USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Ötən gün ölkə ərazisində cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, oktyabrın 3-də respublika ərazisində qeydə alınan 36, həmçinin əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bundan əlavə, axtarışda olan ümumilikdə 55 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 47 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Nazirliyin məlumatına əsasən, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 14 fakt, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması ilə bağlı isə 4 fakt müəyyən edilib.