USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Milli Məclisdə kadr islahatları aparılarsa... - İLGİNC FAKTLAR

Siyasət

8-04-2020, 13:52

Milli Məclisdə kadr islahatları aparılarsa... - İLGİNC FAKTLARParlament rəhbərliyinin Milli Məclisdə struktur islahatlarına dair sərəncamı informasiya məkanında böyük əks-səda doğurdu.

Pandemiyanın yaratdığı qlobal təhlükə fonunda ölkəmizdə insani itkilərin, o cümlədən sosial-iqtisadi xarakterli ziyanların minimuma endirilməsi üçün bütün dövlət hakimiyyəti orqanlarında səfərbərlik yaşandığı dövrdə Milli Məclisdə belə mühüm siyasi qərarın verilməsi sübut edir ki, VI çağırış Məclisin rəhbərliyi öz qarşısında daha strateji məqsədlər müəyyənləşdirib və ona çatılması istiqamətində zəruri addımların atılması üçün aylarla gözləmək fikrində deyil.

Bu, ölkə miqyasında köklü islahatların həyata keçirildiyi mərhələ üçün ciddi zaman itkisi olardı. Milli Məclisin işinin xalqın gözləntilərinə və tələblərinə uyğun şəkildə qurulması üçün başqa alternativlərin qalmadığını indi tam əminliklə söyləmək olar. Bu baxımdan, onu da xatırlatmaq yerinə düşər ki, 2019-cu ildə Nazirlər Kabinetində istər baş nazir səviyyəsində, istərsə də onun aparat heyəti səviyyəsində mühüm dəyişikliklər aparılmışdır. O cümlədən belə dəyişikliklər Prezident Administrasiyasında həyata keçirilmişdir. Bu, bütövlükdə dövlət idarəetmə elitasında ciddi konstruktiv dəyişikliyin baş verdiyini göstərir. Eyni zamanda xalq təmsilçiliyini həyata keçirən Milli Məclisin özündə də müvafiq istiqamətdə addımlar atılmağa başlayır. Göz önündə olan mənzərə bundan ibarətdir ki, Milli Məclisin başlıca qayğısını burada daha çox vəzifəli şəxslərin yaxınlarının özlərinə “isti” yer etməsi təşkil edir. Milli Məclisin hazırkı kadrlar siyahısına nəzər saldıqda, onun formalaşmasında bir çox hallarda nepotizm, qəyyumçuluq prinsipindən çıxış edildiyi aydın görünür. Belə ki, Parlamentdə həm deputatların, həm də icra orqanları rəhbərlərinin övladları və yaxın qohumları lövbər salıblar. Bu isə o anlama gəlir ki, həmin şəxslər qanuni mexanizmləri deyil, onları himayə edənlərin vəzifə mövqeyindən istifadə edərək iş yerləri “qazanıblar”. Ötən illər ərzində Milli Məclis Aparatının faydalı iş əmsalının aşağı olması elə bu amillə əlaqələndirilməlidir. Bu səbəbdən də, himayəçilik əsasında işlə təmin olunmuşlar əsasında formalaşmış Milli Məclis Aparında kimlərin yer aldığına diqqət yetirmək maraqlı olardı. Parlament jurnalistləri qismində plenar iclasları işıqlandırmağa gedərkən himayəçilik əsasında özlərinə yer etmiş kadrların nə dərəcədə yarıtmaz və qeyri-peşəkar olduqlarını daim müşahidə edirik. Məsələn Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın oğlu və bacısı oğlu, Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun oğlu, Qobustan rayon İcra Hakimiyyətinin başçısının oğlu, Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin oğlu, Mingəçevir, Quba və Göyçay rayonlarında İcra Hakimiyyətinin başçısı işləmiş Mübariz Ağayevin oğlu Milli Məclisdə “çalışmaqdadırlar”. Bundan başqa, Milli Məclisin deputatları Nizami Cəfərovun, İlham Məmmədovun oğulları, həmçinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sabiq sədri, hazırda isə Milli Məclisin komitə rəhbəri Hicran Hüseynovanın analitik şöbədə çalısan qızını da qeyd etmək olar. Burada son illər ərzində KİV-də Oqtay Əsədov tərəfindən sabiq MTN nazir Eldar Məhmudov və MTN generallarının xətti ilə yerləşdirilənlər haqqında gedən məlumatlardan heç danışmağa dəyməz. Təbii ki, bunları yazmaqda məqsədimiz vəzifəli şəxslərin qohum-əqrabasının haradasa işləməsinə qarşı çıxmaqdan ibarət deyil. Bu, əlbəttə ki, hüquqi cəhətdən düzgün yanaşma olmazdı. Bir-iki belə halların olmasını cəmiyyət normal qarşılayardı. Lakin reallıq ondan ibarətdir ki, qanunverici orqan olan Milli Məclisdə ən ciddi qeyri-qanuni işlər həyata keçirilib. Məsələn, demək artıqdır ki, əgər işə qəbul şəffaf aparılıbsa, onda nə üçün sabiq spikerin onlarla yaxın qohumu Milli Məclisdə təmsil olunurlar? Bu reallıq istər-istəməz Milli Məclisin “ailə klubu”, “podratçı təsərrüfat” obrazını göz önündə canlandırır.

Doğrudur, yuxarıda təqdim etdiyimiz siyahı tam deyil, Milli Məclis Aparatı daha böyük problemlər içərisindədir. Təəssüf olsun ki, bu məsələyə uzun illər ərzində biganə yanaşılıb və bu problemlər qalaqlanıb. İndiki mühüm dövrdə qeyd olunan problemlərin aradan qaldırılması istiqamətində atılacaq addımların alternativi yoxdur. Çünki, ölkə başçısının Milli Məclisdə etdiyi etdiyi sərt xəbərdarlıqlar ilk növbədə ondan ibarət idi ki, burada hakim partiyanın təmsilçilərinin sayca çoxluğu onun fəaliyyətinin çatışmazlıqlarının iqtidara yönəlməsinə səbəb olur. Bu baxımdan, hesab etmək olar ki, Milli Məclisdə köklü islahatlar hələ qabaqdadır.
GundemXeber.Az

Paylaş:
Digər xəbərlər

Siyasət

3-04-2020, 10:55

Milli Məclisdəki islahatların gerçək hədəfi... - “mahmudovçu”ların “göyərtədən kənara” atılması yekunlaşır

Siyasət

27-03-2020, 13:58

Milli Məclisdə internet üzərindən informasiya mübadiləsi davam etdirilir

Gündəm / Siyasət

24-03-2020, 14:57

Milli Məclisdə internet üzərindən informasiya mübadiləsi qrupları yaradılıb

İqtisadiyyat

14-03-2020, 10:49

Stanislav Tkaçenko: İndiki böhran Azərbaycanın seçdiyi kursun doğruluğunu göstərir

Siyasət

11-03-2020, 14:21

İlham Əliyev Prezident Administrasiyasına görüşə getməyən "dərnək lideri" haqda

Araşdırma

10-03-2020, 16:00

Milli Məclisin ilk iclasına Fəttah Heydərov niyə sədrlik etmədi?

Siyasət

9-03-2020, 16:28

Bu həftə yeni çağırış Milli Məclis ilk iclasına toplanacaq

Siyasət

2-03-2020, 14:20

Milli Məclisin deputatı beynəlxalq tədbirdə iştirak edəcək

Video

2-03-2020, 11:31

Gəlirini gizlədən məmurlara cəza gəlir? - “…tələsmək lazım deyil”

Son xəbərlər
  • Dün, 19:40
    “AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
  • 14-09-2026, 13:40
    Azərbaycan pasportunun imkanları genişlənir: vizasız ölkələrin sayı artır
  • 14-09-2026, 13:37
    Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
  • 14-09-2026, 13:35
    Azad olunan ərazilərdə 1348,9 hektar ərazi minalardan təmizlənib
  • 14-09-2026, 13:33
    Həftəsonu 17 silah aşkarlanaraq götürülüb
  • 14-09-2026, 13:30
    Azərbaycanla Slovakiya məxfi məlumatların mübadiləsi üzrə sazişi təsdiqləyəcək
  • 14-09-2026, 13:28
    Məktəblərdə 504 mindən çox şagird təhsil alacaq
  • 14-09-2026, 13:26
    “AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər
  • 10-09-2026, 22:11
    Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
  • 9-09-2026, 13:03
    Hərbi çağırışdan boyun qaçıranlar məsuliyyətə cəlb oluna bilər
  • 8-09-2026, 23:29
    Cahid İsayevə 8 il 6 ay həbs cəzası verildi
  • 8-09-2026, 19:25
    Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
  • 7-09-2026, 15:15
    “AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
  • 6-09-2026, 13:19
    Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
  • 6-09-2026, 12:39
    Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
  • 6-09-2026, 12:31
    Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
  • 6-09-2026, 12:27
    Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib
  • 5-09-2026, 14:16
    “AzerGold” ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramını elan edir
  • 4-09-2026, 23:21
    Təhlükəsizlik və Mərhəmət Ziddiyyəti: Sahibsiz Heyvanlar Problemi Necə Həll Olunmalıdır?
  • 4-09-2026, 23:16
    Xurafat, Səhiyyə Boşluğu və İnsan Qorxusu Üzərində Qurulan "Müalicə Bazarı"
  • 4-09-2026, 20:54
    SEPAH zabitləri və "Hizbullah" döyüşçüləri tunellərdə mühasirədə qaldı – İsrail çıxanları zərərsizləşdirir
  • 4-09-2026, 20:51
    Uitkoff və Kuşnerin Kiyev səfəri sual altına düşdü
  • 4-09-2026, 17:31
    Şimali Kiprdə gəmi qəzasına görə saxlanılanlar arasında azərbaycanlılar da var
  • 4-09-2026, 17:24
    5,4 milyon manatlıq siqaret qaçaqmalçılığı işi: Axtarışda olan şəxs Ukraynada saxlanıldı
  • 31-08-2026, 18:24
    Əliyev və Tokayev Bişkekdə Orta Dəhlizi müzakirə etdilər
  • 31-08-2026, 18:22
    Qırğızıstanda folqa fabriki yanıb
  • 31-08-2026, 18:20
    Sumqayıtda ailə mübahisəsi qanlı bitdi: 71 yaşlı kişi oğlunu bıçaqladı
  • 31-08-2026, 18:10
    İlham Əliyev və Məsud Pezeşkian Bişkekdə görüşdülər
  • 31-08-2026, 18:08
    Əliyev və Paşinyan Bişkekdə görüşdü: TRIPP, sərhədlər və iqtisadi əməkdaşlıq müzakirə olundu
  • 29-08-2026, 21:54
    Azərbaycanda bir gündə axtarışda olan 135 nəfər saxlanıldı
  • 29-08-2026, 21:36
    Azərbaycanda bir gündə 8 odlu silah və 69 patron aşkarlandı
  • 29-08-2026, 21:35
    İlham Əliyevdən Mirziyoyevə təbrik: “Özbəkistanın hər bir uğurunu öz uğurumuz hesab edirik”
  • 29-08-2026, 21:33
    Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu
  • 27-08-2026, 20:41
    Tokiodan gələn təyyarənin şassi bölməsindən insan meyiti tapıldı
  • 27-08-2026, 20:40
    İlham Əliyev Prezidentin ehtiyat fondundan “Sabah”a 5 milyon manat ayırdı
Daha çox
Çox oxunanlar
10-09-2026, 22:11
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
9-09-2026, 13:03
Hərbi çağırışdan boyun qaçıranlar məsuliyyətə cəlb oluna bilər
14-09-2026, 13:30
Azərbaycanla Slovakiya məxfi məlumatların mübadiləsi üzrə sazişi təsdiqləyəcək
14-09-2026, 13:33
Həftəsonu 17 silah aşkarlanaraq götürülüb
14-09-2026, 13:37
Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
14-09-2026, 13:28
Məktəblərdə 504 mindən çox şagird təhsil alacaq
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
“AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə