
Belarus Prezidenti Aleksandr Lukaşenko Venesuela Prezidenti Nikolas Maduronun qaçırılmasının xəyanət və gizli razılaşmalarla əlaqəli olduğunu bildirib.
Lukaşenko bu fikirləri “Mənəvi Dirçəliş Uğrunda” mükafatının təqdimetmə mərasimindən sonra jurnalistlərə açıqlamasında səsləndirib. O, Venesuelada baş verən hadisələrin arxasında əvvəlcədən razılaşdırılmış planın dayandığını iddia edib.
“İstəyirəm ki, başa düşəsiniz: hər şey var idi. Razılaşma var idi və Venesueladakı insanlara pul ödənilirdi. Həm hərbçilərə, həm də mülki şəxslərə. Danışıqlar aparılmışdı və nəticədə xəyanət baş verdi”, – deyə Belarus Prezidenti vurğulayıb.
Lukaşenko baş verənləri Venesuelanın daxili və xarici siyasi prosesləri kontekstində qiymətləndirərək, hadisənin təsadüfi olmadığını qeyd edib.