USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Gürcüstan da AŞPA-da fəaliyyətini dayandırdı

Siyasət

31-01-2025, 21:04

Gürcüstan da AŞPA-da fəaliyyətini dayandırdı
Azərbaycanın ardınca Gürcüstan da AŞPA-da fəaliyyətini dayandırdı.

Qurumun yanvarın 27-də qəbul etdiyi qətnamədə Azərbaycan və Gürcüstana yönələn tənqidlər artsa da, Ermənistan hökumətinin demokratik inkişaf yolunda davamlı səylər göstərdiyi bəyan edilib

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Gürcüstandan olan nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməsinə bu il aprelin 1-də baxacaq. Gürcüstan hökuməti bu müddətdə yeni parlament seçkiləri elan etməli, polis zorakılığı və vətəndaşlarının hüquqlarını pozulmasına son qoymalı və siyasi məhbusları azadlığa buraxmalıdır.

AŞPA-nın bu tələbləri yerinə yetirilənə qədər Gürcüstandan olan nümayəndə heyətinin səlahiyyətləri əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb. Nümayəndə heyətinin üzvləri qurumun 5 komitəsinin iclasında iştirak edə və siyasi məruzəçi ola bilməyəcəklər. Qurumun gəldiyi qərara görə, onların müşahidəçilik fəaliyyətləri də məhdudlaşdırılıb.

Gürcüstan nümayəndə heyəti AŞPA-nın yanvarın 27-də qəbul etdiyi 2580 saylı qətnamədən sonra bu qurumda fəaliyyətini dayandırıb. “Gürcü Arzusu” partiyasının tanınmış deputatı, Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Tea Tsulukiani səsvermədən qısa müddət sonra geri çəkilmək qərarınlarını elan edib.

AŞPA-nın prezidenti Teodoros Rusopulos Gürcüstan nümayəndə heyətinin bu qurumdan geri çəkilmək qərarına təəssüfləndiyini bildirib.

“Bu addım Gürcüstanda demokratik standartların irəliləməsinə kömək edə biləcək dialoqu təhlükə altına atır”, – deyə Rusopulos bildirib.

Eyni addımı AŞPA-nın 2024-cü ildə keçirilən qış sessiyasında Azərbaycan hökuməti də atmışdı. Azərbaycandan olan nümayəndə heyəti qurumun səlahiyyətlərinin təsdiqlənməməsilə bağlı verdiyi qərardan qısa müddət əvvəl AŞPA-da fəaliyyətlərini “qeyri-müəyyən müddətə” dayandırdığını bəyan etmişdi.

AŞPA Azərbaycanın Avropa Şurasına üzvlükdən irəli gələn əsas öhdəliklərini yerinə yetirməməsi, ölkədə insan hüquqlarının vəziyyətinin pisləşdiyini, o cümlədən jurnalistlərin həbsi, növbədənkənar prezident seçkisini müşahidə etmək üçün quruma dəvət göndərilməməsini də daxil olmaqla əməkdaşlıqdan imtinanı, habelə Qarabağda hərbi əməliyyatları əsas gətirərək azərbaycanlı deputatların etimadnamələrini təsdiq etməmişdi.

Azərbaycanın nümayəndə heyəti baş verənlərin ölkənin ərazi bütövlüyünü bərpa etməsinə görə aparılan qərəzli kampaniyanın bir hissəsi olduğunu qeyd etmişdi.

Azərbaycanın Assambleyadan kənarlaşdırılmasına çağıran qətnamənin lehinə AŞPA-dan 76 deputatı səs vermişdi. Ötən ilin sentyabrında keçirilən növbədənkənar parlament seçkilərindən qısa müddət əvvəl – avqustun 25-də Azərbaycan Xarici İşlər Nazirliyi həmin deputatları “arzuolunmaz şəxslər“ elan edərək qara siyahıya salıb. AŞPA-nın müşahidə missiyası isə seçkiləri müşahidə etməyə dəvət olunmamışdı.

Bu il AŞPA-da qəbul olunan qətnamədə Gürcüstanla bağlı Azərbaycana yönəlmiş tənqidlər də yer alıb. Ölkədə siyasi və vətəndaş cəmiyyəti fəallarına, media nümayəndələrinə və digər hökumət tənqidçilərinə qarşı davam edən təzyiqlərdən narahatlığını ifadə edən qurum Azərbaycan haklimiyyətini təqiblərə son qoymağa və siyasi motivli ittihamlarla həbs olunanların hamısını dərhal azad etməyə çağırır.

Sənəddə həmçinin qeyd edilir ki, hökumət “Siyasi partiyalar haqqında”, “KİV haqqında” Qanuna və QHT-lərə aid müvafiq qanunvericiliyə Venesiya Komissiyasının tövsiyələrinə uyğun olaraq düzəlişlər etməli, İşgəncələrin və Qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Avropa Komitəsi ilə əməkdaşlıq təxirə salmadan bərpa edilməlidir.

Azərbaycanın nümayəndə heyəti AŞPA-nın qış sessiyasında iştirak etməyib. Almaniyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, deputat Frank Şvabenin buna münasibəti özünü o qədər də gecikdirməyib.

“Azərbaycan Avropa Şurasının dəyərlərinə və qaydalarına kökündən məhəl qoymadığına görə, Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin ola bilməyəcəyini qəbul edir və akkreditasiya üçün Strasburqa nümayəndə heyəti göndərmir”, – deyə Frank Şvabe özünün “X” hesabında yazıb.

AŞPA-dan fərqli olaraq, Avropa Şurasının Azərbaycanla bağlı mövqeyi fərqlənir. Luksemburqun xarici işlər və ticarət naziri Xavier Bettel AŞPA ilə Azərbaycan hökumətinə çağırış edərək dialoqun bərpa edilməli olduğunu bildirib.

Azərbaycan və Gürcüstanla müqayisədə Ermənistana yönələn tənqidlər o qədər də çox deyil. Qətnamədə qeyd edilir ki, Ermənistanın üzləşdiyi ciddi təhlükəsizlik çağırışlarına baxmayaraq, hökumətin demokratik inkişaf yolunda davamlı səyləri yüksək qiymətləndirilir.

Qətnamədə Ermənistanda Seçki Məcəlləsinin islahatları zamanı nümayiş etdirilən inklüzivlik və şəffaflığı alqışlanıb, Ermənistan xalqının etimadını qazanan həqiqətən demokratik seçkilərin keçirilməsi məqsədinin böyük ölçüdə yerinə yetirildiyi vurğulanıb.

Bununla yanaşı, Assambleya ölkədəki siyasi mühitin həddindən artıq qütbləşmiş və qarşıdurmalı qalmasından təəssüf hissi keçirdiyini və bütün maraqlı tərəfləri parlament çoxluğu ilə müxalifət arasındakı münasibətləri yaxşılaşdırmağa çağırdığını qeyd edib.

Paylaş:
Digər xəbərlər

Siyasət

30-01-2025, 16:19

Gürcüstan Avropa Şurası Parlament Assambleyasında fəaliyyətini dayandırıb

Siyasət

27-01-2025, 22:09

AŞPA qış sesiyasına start verdi. Azərbaycan gündəmdə yoxdur

Siyasət

29-07-2024, 18:17

Azərbaycan AŞPA-nı parlament seçkilərinə dəvət etməyib

Siyasət

24-01-2024, 23:58

Azərbaycan nümayəndə heyəti AŞPA-da bəyanatla çıxış edib

Siyasət

24-01-2024, 22:09

AŞPA Azərbaycan nümayəndə heyətini bir il müddətinə səsvermə hüququndan məhrum edən qətnaməni qəbul etdi

Siyasət

24-01-2024, 11:27

AŞPA Monitorinq Komitəsi Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini təsdiq etməməyi təklif etdi

Siyasət

22-06-2021, 13:05

Azərbaycanlı deputat AŞPA-da məruzəçi seçildi

Siyasət

27-04-2020, 14:12

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin yeni tərkibi – ADLAR

Son xəbərlər
  • Dün, 17:06
    Rostovdakı hərbi aerodroma zərbə: Rusiyanın təyyarə və helikopterləri məhv edilib
  • Dün, 17:04
    Karantin rejiminin müddəti gələn ilədək uzadıldı
  • Dün, 17:02
    Uşaq evlərində böyüyən 28 gənc tələbəlik sevincini yaşayır
  • Dün, 16:09
    Paşinyan açıqladı: Azərbaycanla sülh sazişində razılıq necə əldə olundu?
  • Dün, 16:08
    Cahangir Əsgərovun qızının Nyu-Yorkda 7,5 milyon dollarlıq əmlak aldığı bildirilir
  • Dün, 16:06
    Bayramov-Mirzoyan görüşündən sonra İrəvanda siyasi gərginlik arta bilər
  • Dün, 16:04
    Lənkəranda avtomobilin nömrəsini lentlə gizlədən sürücü saxlanıldı
  • 16-09-2026, 16:10
    Almaniyada yanacaq böhranı dərinləşir: dizel 2,50 avronu keçib, 3 avro həddi gündəmdədir
  • 16-09-2026, 13:20
    “AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
  • 16-09-2026, 12:06
    Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
  • 15-09-2026, 19:40
    “AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
  • 14-09-2026, 13:40
    Azərbaycan pasportunun imkanları genişlənir: vizasız ölkələrin sayı artır
  • 14-09-2026, 13:37
    Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
  • 14-09-2026, 13:35
    Azad olunan ərazilərdə 1348,9 hektar ərazi minalardan təmizlənib
  • 14-09-2026, 13:33
    Həftəsonu 17 silah aşkarlanaraq götürülüb
  • 14-09-2026, 13:30
    Azərbaycanla Slovakiya məxfi məlumatların mübadiləsi üzrə sazişi təsdiqləyəcək
  • 14-09-2026, 13:28
    Məktəblərdə 504 mindən çox şagird təhsil alacaq
  • 14-09-2026, 13:26
    “AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər
  • 10-09-2026, 22:11
    Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
  • 9-09-2026, 13:03
    Hərbi çağırışdan boyun qaçıranlar məsuliyyətə cəlb oluna bilər
  • 8-09-2026, 23:29
    Cahid İsayevə 8 il 6 ay həbs cəzası verildi
  • 8-09-2026, 19:25
    Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
  • 7-09-2026, 15:15
    “AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
  • 6-09-2026, 13:19
    Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
  • 6-09-2026, 12:39
    Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
  • 6-09-2026, 12:31
    Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
  • 6-09-2026, 12:27
    Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib
  • 5-09-2026, 14:16
    “AzerGold” ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramını elan edir
  • 4-09-2026, 23:21
    Təhlükəsizlik və Mərhəmət Ziddiyyəti: Sahibsiz Heyvanlar Problemi Necə Həll Olunmalıdır?
  • 4-09-2026, 23:16
    Xurafat, Səhiyyə Boşluğu və İnsan Qorxusu Üzərində Qurulan "Müalicə Bazarı"
  • 4-09-2026, 20:54
    SEPAH zabitləri və "Hizbullah" döyüşçüləri tunellərdə mühasirədə qaldı – İsrail çıxanları zərərsizləşdirir
  • 4-09-2026, 20:51
    Uitkoff və Kuşnerin Kiyev səfəri sual altına düşdü
  • 4-09-2026, 17:31
    Şimali Kiprdə gəmi qəzasına görə saxlanılanlar arasında azərbaycanlılar da var
  • 4-09-2026, 17:24
    5,4 milyon manatlıq siqaret qaçaqmalçılığı işi: Axtarışda olan şəxs Ukraynada saxlanıldı
  • 31-08-2026, 18:24
    Əliyev və Tokayev Bişkekdə Orta Dəhlizi müzakirə etdilər
Daha çox
Çox oxunanlar
14-09-2026, 13:37
Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
14-09-2026, 13:28
Məktəblərdə 504 mindən çox şagird təhsil alacaq
14-09-2026, 13:30
Azərbaycanla Slovakiya məxfi məlumatların mübadiləsi üzrə sazişi təsdiqləyəcək
14-09-2026, 13:33
Həftəsonu 17 silah aşkarlanaraq götürülüb
16-09-2026, 12:06
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
14-09-2026, 13:35
Azad olunan ərazilərdə 1348,9 hektar ərazi minalardan təmizlənib
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
“AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
Təbriz boyda dərd: Küçənin problemi həll olunmur

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə