USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Ədliyyə naziri Fikrət Məmmədov vəzifəsindən azad edilib. Bu barədə Prezident İlham Əliyev fevralın 16-da sərəncam imzalayıb.
Bildirilib ki, Ədliyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası nazirin müavini Azər Cəfərova həvalə edilsin.
24 ildir Ədliyyə naziri olan Fikrət Məmmədov 1955-ci ildə Bakıda doğulub. I dərəcəli dövlət ədliyyə müşaviri olan Fikrət Məmmədov 2005-ci ildən Məhkəmə-Hüquq Şurasının sədridir.