USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Avropa Parlamenti Bakıda saxlanılan ermənilərlə bağlı qətnamə qəbul edib

Siyasət

13-03-2025, 23:06

Avropa Parlamenti Bakıda saxlanılan ermənilərlə bağlı qətnamə qəbul edib

Sənəddə Beynəlxalq Qızıl Xaç Komitəsinin və BMT agentliklərinin Azərbaycandakı ofislərinin bağlanmasına da diqqət çəkilir.

Avropa Parlamenti Bakıda saxlanılan ermənilərin hərbi əsir kimi tanınması və dərhal azad edilməsi ilə bağlı qətnamə qəbul edib.

Təcili əsaslarla təklif edilən qətnamə bu gün, martın 13-də səsverməyə çıxarılıb.

523 lehinə, 3 əleyhinə və 84 bitərəf olmaqla qəbul edilən qətnamədə deyilir ki, Azərbaycan hakimiyyəti həbs edilmiş Ermənistan vətəndaşlarını dərhal azad etməlidir.

Sənəddə qeyd olunur ki, Azərbaycanda 23 erməni girov (əsl mətndən tərif – red.), o cümlədən qondarma “Dağlıq Qarabağ”ın keçmiş “rəsmiləri”, həmçinin 2020-ci il müharibəsi və ondan sonrakı dövrdə əsir götürülən şəxslər də var.

Avropa Parlamenti vurğulayır ki, bu insanlar mərhələli məhkəmələrə məruz qalır və ömürlük həbs də daxil olmaqla ağır cəzalarla üzləşirlər:

“Məhkəmə icraatı zamanı onlar qeyri-insani rəftara, qadağan olunmuş psixoaktiv maddələrdən istifadəyə məruz qalırlar. Onların müstəqil vəkil, tərcüməçi seçmək, apelyasiya şikayəti vermək, qohumları ilə görüşmək, səhhətlərinə görə məhkəmə iclaslarının təxirə salınması kimi hüquqları davamlı olaraq pozulur”.

Qətnamədə həmçinin vurğulanır ki, təqsirləndirilən şəxslərdən Ruben Vardanyan aclıq aksiyasını davam etdirir və bu səbəbdən onun vəziyyəti digər məhbuslardan daha ağırdır.

Avropa Parlamenti Azərbaycan hakimiyyətini erməni məhbusların hüquqlarına, o cümlədən tibbi xidmətdən istifadə imkanlarına riayət olunmasını təmin etməyə və onların saxlanma şəraitinin müstəqil araşdırılmasına icazə verməyə çağırır.

Sənəddə Beynəlxalq Qızıl Xaç Komitəsinin və BMT agentliklərinin Azərbaycandakı ofislərinin bağlanmasına da diqqət çəkilir və ciddi narahatlıq ifadə edilir. Bildirilir ki, bu qərar eyni zamanda erməni məhbuslara dəstək və humanitar nəzarətə mane olur. Bununla əlaqədar Avropa Parlamenti Aİ-nin Bakıdakı nümayəndəliyini və Aİ-yə üzv ölkələrin səfirliklərini mütəmadi olaraq məhkəmə proseslərini izləməyə və saxlanılan ermənilərə baş çəkməyə çağırır. Qətnamədə Aİ-nin İnsan Hüquqları üzrə Xüsusi Nümayəndəsinə ayrıca müraciət ünvanlanır.

Avropa Parlamenti həmçinin bu işi aparan prokuror və hakimlər Camal Ramazanov, Anar Rzayev və Zeynal Ağayevə qarşı beynəlxalq sanksiyaların tətbiqini tövsiyə edir.

Avropa Parlamenti təklif edir ki, Beynəlxalq Cinayət Məhkəməsi “Dağlıq Qarabağda ermənilərin məcburi köçürülməsi və etnik təmizləməsi işləri”nə baxsın.

Sənəddə həmçinin Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına tam əməl olunması, o cümlədən 2020-ci il müharibəsi və sonrakı hərbi əməliyyatlar nəticəsində əsir götürülən bütün məhbusların müdafiəsi tələb olunur.

Avropa Parlamenti Aİ-ni Azərbaycanla 2022-ci ildə enerji sektorunda əldə edilən strateji tərəfdaşlıq haqqında memorandumu dayandırmağa çağırır.

Qətnaməni Avropa Parlamentinin Sosial Demokratlar fraksiyası adından bir neçə parlament üzvü təqdim edib.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev məsələyə münasibət bildirərkən deyib ki, erməni məhbuslar qanun qarşısında cavab verirlər.

“Ermənistan rəhbərliyinin bu məhkəməyə qarşı bütün resurslarını səfərbər edərək lazımsız bir propaqanda kampaniyası aparır. Onların havadarları, Avropa Parlamentində Ermənistanın maraqlarını təmsil edən müxtəlif lobbi qrupları Azərbaycana qarşı yeni qətnamə layihəsi qəbul etmək fikrindədirlər. Bütün bunlar xüsusilə məhkəmə ilə əlaqədardır”.

Hikmət Hacıyevin fikrincə, “insanlıq əleyhinə və müharibə cinayətləri törətmiş şəxslərin azadlığa buraxılmağa çağırılması, onların “əsir” və “girov” adlandırılması qəbuledilməz haldır”.

Prezidentin köməkçisi əlavə edib ki, onların mühakiməsi davam etdiriləcək.

“Amma bunun əksinə olaraq, Ermənistandan gözləntimiz odur ki, əgər regionda ədalətli sülhün təmin olunmasını istəyirsə və bunda maraqlıdırsa, məhkəmə ilə yaxından əməkdaşlıq etsin. Ermənistanın ərazisində olan, Azərbaycan xalqına qarşı insanlıq əleyhinə cinayət əməlləri törətmiş, hərbi cinayətlər törətmiş şəxslər var ki, onların da istintaqa və məhkəmə prosesinə cəlb edilməsinin təmin olunması həyata keçirilməlidir”, – Hikmət Hacıyev əlavə edib.

Qarabağda müxtəlif dövrlərdə separatçıların “prezidenti” olmuş Arkadi Qukasyan, Bako Sahakyan, Arayik Harutyunyan, “xarici işlər naziri” Davit Babayan, “parlament sədri” Davit İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan da daxil olmaqla, Azərbaycanda həbsdə olan 15 nəfərin məhkəməsi davam etdirilir.

Onların işinə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev, hakimlər Camal Ramazanov və Anar Rzayevdən (ehtiyat hakim Günel Səmədova) ibarət tərkibdə baxılır.

Təqsirləndirilən separatçılar 2023-cü ilin sentyabrında Qarabağda keçirilən əməliyyat nəticəsində saxlanılaraq Bakıya gətiriliblər.

Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan və digərləri qondarma “Dağlıq Qarabağ Respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunurlar.

Onlara qarşı təcavüzkar müharibə aparma, soyqırım, əhalini məhvetmə, köləlik, əhalini deportasiyaetmə, təqib, insanları zorakılıqla yoxa çıxarma, işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, hərbi soyğunçuluq, qəsdən adam öldürmə və başqa çoxsaylı ittihamlar irəli sürülüb.

2020-ci ilin sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də isə separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

2023-cü il oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycanla Ermənistan arasında isə hələ də sülh müqaviləsi imzalanmayıb.

Paylaş:
Digər xəbərlər

Siyasət

19-12-2024, 19:43

Avropa parlamenti Azərbaycana qarşı qətnamə qəbul edib

Siyasət

19-12-2024, 19:32

Avropa parlamenti Azərbaycana qarşı qətnamə qəbul edib

Siyasət

24-10-2024, 21:22

Avropa Parlamenti Azərbaycana sanksiya tələb edib

Siyasət

24-01-2024, 15:19

Bu gün Avropa Şurası Parlament Assambleyası Azərbaycan əleyhinə qətnamə layihəsi qəbul edəcək

Siyasət

24-02-2023, 07:34

BMT-də Ukrayna müharibəsi ilə bağlı qətnamə qəbul edildi

Gündəm / Siyasət / Hadisə / Araşdırma

20-01-2023, 22:43

Avropa Parlamenti Azərbaycana qarşı qətnamə qəbul edib

Gündəm / Siyasət / Hadisə

20-01-2023, 10:21

Avropa parlamenti Azərbaycana tələblər irəli sürüb

Siyasət

15-03-2022, 07:50

"Avropa Parlamenti ədalətsiz qurumdur"

Son xəbərlər
  • 28-10-2026, 16:49
    31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
  • 28-10-2026, 16:45
    Azərbaycanda daşınmaz əmlak üçün vahid elektron sistem yaradılır – Prezident fərman imzaladı
  • 28-10-2026, 16:42
    “AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
  • 27-10-2026, 13:37
    Penitensiar Xidmətə yeni rəis təyin olundu – Mirsaleh Seyidov vəzifədən azad edildi
  • 26-10-2026, 20:01
    Azad Balayev DTX tərəfindən həbs edilib
  • 24-10-2026, 23:24
    Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
  • 21-10-2026, 14:47
    Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
  • 21-10-2026, 14:45
    Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
  • 21-10-2026, 14:43
    Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:41
    Fatih Ərbakanın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:37
    Azərbaycan vətəndaşının Ermənistan ərazisinə keçdiyi və saxlanıldığı bildirilir
  • 21-10-2026, 14:35
    Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI
  • 20-10-2026, 16:51
    “AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib
  • 19-10-2026, 23:42
    İdeyaların beşiyi, etirazın və inqilabların vətəni
  • 19-10-2026, 13:06
    Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olundu
  • 19-10-2026, 13:05
    Teymur Musayevin təyinatı ilə Baş nazirin müavinlərinin sayı 4-ə çatdı
  • 19-10-2026, 13:02
    Anar Bayramov səhiyyə naziri təyin olundu
  • 16-10-2026, 23:33
    Sergey Lavrov da Bakıya gələcək
  • 16-10-2026, 09:40
    Görkəmli alim, filologiya elmləri doktoru, professor Tərlan Quliyev vəfat edib
  • 15-10-2026, 00:34
    Qara dənizdə dron hücumu: gəmidəki 8 azərbaycanlı xilas edildi
  • 14-10-2026, 22:51
    Ermənistan pasportu dünya reytinqində 64-cü yeri tutub
  • 14-10-2026, 14:27
    Sergey Lavrov da Bakıya gələcək
  • 14-10-2026, 14:25
    Hakan Fidan Bakıya gəlir: Ərdoğanı təmsil edəcək
  • 14-10-2026, 14:22
    Lənkəranda körpəsini təhqir edən 5 uşaq anası ərini bıçaqladı: Məhkəmə qərar verdi
  • 10-10-2026, 16:28
    Hicaba qarşı qadağalar və təbliğat: Bu qərar niyə ləğv edilməlidir?
  • 10-10-2026, 16:19
    Türkiyədə siqaret satışına yeni məhdudiyyətlər gətirilir
  • 10-10-2026, 16:16
    İlham Əliyev Ramzan Kadırovu qəbul edib
  • 8-10-2026, 17:17
    “AzerGold” QSC-nin İdarə Heyətinin sədri 5-ci “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüş keçirib
  • 6-10-2026, 13:39
    Polis bir gündə 39 şübhəlini saxladı, 66 cinayətin açılması təmin olundu
  • 6-10-2026, 13:38
    Qubada 60 yaşlı kişi hamamda dəm qazından zəhərlənərək ölüb
  • 6-10-2026, 13:35
    Qara dənizdə yük gəmisinə dron hücumu: azərbaycanlı kapitan həlak olub, bir nəfər itkindir
  • 6-10-2026, 13:30
    Qubada 19 kiloqram narkotik aşkarlanıb
  • 6-10-2026, 13:26
    Naftalanda istirahətə gələn Özbəkistan vətəndaşı hotel otağında ölü tapılıb
  • 5-10-2026, 18:19
    Azərbaycan, Türkiyə və Özbəkistan hərbi əməkdaşlığı dərinləşdirir
  • 5-10-2026, 18:16
    Pirallahıda yeni dərman zavodu açıldı: ildə 60 milyon qutu preparat istehsal ediləcək
Daha çox
Çox oxunanlar
Müsahibə
30-09-2026, 23:21
Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə