USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili “Güclü Gürcüstan – Lelo” partiyasının rəhbərləri Mamuka Xazaradze və Badri Caparidzeni əfv edib.
Prezident Administrasiyasının məlumatına görə, Xazaradze və Caparidze Gürcüstan parlamentinin istintaq komitəsinin iclasına gəlmədiklərinə görə 8 aylıq həbs cəzası çəkirdilər.
Mixeil Kavelaşvili açıqlamasında onların gələcəkdə qanuna hörmətlə siyasi fəaliyyətlərini davam etdirəcəklərinə inandığını bildirib.
Əfv qərarı ölkə siyasətində dialoq və gərginliyin azaldılması istiqamətində mühüm addım kimi qiymətləndirilir.