USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Diplomatik missiyası başa çatan ABŞ səfiri son çıxışını edib

Siyasət / Hadisə

18-01-2025, 18:18

Diplomatik missiyası başa çatan ABŞ səfiri son çıxışını edib
“Azərbaycan xalqı müstəqil mediaya, ədalət mühakiməsinə, korrupsiyadan azad iqtisadiyyata layiqdir.” - bu sözləri ABŞ -ın səfiri Mark Libbi deyib.

Azərbaycandakı diplomatik missiyanı başa vuran ABŞ səfiri Mark Libbi yekun çıxış edib. Səfirliyin Facebook səhifəsində dərc olunan çıxışda deyilir:

“Birləşmiş Ştatların Azərbaycandakı səfiri kimi fəaliyyətim sona çatmaq üzrəykən bu möhtəşəm ölkənin insanlarına təşəkkür və vida mesajımı çatdırmaq istəyirəm. Burada Birləşmiş Ştatları təmsil etmək mənim üçün bir şərəf və ömürlük imtiyaz olub. Vidalaşmaq heç vaxt asan deyil, lakin mən Azərbaycana qarşı dərin minnətdarlıq hissi və birgə səylərimizin gələcəyinə dair nikbinliklə buradan ayrılıram.

Danusia və mən Azərbaycanın hər tərəfini gəzmişik, dağlara dırmanmışıq, çöllərdə yürüş etmişik, dənizdə üzmüşük. Qədim və müasir məbədləri, sinaqoqları və məscidləri ziyarət etmişik, yazılı tarixdən əvvələ aid petroqliflərə heyran olmuşuq, xalça toxuyanların və heykəltaraşların gözlərimiz önündə möcüzələr yaratmasına tamaşa etmişik, və bəziləri dünya səviyyəli restoranlarda ən yaxşı aşpazlar tərəfindən hazırlanmış, bəziləri isə vəhşi təbiət qoynunda ocaq üzərində bişirilmiş ləzzətli yeməkləri dadmışıq.

Lakin təbiətdən, yeməklərdən və sənətkarlıqdan daha çox bizdə ən yaddaqalan təəssüratları Azərbaycan xalqı yaradıb. Nizami Gəncəvidən Ell və Nikkiyə, Vəcihə Səmədovadan Təvəkkül şefə, Zeynalabdin Tağıyevdən Azərbaycan Hava Yollarının 8243 nömrəli reysinin qəhrəman heyətinə kimi azərbaycanlılar, əfsanəvi igidlik, yaradıcılıq, dözümlülük, qonaqpərvərlik, dini müxtəliflik və dünyagörüşə sahib xalqdır. Danusia və mənim burada tanış olduğum hər bir azərbaycanlı belə möhtəşəm insanlarla ümumi irsi daşıyır. Ən çox isə Azərbaycan xalqı üçün darıxacağıq. Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram, bu xalq ən yaxşısına layiqdir”, - Libbi yazıb.

“Onlar (Azərbaycan vətəndaşları) öz qonşuları ilə sülh şəraitində, güclü və suveren ölkədə yaşamağa layiqdirlər. Onlar bol tərif yağdırmaqda azad olduğu qədər səlahiyyətli şəxsləri tənqid vasitəsilə öz əməllərinə görə məsuliyyət daşımağa çağırmaqda da sərbəst olan müstəqil mediaya layiqdirlər. Onlar öz fikirlərini açıq ifadə edən insanları hədəfə almayan ədalət mühakiməsinin adil və şəffaf şəkildə tətbiq olunmasına layiqdirlər. Onlar korrupsiya və öz mənfəətini güdməkdən azad olan, firavan və perspektivli iqtisadiyyata layiqdirlər.

Heç bir ölkə, o cümlədən Birləşmiş Ştatlar da mükəmməl deyil. Lakin mən, ABŞ Səfirliyinin azərbaycanlı həmkarları ilə bu hədəflərə doğru necə çalışmasından qürur duyuram. Birlikdə çox şeyə nail olmuşuq”, - səfir qeyd edib.

“Biz iqtisadi rifahı yüksəltmişik. Tarixi 30 il əvvələ dayanan “Əsrin müqaviləsi”ndən keçən ilki COP29-a və ABŞ-nin Azərbaycanda kiçik biznesə, fermerlərə və qadın sahibkarlara davam etməkdə olan dəstəyinə kimi ABŞ- Azərbaycan tərəfdaşlığı əlamətdar tərəqqiyə çatıb və daha aydın və dayanıqlı gələcək üçün təməllər qoyub. Birlikdə biz Azərbaycan əhalisinin təhlükəsizliyini təkmilləşdirmişik. Təlim, təchizat və əməkdaşlıq proqramları vasitəsilə Birləşmiş Ştatlar Azərbaycan vətəndaşlarının, sərhədlərinin və dəniz sahillərinin təhlükəsizliyinə fəal şəkildə dəstək verir. Səfirlik, azərbaycanlıların həyatına hər gün təhlükə yaradan minaların təmizlənməsinə milyonlarla dollar ayırıb. Mən və həmkarlarım Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə rəsmi səfərlər etməklə ABŞ-nin ərazi bütövlüyü prinsipinə hörmətini göstərmişik. Əleyhdarlar saxta konspirasiya hekayələri ilə hər gün şübhə toxumları səpməyə çalışır, lakin əməllərimizin səsi onların sözlərindən daha yüksəkdir.

Və son olaraq, insanlararası əlaqələrdə olduqca böyük inkişafın şahidi olmuşuq. Birləşmiş Ştatlarda təhsil alan azərbaycanlı tələbələrin sayının sürətli artımı, köçkünlər və digər az imkansız əhali qruplarına İngilis dilinin tədrisi proqramları vasitəsilə xalqlarımız arasındakı dostluğun davamlı olduğunu və inkişaf etdiyini sübuta yetirmişik. Hər şeydən daha çox bu, məndə münasibətlərimizin gələcəyinə dair böyük ümidlər doğurur”, - Libbi yazıb.

“Ailəmi və məni qonaq etdiyiniz üçün sizə təşəkkür edirəm, Azərbaycan. qonaqpərvərliyiniz və yaradıcılıq enerjiniz üçün sizə minnətdaram, Azərbaycan. Danusia və mən bu möhtəşəm ölkə üçün darıxacağıq. Qarşıdan gələn illərdə Azərbaycan xalqına səmimi qəlbdən xoşbəxtlik və rifah arzulayırıq”, - Libbi qeyd edib.

Paylaş:
Digər xəbərlər

Siyasət / Sosial

10-05-2024, 20:06

ABŞ səfiri professor Qubad İbadoğlu ilə görüşüb

Sosial / Hadisə

8-05-2024, 18:56

ABŞ səfiri həbsdə olan jurnalist və fəalların ailə üzvləri ilə görüşüb

Siyasət / Sosial

21-02-2024, 15:17

ABŞ səfiri ADA universiteti ilə tələbə mübadiləsini müzakirə edib

Hadisə

18-01-2024, 01:49

Böyük Britaniyanın Bakıdakı səfiri Tofiq Yaqublunun qızı ilə görüşüb

Siyasət / Sosial / Hadisə

26-02-2023, 16:59

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Xocalı abidəsini ziyarət edib

Gündəm / Siyasət

22-02-2023, 21:41

Britaniyalı nazir və səfiri Ferqus Ould Tofiq Bəhramovun abidəsini ziyarət edib

Siyasət

10-01-2023, 20:27

Böyük Britaniyanın Azərbaycandakı səfiri içəri şəhəri ziyarət edib

Siyasət / Hadisə

26-05-2022, 09:30

ABŞ Azərbaycana yeni səfir təyin etməyə hazırlaşır

Siyasət

5-06-2020, 13:38

İndoneziyanın yeni səfiri Azərbaycana payızda gələcək

Son xəbərlər
  • Dün, 17:17
    “AzerGold” QSC-nin İdarə Heyətinin sədri 5-ci “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüş keçirib
  • 6-10-2026, 13:39
    Polis bir gündə 39 şübhəlini saxladı, 66 cinayətin açılması təmin olundu
  • 6-10-2026, 13:38
    Qubada 60 yaşlı kişi hamamda dəm qazından zəhərlənərək ölüb
  • 6-10-2026, 13:35
    Qara dənizdə yük gəmisinə dron hücumu: azərbaycanlı kapitan həlak olub, bir nəfər itkindir
  • 6-10-2026, 13:30
    Qubada 19 kiloqram narkotik aşkarlanıb
  • 6-10-2026, 13:26
    Naftalanda istirahətə gələn Özbəkistan vətəndaşı hotel otağında ölü tapılıb
  • 5-10-2026, 18:19
    Azərbaycan, Türkiyə və Özbəkistan hərbi əməkdaşlığı dərinləşdirir
  • 5-10-2026, 18:16
    Pirallahıda yeni dərman zavodu açıldı: ildə 60 milyon qutu preparat istehsal ediləcək
  • 5-10-2026, 13:47
    Ramiz Mehdiyev və Eldar Əmirovun məhkəmə istintaqı bu gün başlayır
  • 1-10-2026, 13:20
    ABŞ İrana qarşı dəniz blokadasını sərtləşdirib: 125 ticarət gəmisinin marşrutu dəyişdirilib
  • 1-10-2026, 13:11
    FHN elektrik avtomobillərini şarj edənlərə xəbərdarlıq etdi
  • 1-10-2026, 13:07
    Rusiyada general-mayor Sergey Nikituşkin həbs edilib
  • 1-10-2026, 13:05
    AŞPA: Rusiyanın dondurulmuş aktivləri Ukraynaya milyardlarla avro təzminat üçün istifadə oluna bilər
  • 1-10-2026, 13:03
    AŞPA Beynəlxalq Cinayət Məhkəməsinə qarşı təhdidləri pislədi
  • 30-09-2026, 23:21
    Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
  • 30-09-2026, 21:39
    AŞPA deputatı ilə görüşdə siyasi məhbusların vəziyyəti müzakirə olunub
  • 30-09-2026, 20:34
    Heydər Əliyevin Tbilisidəki büstünü zədələməkdə şübhəli bilinən Ermənistan vətəndaşı həbs edilib
  • 30-09-2026, 13:09
    Yunanıstanda demokratiya dayanıqlıdır, amma ciddi problemlər qalır – AŞPA
  • 30-09-2026, 10:45
    Qubad İbadoğlunun xaricə çıxış qadağası ləğv olundu – Almaniyaya getdi
  • 30-09-2026, 10:41
    "AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub
  • 29-09-2026, 20:24
    AŞPA Bosniya və Herseqovina üzrə yeni AİHM hakimini seçib
  • 29-09-2026, 14:46
    Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
  • 28-09-2026, 18:19
    2026-cı il Vatslav Havel İnsan Hüquqları Mükafatı Nəsrin Sotudəyə verildi
  • 28-09-2026, 18:14
    Airbus A340-600 təyyarəsi İbiza hava limanında
  • 28-09-2026, 14:58
    AŞPA-nın payız sessiyası Strasburqda işə başladı: insan hüquqları, media azadlığı və Ukrayna gündəmdədir
  • 28-09-2026, 14:37
    Tanınmış jurnalist Əvəz Zeynallı vəfat edib
  • 27-09-2026, 23:06
    Alen Simonyan: “İmkan yaranarsa, Azərbaycandan da qaz alacağıq”
  • 27-09-2026, 22:21
    “AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib
  • 27-09-2026, 10:42
    Strasburqda Azərbaycan siyasi mühacirlərinin I Ümumavropa Konqresi keçirilib
  • 25-09-2026, 19:43
    “AzerGold” QSC-də İndoneziyanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
  • 21-09-2026, 19:55
    Ramiz Mehdiyev və Eldar Əmirovun işi üzrə məhkəmə prosesi başlayıb
  • 17-09-2026, 17:06
    Rostovdakı hərbi aerodroma zərbə: Rusiyanın təyyarə və helikopterləri məhv edilib
  • 17-09-2026, 17:04
    Karantin rejiminin müddəti gələn ilədək uzadıldı
  • 17-09-2026, 17:02
    Uşaq evlərində böyüyən 28 gənc tələbəlik sevincini yaşayır
  • 17-09-2026, 16:09
    Paşinyan açıqladı: Azərbaycanla sülh sazişində razılıq necə əldə olundu?
Daha çox
Çox oxunanlar
5-10-2026, 13:47
Ramiz Mehdiyev və Eldar Əmirovun məhkəmə istintaqı bu gün başlayır
6-10-2026, 13:30
Qubada 19 kiloqram narkotik aşkarlanıb
5-10-2026, 18:16
Pirallahıda yeni dərman zavodu açıldı: ildə 60 milyon qutu preparat istehsal ediləcək
5-10-2026, 18:19
Azərbaycan, Türkiyə və Özbəkistan hərbi əməkdaşlığı dərinləşdirir
6-10-2026, 13:39
Polis bir gündə 39 şübhəlini saxladı, 66 cinayətin açılması təmin olundu
6-10-2026, 13:35
Qara dənizdə yük gəmisinə dron hücumu: azərbaycanlı kapitan həlak olub, bir nəfər itkindir
Müsahibə
30-09-2026, 23:21
Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Polis bir gündə 39 şübhəlini saxladı, 66 cinayətin açılması təmin olundu
FHN elektrik avtomobillərini şarj edənlərə xəbərdarlıq etdi
2026-cı il Vatslav Havel İnsan Hüquqları Mükafatı Nəsrin Sotudəyə verildi
“AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə