USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Hakimiyyət yeni dəyişikliklər astanasında... - Deputat ANONS ETDİ

Müsahibə

13-08-2020, 13:54

Hakimiyyət yeni dəyişikliklər astanasında... - Deputat ANONS ETDİAzərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Azərbaycan İnvestisiya Holdinqi” publik hüquqi şəxs yaradılıb.

Milli Məclisin deputatı Vahid Əhmədov Reyting.az-a müsahibəsində Azərbaycan İnvestisiya Holdinqinin əsas fəaliyyət istiqamətlərindən də danışıb:

- Cənab Prezident bu fərmanı imzalamazdan bir gün əvvəl onlayn iclas keçirdi və həmin iclasda bəzi dövlət şirkətlərini ciddi tənqid etdi. Bu şirkətlərə dövlət tərəfindən kifayət qədər vəsait ayrılır, eyni zamanda Maliyyə Nazirliyinin zəmanəti ilə kreditlər verilir. Amma buna baxmayaraq, həmin şirkətlərin dövlət büdəsinə verdikləri gəlirlərlə bağlı müəyyən suallar yaranır. Dövlət başçısı da həmin şirkətlərə irad tutdu ki, dövlət tərəfindən sizə hər cür dəstək verilir, hətta kreditlər alınır. Amma nə bu kreditlər vaxtında ödənilmir, nə də dövlət büdcəsinə gəlir vermir.

İkincisi, bu şirkətlər əslində inhisarçıdır. Azərbaycanda bunlardan ikincisi yoxdur, ona görə də istədikləri qiymətləri qoyurlar.

Mən, cənab Prezidentin İnvestisiya Hodinqinin yaradılması haqda fərmanına baxmışam. Yəqin ki, struktur dəyişiklikləri baş verəcək, müəyyən sahələr özəlləşdiriləcək. Sözsüz ki, dövlət üçün əsas strateji sahələr olan istiqamətlər saxlanılacaq, yerdə qalanlar isə özəlləşdirilməyə çıxarılacaq.

Digər tərəfdən, bu şirkətlərə nəzarət mexanizmi çox zəifdir. Çox güman ki, yaradılan İnvestisiya Holdinqi həm də nəzarət mexanizmini həyata keçirəcək və dövlət başçısına mütəmadi məlumatlar təqdim edəcək. İndi baxaq görək necə olacaq. Hər halda bu işdə elə insanlar çalışmalıdır ki, kifayət qədər təcrübəyə malik olsunlar, bu şirkətlərin fəaliyyət istiqamətlərindən xəbərləri olsun, onların gəlirlərinin niyə az olduğunu araşdıra bilsinlər və s.

Bir sözlə, suallar çox olsa da, İnvestisiya Holdinqinin yaradılması müsbət addımdır. Çünki son dövrlər dövlət büdcəsində də müəyyən problemlər yaranır. Bu, daha çox neftin qiymətinin ucuzlaşması və pandemiya ilə əlaqəlidir. Bu şirkətlərdə də müəyyən rezervlər var ki, ondan istifadə etmək olar.

- İnvestisiya Holdinqinin yaradılması həm də dövlət şirkətlərinin vahid idarəçiliyini nəzərdə tutur?

- Vahid idarəetmə ilə paralel olaraq bu şirkətlər indi faktiki inhisarçı qurumlar kimi çıxış edir. Təbii ki, Prezident hər şeyin şəffaf olmasında maraqlıdır…

- Prezidentin tənqid etdiklərindən biri də “Azərbaycan Hava Yolları” QSC (AZAL) idi. Bilirsiniz ki, AZAL-a hər il dövlət büdcəsindən 100 milyonlarla dotasiya ayrılır. Bu şirkət özünü maliyyələşdirmək imkanına malik deyil ki?

- İstənilən dövlət payı olan müəssisənin özünü idarə etməsi üçün maliyyə məsələsinə baxmaq lazımdır. Məsələn, dövlət “Bakı Metropoliteni”nə də dotasiya ayırır. Çünki metroda gedişhaqqını qaldırmaq əhalinin sosial vəziyyətinə mənfi təsir göstərə bilər. Hökumət də arzu etmir ki, qiymət artımı əhalinin sosial durumuna mənfi təsir göstərsin. Amma AZAL-da qiymətlər kifayət qədər yüksəkdir. Ora elə təyyarələr alınıb ki, onların qiyməti çox bahadır. Bu mənada ola bilər ki, dövlət büdcəsindən onlara vəsait ayrılsın və ya özləri dövlətin zəmanəti ilə kreditlər əldə etsinlər. Bunlar adi haldır və təbiidir. Yəni belə məsələlər işçi qaydada həll olunur. Eyni zamanda dövlət şirkətləri özlərini dolandıra bilər və ya bilməz məsələləri ciddi şəkildə araşdırılmalıdır.

- Vahid müəllim, AZAL özünü maliyyələşdirə və dövlət büdcəsinə vergi ödəyə bilərmi, yəni şirkətin belə bir resursu varmı?

- Bir daha qeyd edim ki, bu halda şirkətin gəlirlərinə, onun qiymət siyasətinə baxmaq lazımdır. Burada bir məsələ də var. Biz istənilən dövlət payı olan şirkətə deyə bilmərik ki, sən istənilən qiyməti qoy və gəlirlə işlə. Dövlət bəzən şirkətlərə ona görə vəsait verir ki, bu şirkətlər gəlirlə işləyə bilmirlər. Lakin mən hesab edirəm ki, bu qurum ziyanla işləməməlidir.

Dövlət büdcəsindən onsuz da vəsait veriləcək. Vəsait verilməsə, dövlət zəmanəti ilə kredit ala, zamanında onu qaytara bilər. Əslində burada mexanizmlər çoxdur.

Bir zamanlar bizim rayonlarımızın heç biri öz hesabına dolana bilmirdi. İndi artıq 40-a yaxın rayonumuz dövlət büdcəsindən vəsait almır. Dövlət şirkətləri də bu yolla irəliləməlidir. Uzun müddət belə davam edə bilməz.

- Pandemiyadan əvvəl Azərbaycanın yüzlərlə vətəndaşı xaricə uçmaq üçün Gürcüstana gedir və onların aviaşirkətlərinin xidmətindən istifadə edirdi...

- Bu, təyyarə biletinin qiyməti ilə bağlı məsələdir. Orada ucuzdursa, insanlar sözsüz ki, həmin ölkənin ərazisindən uçmağa üstünlük verəcək.

Qiymət problemi var. Əslində problem çoxdur, onların hamısını bir-bir açıqlamağa ehtiyac da yoxdur. Problemlər olduğu üçün də Prezident belə qərar qəbul edib.

Yeni yaradılan İnvestisiya Holdinqi analizlər aparacaq, yoxlamalar keçirəcək. Lazım olsa dövlət yenə də bu şirkətlərə dəstək verəcək. Lakin niyə hökumət köməklik etməlidir? Əgər imkan varsa şirkət inkişaf etməli, özünü dolandırmağı bacarmalıdır.

İkincisi, axı niyə bizdə yalnız bircə hava yolu şirkəti olmalıdır? Məncə, Azərbaycanda ən azı 5-6 hava yolu şirkəti fəaliyyət göstərməlidir. Digər tərəfdən, elə xidmətlər var ki, nəyə görə, dövlət onlara baxmalıdır? Özəl şirkətlər kimi işləsinlər. O qədər özəl şirkət var ki, xidmət sektorunda fəaliyyət göstərir. Bunlar da özəlləşdirilsin, həm öz-özünü saxlasın, həm də dövlətə vergi ödəsin.

- Prezidentin bəzi iradları da Azərbaycan Dövlət Neft Şirkəti ilə bağlı oldu. Əslində Dövlət Neft Şirkəti ölkədə ən zəngin şirkətlərdən hesab olunur. Bu şirkət niyə vergi problemi yaşamalıdır?

- Əslində burada söhbət tək AZAL və ya Azərbaycan Dövlət Neft Şirkətindən getmir. Söhbət bütövlükdə dövlət şirkətlərindən gedir. Dövlət başçısı bir-iki şirkəti misal kimi göstərdi, hamısının adını çəkəsi deyil ki... Mən bir daha qeyd edim ki, bu şirkətlərdə struktur islahatları aparılmalıdır. Bəzi şirkətlər özəlləşdirməyə verilməli, bəziləri dövlət büdcəsindən çıxarılmalıdır. Problemlər çoxdur. İndi suallara cavab axtarılır.

- Siz dövlətin payı olan şirkətlərin özəlləşdirilməsini gözləyirsiniz?

- Əslində özəlləşdirmə olmalıdır. Bir var dövlətin strateji maraqları… Mən anlayıram, neftdir, qazdır, elektrik enerjisidir və s. Amma strateji maraqlar o demək deyil ki, hər yerə dövlət büdcəsindən vəsait ayrılmalıdır. Belə sahələr çoxdur. Hətta bəzi nazirliklərin daxilində də belə sahələr var. Məsələn, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində... Bu nazirliyin tərkibində elə sahələr mövcuddur ki, onu çoxdan özəlləşdirmək lazım idi. İndi artıq bəzi müəssisələri özəlləşdirməyin vaxtıdır. Söhbət dövlətdən, dövlət büdcəsindən gedir.

Diqqət etdinizsə, neftin qiymətində ucuzlaşma oldu. Pandemiya da bu tərəfdən... Bunların hamısını çatdırmaq rahat deyil, axı!

Dövlət büdcəsindən bu sahələrin hər birinə vəsait ayrılmalıdır. Biz həmişə dövlət büdcəsindən vəsait ayırıb insanlara maaş verməli deyilik, axı! Şirkətlər də düşünməlidir ki, özünü maliyyələşdirmək lazımdır. Ona görə də bu məsələlərə birtərəfli deyil, çoxtərəfli baxılmaq lazımdır.

Paylaş:
Digər xəbərlər

Araşdırma

12-08-2020, 12:57

24 illik Əsgərov hakimiyyətinin sonu: - “Təmizlik” onu xilas edəcəkmi?

Siyasət

25-07-2020, 09:30

Naxçıvanda koronavirus kompensasiyası özəl şirkətlərə verilir, həkimlərin isə maaşı kəsilir - NARAZILIQ...

Video

1-06-2020, 17:00

Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlandı

Bölgə

24-04-2020, 13:34

Naxçıvanın baş sığortaçısı durduğu yerdə niyə vəfat edib? – Bir ölümün ilginc səbəbi

Gündəm / İqtisadiyyat / Sosial

20-04-2020, 16:09

Azərbaycan üçün 170 milyon avro planlaşdırılır ÖZƏL - AÇQILAMA

Müsahibə

16-04-2020, 14:01

Azerbaycanlı deputat : Koronavirus pandemiyası səmərəli dövlət idarəçiliyi qarşısında əlacsızdır

Gündəm

15-04-2020, 15:29

Deputat 2020 ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarını təhlil etdi

Gündəm

14-04-2020, 22:47

Millət vəkili: Hökümət insanların sosial rifahının yaxşılaşdırılması üçün lazımı tədbirlər görür”

Müsahibə

30-03-2020, 12:53

Deputat: “Kommunal xərclər sıfırlansın”

Son xəbərlər
  • 9-11-2026, 18:51
    Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur
  • 8-11-2026, 01:32
    Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • 7-11-2026, 19:54
    “AzerGold” QSC kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq edir
  • 7-11-2026, 15:55
    “AzerGold” Zəfər Günü münasibətilə sosial aksiyalar təşkil edib
  • 7-11-2026, 15:51
    Tramp: İranın qalan hissəsini də məhv etmək məcburiyyətində qala bilərəm
  • 7-11-2026, 15:46
    Zəfər günün mübarək Azərbaycan!
  • 7-11-2026, 15:44
    Alen Simonyandan ermənilərə sərt mesaj: “Niyə Sevan gölünə Göyçə deyəndə buna kəskin reaksiya verirsiniz?”
  • 7-11-2026, 15:36
    Jurnalist Elnur Şükürov həbs edilib.
  • 6-11-2026, 22:04
    Ermənistanda müxalifət lideri Samvel Karapetyan bir aylıq həbs edilib
  • 6-11-2026, 21:58
    Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi faktiki olaraq dayanıb
  • 6-11-2026, 18:54
    Vilayətidən Tramp və müttəfiqlərinə sərt xəbərdarlıq: “Ayaqlarını qıracağıq”
  • 6-11-2026, 14:26
    Qoyunlardan qırxılan yunun uçotu aparılacaq – Yeni qaydalar 2027-ci ildən qüvvəyə minir
  • 6-11-2026, 13:40
    Əcnəbilərin Azərbaycanda pulsuz qeydiyyatı ləğv edilə bilər
  • 6-11-2026, 12:42
    İran ABŞ-ın beşinci MQM-170 PUA-sını vurduğunu açıqlayıb
  • 6-11-2026, 12:37
    DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edən şəxsləri saxladı
  • 6-11-2026, 12:31
    “Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
  • 5-11-2026, 20:34
    İrandan Ermənistana sərt reaksiya
  • 5-11-2026, 19:50
    Mirziyoyev İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • 5-11-2026, 19:47
    Polad Həşimovun anasının son durumu açıqlanıb
  • 28-10-2026, 16:49
    31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
  • 28-10-2026, 16:45
    Azərbaycanda daşınmaz əmlak üçün vahid elektron sistem yaradılır – Prezident fərman imzaladı
  • 28-10-2026, 16:42
    “AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
  • 27-10-2026, 13:37
    Penitensiar Xidmətə yeni rəis təyin olundu – Mirsaleh Seyidov vəzifədən azad edildi
  • 26-10-2026, 20:01
    Azad Balayev DTX tərəfindən həbs edilib
  • 24-10-2026, 23:24
    Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
  • 21-10-2026, 14:47
    Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
  • 21-10-2026, 14:45
    Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
  • 21-10-2026, 14:43
    Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:41
    Fatih Ərbakanın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:37
    Azərbaycan vətəndaşının Ermənistan ərazisinə keçdiyi və saxlanıldığı bildirilir
  • 21-10-2026, 14:35
    Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI
  • 20-10-2026, 16:51
    “AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib
  • 19-10-2026, 23:42
    İdeyaların beşiyi, etirazın və inqilabların vətəni
  • 19-10-2026, 13:06
    Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olundu
  • 19-10-2026, 13:05
    Teymur Musayevin təyinatı ilə Baş nazirin müavinlərinin sayı 4-ə çatdı
Daha çox
Çox oxunanlar
6-11-2026, 21:58
Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi faktiki olaraq dayanıb
7-11-2026, 15:46
Zəfər günün mübarək Azərbaycan!
6-11-2026, 12:37
DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edən şəxsləri saxladı
5-11-2026, 20:34
İrandan Ermənistana sərt reaksiya
6-11-2026, 12:42
İran ABŞ-ın beşinci MQM-170 PUA-sını vurduğunu açıqlayıb
5-11-2026, 19:47
Polad Həşimovun anasının son durumu açıqlanıb
Müsahibə
30-09-2026, 23:21
Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə