsirləri dövlət rəhbərliyinin ölkəmizi bu dəyişikliyin hərəkətverici qüvvələrindən birinə çevirmək istəyindən irəli gəlir.
Lakin, sürətlə artan rəqəmsallaşma tempində bir neçə məsələyə xüsusi diqqət yetirilməlidir. Bunlar arasında, ikisinə ələlxsus toxunmaq istərdim. Həssas qrupların rəqəmsallaşmaya hazırlılığı və rəqəmsallaşmanın tarazlılığının təmin edilməsi, xüsusilə regional inkişaf perspektivindən. Spesifik olaraq, bu iki aspekti vurğulamam hazırkı vəziyyətdən öyrəndiyimiz bəzi təcrübələrlə bağlıdır. Məsələn, ən sadə misallardan biri kimi həssas qrupa aid etdiyimiz yaşlı nəslin nümayəndələrinin internet vasitəsilə geniş yayılmış müxtəlif xidmətlərdən istifadə və yararlanmaq bacarığının aşağı və yaxud heç olmamasıdır. Bu əhali qrupunun bir hissəsinin heç bu xidmətlər haqqında təəsüratı yoxdur və onlar müxtəlif müasir anlayışlar haqqında eşidəndə nədən söhbət getdiyini belə anlamırlar. Vəziyyət demək olarki əksər dövlətlərdə belədir. Və yaxud tarazlılığın təminatı mövqeyindən nəzər yetirdikdə müxtəlif onlayn xidmətlərin regionlarda yayılma səviyyəsini və populyarlığını öyrənmək yerinə düşərdi. Nəticə çox güman ki bu xidmətlərdən istifadənin populyarlığının aşağı olduğunu göstərəcəkdir. Bu faktorlar inkişafın qeyri-barəbərsizliyinə yol aça bilər. Təkcə bu sadə misalları nəzərə alaraq, rəqəmsallaşmada regional tarazlığın qorunmasını və hər bir əhali qrupunun bu dəyişikliyə hazır olmasını daim gündəlikdə saxlamaq lazımdır. Bu eyni zamanda, 2030-cu ilədək Davamlı İnkişaf Gündəliyin 10-cu Məqsədi olan bərabərsizliklərin azaldılması məqsədinin çağırışlarına xidmət etmiş olacaqdır.
Danılmaz faktdır ki, Cənab Prezidentin bilavasitə rəhbərliyi altında regionların inkişafı üzrə inanılmaz nəticələr əldə olunub. Bu məcrada, xüsusilə 2004-cü ildən icra olunaraq dörd illik dövrləri əhatə edən və hazırda 2023-cü ilədək davam edəcək “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramları” nəticəsində əldə olunan uğurları qeyd etmək olar. Bu Proqramlar çərçivəsində görülmüş mərhələli işlər nəticəsində regionlarda şəhər və kəndlərin siması köklü şəkildə dəyişmiş, infrastruktur təminatı və kommunal xidmətlərin keyfiyyəti yüksəlmiş, regionların iqtisadi potensialı və əhalinin rifah səviyyəsi artmışdır. Bununla belə, rəqəmsallaşma və onun gətirəcəyi dəyişikliklərin miqyası, həcmi və mürəkkəbliyi bəşəriyyətin bütün əvvəlki təcrübələrindən ciddi şəkildə fərqlənir.
Bu dəyişiklik kontekstində böyük iş əhalimizin də üzərinə düşür. Bu məqsədlə, xüsusilə əhalinin yuxarı yaş kateqoriyalarının üzvlərinə inkişaf terminologiyası ilə desək “lifelong learning”, yəni “həyatı boyu öyrənmə” yanaşmasının aşılanması çox yaxşı olardı. Bu onların yeni düzənə uyğunlaşma tempini xeyli asanlaşdıracaqdır.
Eyni zamanda, alternativ və digər ölkələrin təcrübəsində özünü sınamış kompleks tədbirlərə də diqqət yetirmək olar. Bunlardan biri kimi “ərazi-əsaslı inkişaf” yanaşmasının (“area-based development” approach) ölkəmizdə mümkün tətbiqi öyrənilə bilər.
Bütün bunları nəzərə alaraq, sonda onu qeyd etmək istərdim ki, koronavirus pandemiyasının mənfi təsirlərinin aradan qaldırılması məqsədilə hazırlanmış geniş əhatəli dövlət dəstəyi proqramlarının əsas özəlliklərindən biri onların Azərbaycanın böhrandan sonra hədəflədiyi iqtisadi modelin ehtiyaclarına və şərtlərinə uyğun olaraq hazırlanmasıdır. Bu məcrada, hazırkı yaranmış məqamdan eyni zamanda yuxarıda qeyd etdiyim məsələlərin öyrənilməsinə istifadə edərək, müvafiq nəticələri inkişaf planlarına inteqrə etmək uzunmüddətli inkişaf baxımından ölkəmizin maraqlarına xidmət edəcəkdir.
Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı

Paylaş:
Digər xəbərlər

Sosial

9-04-2020, 14:11

"Qocalar evi"nin QOCAMAN DƏRDİ... - İDDİA

Müsahibə

24-03-2020, 12:50

Sahil Babayev: “Koronavirusdan zərər çəkən sektorlara dəstək proqramları hazırlanır”

Gündəm

17-03-2020, 12:14

Prezident Administrasiyasında yeni sistem yaradılır - SƏRƏNCAM

Siyasət

11-03-2020, 14:21

İlham Əliyev Prezident Administrasiyasına görüşə getməyən "dərnək lideri" haqda

İqtisadiyyat

4-03-2020, 12:00

“Proses uzanarsa, hökumət dilemma qarşısında qala bilər” - GƏLİŞMƏ

İqtisadiyyat

3-03-2020, 16:00

Vüsal Qasımlı: Koronavirusun iqtisadiyyata təsirini azaltmaq üçün tədbirlər görülür

Video

2-03-2020, 11:31

Gəlirini gizlədən məmurlara cəza gəlir? - “…tələsmək lazım deyil”

Gündəm

24-02-2020, 12:18

Əli Əhmədov Prezidentin İtaliya səfərindən yazdı

Siyasət

21-02-2020, 09:23

Prezident: "İtaliya Azərbaycanın iqtisadi, mədəni və sosial inkişaf yolunda addımlamasına dərin hisslərlə baxır"

Son xəbərlər
  • 10-09-2026, 22:11
    Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
  • 9-09-2026, 13:03
    Hərbi çağırışdan boyun qaçıranlar məsuliyyətə cəlb oluna bilər
  • 8-09-2026, 23:29
    Cahid İsayevə 8 il 6 ay həbs cəzası verildi
  • 8-09-2026, 19:25
    Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
  • 7-09-2026, 15:15
    “AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
  • 6-09-2026, 13:19
    Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
  • 6-09-2026, 12:39
    Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
  • 6-09-2026, 12:31
    Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
  • 6-09-2026, 12:27
    Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib
  • 5-09-2026, 14:16
    “AzerGold” ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramını elan edir
  • 4-09-2026, 23:21
    Təhlükəsizlik və Mərhəmət Ziddiyyəti: Sahibsiz Heyvanlar Problemi Necə Həll Olunmalıdır?
  • 4-09-2026, 23:16
    Xurafat, Səhiyyə Boşluğu və İnsan Qorxusu Üzərində Qurulan "Müalicə Bazarı"
  • 4-09-2026, 20:54
    SEPAH zabitləri və "Hizbullah" döyüşçüləri tunellərdə mühasirədə qaldı – İsrail çıxanları zərərsizləşdirir
  • 4-09-2026, 20:51
    Uitkoff və Kuşnerin Kiyev səfəri sual altına düşdü
  • 4-09-2026, 17:31
    Şimali Kiprdə gəmi qəzasına görə saxlanılanlar arasında azərbaycanlılar da var
  • 4-09-2026, 17:24
    5,4 milyon manatlıq siqaret qaçaqmalçılığı işi: Axtarışda olan şəxs Ukraynada saxlanıldı
  • 31-08-2026, 18:24
    Əliyev və Tokayev Bişkekdə Orta Dəhlizi müzakirə etdilər
  • 31-08-2026, 18:22
    Qırğızıstanda folqa fabriki yanıb
  • 31-08-2026, 18:20
    Sumqayıtda ailə mübahisəsi qanlı bitdi: 71 yaşlı kişi oğlunu bıçaqladı
  • 31-08-2026, 18:10
    İlham Əliyev və Məsud Pezeşkian Bişkekdə görüşdülər
  • 31-08-2026, 18:08
    Əliyev və Paşinyan Bişkekdə görüşdü: TRIPP, sərhədlər və iqtisadi əməkdaşlıq müzakirə olundu
  • 29-08-2026, 21:54
    Azərbaycanda bir gündə axtarışda olan 135 nəfər saxlanıldı
  • 29-08-2026, 21:36
    Azərbaycanda bir gündə 8 odlu silah və 69 patron aşkarlandı
  • 29-08-2026, 21:35
    İlham Əliyevdən Mirziyoyevə təbrik: “Özbəkistanın hər bir uğurunu öz uğurumuz hesab edirik”
  • 29-08-2026, 21:33
    Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu
  • 27-08-2026, 20:41
    Tokiodan gələn təyyarənin şassi bölməsindən insan meyiti tapıldı
  • 27-08-2026, 20:40
    İlham Əliyev Prezidentin ehtiyat fondundan “Sabah”a 5 milyon manat ayırdı
  • 27-08-2026, 20:38
    Azərbaycan və Malayziya əməkdaşlığı genişləndirmək imkanlarını müzakirə edib
  • 27-08-2026, 20:37
    Robert Köçəryan həbsxanaya köçürüldü – iki aylıq həbs qərarı qüvvədədir
  • 25-08-2026, 19:39
    ABŞ 200 minə yaxın əcnəbinin vizasını ləğv etməyə hazırlaşır
  • 25-08-2026, 19:31
    Ermənistanın sabiq prezidenti Robert Koçaryan və oğlu saxlanıldı
  • 23-08-2026, 23:34
    Mirziyoyev İlham Əliyevin Vaşinqton diplomatiyasını “parlaq qələbə” adlandırdı
  • 23-08-2026, 23:30
    Azərbaycan və Özbəkistan arasında “Əbədi dostluq haqqında Müqavilə” imzalandı
  • 23-08-2026, 23:27
    Mirziyoyev: “İlham Əliyevin Özbəkistana səfəri tarixi əhəmiyyət daşıyır”
  • 23-08-2026, 23:25
    İlham Əliyev: “Mərkəzi Asiya və Azərbaycan vahid geosiyasi və iqtisadi regiondur”
Daha çox
Çox oxunanlar
6-09-2026, 13:19
Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
6-09-2026, 12:31
Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
6-09-2026, 12:39
Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
5-09-2026, 14:16
“AzerGold” ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramını elan edir
8-09-2026, 19:25
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
6-09-2026, 12:27
Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
“AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə