USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Rəisinin ölümü ətrafında yaranan suallara cavab yoxdur

Siyasət / Sosial

24-05-2024, 15:34

Rəisinin ölümü ətrafında yaranan suallara cavab yoxdur
Hadisənin ilkin araşdırması təxribat ehtimalını gücləndirib .

İran prezidenti Rəisinin ölməsi ilə nəticələnən helikopter qəzası ilə bağlı ilkin araşdırma yekunlaşıb və daha detallı təhqiqat isə davam edir.İlkin araşdırma bəzi maraqlı məqamları üzə çıxarıb.Bu araşdırma nəticəsinə əsaslanaraq bu hadisənin qəza, yoxsa təxribat olmasını təxmin etmək olar. Bununla bağlı əsasən aşağıdakı məqamlara diqqət yetirmək gərəkdir.

1. Rəisinin uçduğu helikopter köhnə olmasına baxmayaraq texniki baxımdan hər hansı problemi olmayıb və üçüncü ölkələr vasitəsi ilə əldə edilmiş zəruri ehtiyyat hissələr hesabına tam uçuşa yararlı vəziyyətdə olub.

2. Helikopter 2 mühərrikli olub və bir qayda olaraq heç vaxt müharriklərdən ikisi də eyni vaxtda sıradan çıxmır. Əgər mühərriklərdən biri sıradan çıxarsa, digər mühərrikin köməyi ilə tam təhlükəsiz eniş etmək mümkündür. Ancaq bu hadisə zamanı iki mühərrik də eyni vaxtda sıradan çıxıb və bu üzdən də eniş etmək mümkün olmayıb. Ekspertlərin yekdil rəyinə əsasən iki mühərrik bir qayda olaraq partlayış halında eyni vaxtda sıradan çıxa bilər.

3. Helikopteri qəza nəticəsində havadan yerə düşursə adətən bu vaxt helikopter iki və ya üç yerə ayrılmır. Ayrılma o zaman olur ki, helikopterin quyruq tərəfində olan yanacaq çənində yanğın olsun, ya da ön kabinə tərəfdə partlayış olsun. Rəisinin helikopterinin üç yerə parçalanmasına və ön kabinədə olan pilotların tamamən yanmasına görə təhqiqatçılar ya ildırım, ya da ki, partlayış halında bunun mümkün ola biləcəyi qənaətinə gəliblər. Ancaq Rəisini müsaiyət edən iki helikopterlər birgə uçuş zamanı havada hər hansı ildırım olmadığını bildiriblər.

4. Mühafizə helikopterlərinən biri 1dəq 30 saniyə sonra Rəisinin helikopterinin yoxa çıxdığını fərq edib və hava dumanlı olduğu üçün axtarış etmək fikrindən daşınıb. Bu halda olay yerindən 1dəq 30 saniyəlik uçuş məsafəsinə əsasən hadisənin baş verdiyi ərazini dəqiq müəyyən etmək mümkün olduğu halda, Türkiyədən dron gələnə qədər axtarış daha çox kənar yerlərdə aparılıb.

5. Hadisə baş verən yer İran İraq sərhəddində yerləşən xüsusi təyinatlı "Aşura" dağ komanos birliyinin davamli təlim keçdiyi ərazi hesab olunur və onlar tərəfindən çox yaxşı tanınır. Ancaq İran "Qızıl ay"cəmiyyətinin əraziyə heç bir bələdçiliyi olmayan mülki qrupları axtarışa cəlb olunduğu halda, bu yerləri bilən "Aşura" komandoslarının niyə bu axtarışdan kənar saxlanılması sual yaradır.

6. Hadisədən az öncə Təbrizin imam cüməsi İran prezidenti ofisi ilə əlaqə saxlayıb problem olduğunu deyən anda rabitə qəfil kəsilib. Bu rəsmi informasiyadır. Belə çıxır ki, helikopter yerə düşdüyü vaxt içində sağ qalanlar olub. Ancaq hadisə baş verdikdə nəyə görə helikopterdə olan bütün elektronik sistemlər işləməz halda olub və heç bir siqnal almaq mümkün olmayıb. Halbuki uçus protokoluna əsasən Xamenei və Rəisi, eləcə də İslam İnqilabının Keşikçiləri korpusunun rəhbərinin uçduğu helikopter və təyyarədə şəxsi peyk telefonundan əlavə iki GPS cihazı olması dəyişməz qayda olaraq nəzərdə tutulub. Rəisinin olduğu helikopterdə iki GPS sistemi olub. Bunlardan biri fövqəladə hallar üçün yer təsbit cihazdır ki, bu Rəisinin özündə olsa da, uçuş vaxtı onu aktiv hala gətirməyib. Digər GPS sistemi isə helikopterə aiddir və qəza yeri incələnərkən onun öncədən söndürüldüyü və işləmədiyi bəlli olub. Bunun niyə belə olduğu əsas sual doğuran məsələlərden biri sayılır. Halbuki adı uçuş vaxtı və istənilən qəza şəraitində bu sistem işlək vəziyyətdə olmalı idi. Uçuş protokoluna əsasən bu sitemi söndürmək olmaz .

7. Rəisinin çantasında yalnız ona məxsus İranın öz kosmik peykinə bağlı "Sürəyya"adlandırılan peyk telefonu olub və telefon xüsusi olaraq bütün qəza halları zamanı işləmək qabiliyyətini qoruyacaq səviyyədə hazırlanıb. Bu telefon aliı dövlət rəhbərliyi ilə birbaşa əlaqə saxlamaq üçün hər zaman ilşlək vəziyyətdə saxlanılırmış. Ancaq hadisə baş verdikdən sonra salamat qalan bu telefondan da niyə siqnal almaq mümkün olmayıb sualı da hələ ki , cavabsızdır.

8. Ən maraqlı məqamlardan biri də budur ki, Türkiyə, İran və Pakistan arasında hava məkanınına nəzarətlə bağlı birgə əməkdaşlıq mərkəz tərəfindən may ayının 18- dən qəza olan ərazidə heç bir elektronik siqnal qeydə alınmayıb. İranın müraciəti əsasında həmin mərkəz 16:05-də rəsmi olaraq bildirib ki, hadisədən bir gün əvvəldən həmin ərazidən hər hansı uçuş olması ilə bağlı heç bir elektronik siqnal daxil olmayıb . Hadisə isə mayın 19-da baş verib. Belə məlum olur ki, İran prezidentinin helikopteri Araz çayına doğru gələrkən hadisə olan ərazidən keçən zaman belə onun helikopterindən hər hansı siqnal alınmayıb. Bu onu göstərir ki, geri dönərkən baş verən hadisə nəticəsində helikopterdən hər hansı siqnal alınmaması heç də təsadüfi deyimiş və bu ərazidə peyk rabitə sistemi bloklanmış vəziyyətdə olub.

9. İran tərəfindən Türkiyədən cagrılmış "Akınçı" PUA-sına verilən axtarış koordinatları 3-dəfə dəyişdirilib və ən nəhayət xeyli yubadıldıqdan sonra axtarış aparılacaq ərazi ilə bağlı doğru koordinat verilib. Bu da əsas sual doğuran məqamlardan hesab olunur .

Paylaş:
Digər xəbərlər

Siyasət / Hadisə

24-05-2024, 09:43

İran molla rejimi öz faciəsində belə Türk və Azərbaycan düşmənçiliyin açıq şəkildə təbliğ edir

Siyasət

21-05-2024, 20:01

Kansler İran hökumətinə başsağlığı verib

Siyasət

21-05-2024, 18:00

Prezident Rəisi ilə əldə edilmiş razılaşmaların reallaşacağına ümid edir

Hadisə

20-05-2024, 13:52

Helikopter də olan bütün heyət həlak olub

Siyasət / Sosial

20-05-2024, 03:10

Türkiyə İranda helikopterin axtarışına “Akıncı” PUA-larını göndərdi

Siyasət / Sosial

20-05-2024, 00:13

10 saatdan artıqdır ki helikopterin axtarışı davam edir

Siyasət / Sosial

19-05-2024, 22:28

İbrahim Rəisinin qəzaya uğrayan helikopterindəki iki nəfərlə əlaqə saxlanılıb

Siyasət / Hadisə

19-05-2024, 17:57

İran prezidentini aparan helikopter qatı duman səbəbindən sərt qəza enişi edib

Sosial / Hadisə

11-03-2024, 13:19

Ağstafa rayonunda 18 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürüb

Sosial / Hadisə

25-09-2023, 22:39

Üstünə qaynar su tökülən kişi ölüb

Sosial / Hadisə

4-05-2023, 00:11

İstanbul Moskvaya reysi ilə uçan sərnişin təyyarəsi Soçiyə təcili eniş etdi

Gündəm / Siyasət / Sosial

22-01-2023, 23:17

Ukrayna Ordusu Rusiyanın 120,7 min nəfər hərbçisini məhv edib

Son xəbərlər
  • 9-11-2026, 18:51
    Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur
  • 8-11-2026, 01:32
    Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • 7-11-2026, 19:54
    “AzerGold” QSC kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq edir
  • 7-11-2026, 15:55
    “AzerGold” Zəfər Günü münasibətilə sosial aksiyalar təşkil edib
  • 7-11-2026, 15:51
    Tramp: İranın qalan hissəsini də məhv etmək məcburiyyətində qala bilərəm
  • 7-11-2026, 15:46
    Zəfər günün mübarək Azərbaycan!
  • 7-11-2026, 15:44
    Alen Simonyandan ermənilərə sərt mesaj: “Niyə Sevan gölünə Göyçə deyəndə buna kəskin reaksiya verirsiniz?”
  • 7-11-2026, 15:36
    Jurnalist Elnur Şükürov həbs edilib.
  • 6-11-2026, 22:04
    Ermənistanda müxalifət lideri Samvel Karapetyan bir aylıq həbs edilib
  • 6-11-2026, 21:58
    Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi faktiki olaraq dayanıb
  • 6-11-2026, 18:54
    Vilayətidən Tramp və müttəfiqlərinə sərt xəbərdarlıq: “Ayaqlarını qıracağıq”
  • 6-11-2026, 14:26
    Qoyunlardan qırxılan yunun uçotu aparılacaq – Yeni qaydalar 2027-ci ildən qüvvəyə minir
  • 6-11-2026, 13:40
    Əcnəbilərin Azərbaycanda pulsuz qeydiyyatı ləğv edilə bilər
  • 6-11-2026, 12:42
    İran ABŞ-ın beşinci MQM-170 PUA-sını vurduğunu açıqlayıb
  • 6-11-2026, 12:37
    DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edən şəxsləri saxladı
  • 6-11-2026, 12:31
    “Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
  • 5-11-2026, 20:34
    İrandan Ermənistana sərt reaksiya
  • 5-11-2026, 19:50
    Mirziyoyev İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • 5-11-2026, 19:47
    Polad Həşimovun anasının son durumu açıqlanıb
  • 28-10-2026, 16:49
    31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
  • 28-10-2026, 16:45
    Azərbaycanda daşınmaz əmlak üçün vahid elektron sistem yaradılır – Prezident fərman imzaladı
  • 28-10-2026, 16:42
    “AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
  • 27-10-2026, 13:37
    Penitensiar Xidmətə yeni rəis təyin olundu – Mirsaleh Seyidov vəzifədən azad edildi
  • 26-10-2026, 20:01
    Azad Balayev DTX tərəfindən həbs edilib
  • 24-10-2026, 23:24
    Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
  • 21-10-2026, 14:47
    Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
  • 21-10-2026, 14:45
    Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
  • 21-10-2026, 14:43
    Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:41
    Fatih Ərbakanın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:37
    Azərbaycan vətəndaşının Ermənistan ərazisinə keçdiyi və saxlanıldığı bildirilir
  • 21-10-2026, 14:35
    Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI
  • 20-10-2026, 16:51
    “AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib
  • 19-10-2026, 23:42
    İdeyaların beşiyi, etirazın və inqilabların vətəni
  • 19-10-2026, 13:06
    Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olundu
  • 19-10-2026, 13:05
    Teymur Musayevin təyinatı ilə Baş nazirin müavinlərinin sayı 4-ə çatdı
Daha çox
Çox oxunanlar
6-11-2026, 21:58
Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi faktiki olaraq dayanıb
7-11-2026, 15:46
Zəfər günün mübarək Azərbaycan!
6-11-2026, 12:37
DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edən şəxsləri saxladı
5-11-2026, 20:34
İrandan Ermənistana sərt reaksiya
6-11-2026, 12:42
İran ABŞ-ın beşinci MQM-170 PUA-sını vurduğunu açıqlayıb
5-11-2026, 19:47
Polad Həşimovun anasının son durumu açıqlanıb
Müsahibə
30-09-2026, 23:21
Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə