USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

“Yaradıcı şəxslər bəzən fiziki şəxs kimi, bəzən isə hüquqi şəxs formasında fəaliyyət göstərirlər. Lakin onların fəaliyyəti bir çox hallarda satınalma predmeti kimi çıxış edə bilmir”.
Bunu Səadət Yusifova **Milli Məclis**in bu gün keçirilən plenar iclasında “Mədəniyyət haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
**Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi**nin nazir müavini bildirib ki, bu səbəbdən “Qrant haqqında” qanuna dəyişikliklərin edilməsi zəruridir.
Onun sözlərinə görə, məqsəd yaradıcı şəxslərin potensialından mədəniyyət və yaradıcı sənaye sahəsində daha səmərəli istifadə etməkdir.