
Noyabrın 15-də Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında təkbətək görüş keçirilib.
Görüşdə Azərbaycanla Özbəkistan arasında müttəfiqlik və strateji tərəfdaşlıq əsasında inkişaf edən münasibətlərin dinamik şəkildə irəlilədiyi vurğulanıb.
Tərəflər Prezident İlham Əliyevin Özbəkistana, Prezident Şavkat Mirziyoyevin isə Azərbaycana mütəmadi səfərlərinin ikitərəfli əlaqələrin möhkəmlənməsinə ciddi töhfə verdiyini bildiriblər.
Müzakirələr zamanı Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın son dövrdə daha da genişləndiyi məmnunluqla qeyd edilib. Bu xüsusda İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirakı xüsusi vurğulanıb.
Prezidentlər görüş zamanı iki ölkə arasında münasibətlərin perspektivləri barədə fikir mübadiləsi aparıblar.