USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Tehran İrəvandan narazıdır

Siyasət

6-08-2024, 20:44

Tehran İrəvandan narazıdır

İranın Ali Rəhbəri Əli Xameneinin Məsud Pezeşkianın inaqurasiya günü Ermənistan baş naziri Nikol Paşinyanı qəbul edərkən Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlərlə bağlı yeni iddialar gündəmə gəlib.

Maraqlıdır, Əli Xamenei Zəngəzur marşrutundan daha çox sülh danışıqlarının gündəmdə olduğu bir vaxtda dəhlizin əleyhinə danışmaqla nəyə işarə edir?

Düzdür, Ermənistanın İranın "qırmızı xətt"i olduğu barədə bəyanat, dəhlizin hətta Ermənistanın da lehinə olduğu halda Tehranın buna qarşı çıxması ilk deyil.

Lakin İranın hazırda Qərblə üz-üzə gəldiyi vaxtda Qərbin dəstəyi ilə hakimiyyətə gələn Paşinyana xatırlatma etməsi dəstəkdən daha çox, xəbərdarlığa bənzəyir. Bir növ, Ermənistan İranın yanında yer aldığını göstərməlidir.

Mövzunu Oxu.Az-a dəyərləndirən politoloq Fikrət Sadıxov görüşdə diqqəti çəkən məqamlara toxunub:

"Danışıqların bizə məlum olan hissəsinə nəzər salanda görürük ki, müzakirə olunan məsələlərin bəzisi bizim regionla bağlıdır.

Sadəcə, təəccüblüsü odur ki, Xamenei nə üçün məhz Pezeşkianın inaqurasiya mərasimində bu məsələni Paşinyana çatdırdı?

Məgər rəsmi Tehran bu günə qədər Fransadan, Hindistandan silah alan, özünü Qərbin poliqonuna çevirən Ermənistanı görmürdü? Halbuki, İranda bu məsələyə həmişə həssaslıqla yanaşıblar. Bu baxımdan, Xameneinin indiki məqamda bunu dilə gətirməsi, yəni Paşinyana sözarası xəbərdarlıq etməsi müsbət bir amil kimi dəyərləndirilə bilər".

"Amma mən düşünürəm ki, İran rəhbərliyi Paşinyana daha güclü təzyiq etməlidir. Çünki rəsmi Tehran həmişə bəyanatlarında bu regionun Qərbin plasdarmına (qoşunların toplaşma meydanı) çevrilməməli olduğunu bildirir. Əgər Ermənistan açıq şəkildə bunu etsə, təzyiq də qaçılmaz olmalı, İran İrəvana ciddi xəbərdarlıq edərək bunun qarşısını almalıdır. Əks halda, bu, İranın acizliyi kimi görünəcək", - deyə politoloq əlavə edib.

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov isə Oxu.Az-a açıqlamasında İranın İkinci Qarabağ müharibəsindən dərhal sonra Zəngəzur dəhlizinə qarşı olduğunu xatırladıb:

"İran bunu gah İran-Ermənistan sərhədinin pozulması, gah Ermənistanın İranın "qırmızı xətti" olması və yaxud regionda sərhədlərin dəyişdirilməsi kimi həqiqətə uyğun olmayan fikirlərlə əlaqələndirib.

Lakin İran Ermənistan ərazisindən Zəngəzur dəhlizinin keçməsinə mane olsa da, öz ərazisindən Zəngəzur dəhlizinə alternativ yolun keçməsinə çox böyük həvəslə razılıq verib.

Bu, Ermənistan üçün bir dərs olmalı idi. Əslində, ticarət və logistika yolunun ərazilərindən keçməsini dövlətlər özləri arzulayırlar, amma Ermənistan Azərbaycanın bu təşəbbüslərinə, eyni zamanda imzaladığı bəyanatın öhdəliklərinə fərqli formada yanaşır. Təbii ki, bu prosesin nəticəsinin məsuliyyəti də Ermənistanın üzərinə düşür".

"Lakin maraqlıdır ki, İran Zəngəzur dəhlizini sərhədlərinə, ərazi bütövlüyünə təhdid hesab edirsə, bəs Ermənistan ərazisinə Avropa İttifaqının mülki missiyası adı altında Fransanın, Almaniyanın, eləcə də Avropanın İranla mübarizə aparan digər dövlətlərinin hərbçilərinin, jandarma qüvvələrinin yerləşdirilməsinə niyə qarşı çıxmır?

Əslində, İran bunu çox gözəl müşahidə edir və gələcəkdə bu addımların özü üçün də təhdid yaradacağını anlayır. Sadəcə, ona görə susur ki, Ermənistanı Rusiyadan daha tez cəzalandırmaq istəmir.

İran, onsuz da, anlayır ki, həmin qüvvələrin Cənubi Qafqaza yerləşməsinin əsas təhdidi Rusiyaya yönəlib. Çünki Rusiya bununla Cənubi Qafqazda sonuncu dayaq nöqtəsini itirməlidir. Rusiya isə heç bir halda buna imkan verməyəcək. İran rəsmiləri də onlardan əvvəl bu məsələdə Moskvanın addım atmalı olduğunu anlayır və zaman-zaman səsləri çıxsa da, bunu daha sərt formada etmirlər", - deyə analitik vurğulayıb.

Bəşirov İranın ciddi problemləri olduğunu xatırladıb və bildirib ki, Ermənistan necə ki Rusiya-Ukrayna böhranından istifadə edib Qərblə daha da yaxınlaşır, bu, İrana qarşı da ola bilər:

"Lakin hər bir halda, gələcəkdə həm Rusiya, həm də İran tərəfindən Ermənistanın bu şəkildə silahlandırılması və dostlarına xəyanət etməsinə qarşı sərt reaksiyanın şahidi olacağıq".

Paylaş:
Digər xəbərlər

Siyasət

1-08-2024, 00:27

Xamneyi İsrailə bir başa zərbələr endirmə əmrini verdi

Siyasət

31-07-2024, 12:55

Xamənei: “Haniyənin qisasını almaq İranın borcudur“

Siyasət

30-07-2024, 16:29

Paşinyanla görüşən Əli Xameneidən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Siyasət

22-03-2024, 13:19

Xarici İşlər Nazirliyinin mətbuat katibinin Fransanın baş naziri Qabriel Attalın erməni icması ilə görüşdə səsləndirdiyi fikirlərlə bağlı şərhi

Siyasət

23-10-2023, 18:01

İranın paytaxtı Tehranda “3+3” formatında xarici işlər nazirlərinin görüş başlayıb

Siyasət

15-09-2023, 19:27

İngiltərə İranın mədəniyyət naziri və Tehran merinə qarşı sanksiyalar tətbiq edib

Siyasət / Sosial

19-07-2023, 16:26

İranın ikiüzlü siyasəti Rusiyaya qarşı

Siyasət / Sosial

13-06-2023, 18:15

Zəngəzur dəhlizi açılacaq

Siyasət

11-04-2023, 06:38

Azərbaycan qarşı məkrli anlaşma - “Göstərişi birbaşa Xameneyidən gəlib”

Siyasət

23-06-2022, 22:40

"İrana qarşı yeni bir koalisiya formalaşacaq"

Siyasət

6-12-2021, 12:54

"Erməni lobbisi prosesi pozacaq"

Siyasət

6-10-2021, 11:37

Tehran Bakı-Ankara xəttinə qarşı - Laaorussi

Son xəbərlər
  • 28-10-2026, 16:49
    31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
  • 28-10-2026, 16:45
    Azərbaycanda daşınmaz əmlak üçün vahid elektron sistem yaradılır – Prezident fərman imzaladı
  • 28-10-2026, 16:42
    “AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
  • 27-10-2026, 13:37
    Penitensiar Xidmətə yeni rəis təyin olundu – Mirsaleh Seyidov vəzifədən azad edildi
  • 26-10-2026, 20:01
    Azad Balayev DTX tərəfindən həbs edilib
  • 24-10-2026, 23:24
    Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
  • 21-10-2026, 14:47
    Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
  • 21-10-2026, 14:45
    Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
  • 21-10-2026, 14:43
    Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:41
    Fatih Ərbakanın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:37
    Azərbaycan vətəndaşının Ermənistan ərazisinə keçdiyi və saxlanıldığı bildirilir
  • 21-10-2026, 14:35
    Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI
  • 20-10-2026, 16:51
    “AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib
  • 19-10-2026, 23:42
    İdeyaların beşiyi, etirazın və inqilabların vətəni
  • 19-10-2026, 13:06
    Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olundu
  • 19-10-2026, 13:05
    Teymur Musayevin təyinatı ilə Baş nazirin müavinlərinin sayı 4-ə çatdı
  • 19-10-2026, 13:02
    Anar Bayramov səhiyyə naziri təyin olundu
  • 16-10-2026, 23:33
    Sergey Lavrov da Bakıya gələcək
  • 16-10-2026, 09:40
    Görkəmli alim, filologiya elmləri doktoru, professor Tərlan Quliyev vəfat edib
  • 15-10-2026, 00:34
    Qara dənizdə dron hücumu: gəmidəki 8 azərbaycanlı xilas edildi
  • 14-10-2026, 22:51
    Ermənistan pasportu dünya reytinqində 64-cü yeri tutub
  • 14-10-2026, 14:27
    Sergey Lavrov da Bakıya gələcək
  • 14-10-2026, 14:25
    Hakan Fidan Bakıya gəlir: Ərdoğanı təmsil edəcək
  • 14-10-2026, 14:22
    Lənkəranda körpəsini təhqir edən 5 uşaq anası ərini bıçaqladı: Məhkəmə qərar verdi
  • 10-10-2026, 16:28
    Hicaba qarşı qadağalar və təbliğat: Bu qərar niyə ləğv edilməlidir?
  • 10-10-2026, 16:19
    Türkiyədə siqaret satışına yeni məhdudiyyətlər gətirilir
  • 10-10-2026, 16:16
    İlham Əliyev Ramzan Kadırovu qəbul edib
  • 8-10-2026, 17:17
    “AzerGold” QSC-nin İdarə Heyətinin sədri 5-ci “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüş keçirib
  • 6-10-2026, 13:39
    Polis bir gündə 39 şübhəlini saxladı, 66 cinayətin açılması təmin olundu
  • 6-10-2026, 13:38
    Qubada 60 yaşlı kişi hamamda dəm qazından zəhərlənərək ölüb
  • 6-10-2026, 13:35
    Qara dənizdə yük gəmisinə dron hücumu: azərbaycanlı kapitan həlak olub, bir nəfər itkindir
  • 6-10-2026, 13:30
    Qubada 19 kiloqram narkotik aşkarlanıb
  • 6-10-2026, 13:26
    Naftalanda istirahətə gələn Özbəkistan vətəndaşı hotel otağında ölü tapılıb
  • 5-10-2026, 18:19
    Azərbaycan, Türkiyə və Özbəkistan hərbi əməkdaşlığı dərinləşdirir
  • 5-10-2026, 18:16
    Pirallahıda yeni dərman zavodu açıldı: ildə 60 milyon qutu preparat istehsal ediləcək
Daha çox
Çox oxunanlar
28-10-2026, 16:49
31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
28-10-2026, 16:45
Azərbaycanda daşınmaz əmlak üçün vahid elektron sistem yaradılır – Prezident fərman imzaladı
27-10-2026, 13:37
Penitensiar Xidmətə yeni rəis təyin olundu – Mirsaleh Seyidov vəzifədən azad edildi
26-10-2026, 20:01
Azad Balayev DTX tərəfindən həbs edilib
28-10-2026, 16:42
“AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
Müsahibə
30-09-2026, 23:21
Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə