USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Avstraliyanın Baş naziri Entoni Albanese BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfransının (COP31) 2026-cı ildə Türkiyədə keçiriləcəyini açıqlayıb.
Albanese sammitin Türkiyədə baş tutacağını, lakin hökumətlərarası danışıqlara Avstraliyanın sədrlik edəcəyini bildirib.
“Bizim əldə etdiyimiz missiya həm Avstraliya, həm də Türkiyə üçün böyük bir qələbədir”, – deyə o vurğulayıb.
Məlumata görə, COP31-in Antalyada təşkil olunması nəzərdən keçirilir.
Xatırladaq ki, COP31-ə ev sahibliyi etmək hüququ uğrunda Avstraliya və Türkiyə rəqabət aparırdı.