
Mariya Zaxarova bildirib ki, Rusiya Ermənistanın Avropa İttifaqına inteqrasiyası üçün maliyyə yükünü öz üzərinə götürmək niyyətində deyil.
Onun sözlərinə görə, Ermənistan rəhbərliyi hazırda müxtəlif beynəlxalq və regional inteqrasiya birlikləri ilə münasibətlərini paralel şəkildə inkişaf etdirməyə çalışır.
Rusiya XİN sözçüsü qeyd edib ki, Moskvanın mövqeyi dəyişməz olaraq qalır və Ermənistanın xarici siyasət seçimi ilə bağlı qərarlar İrəvanın öz səlahiyyətindədir. Bununla yanaşı, o vurğulayıb ki, Rusiyanın Ermənistanın Avropa istiqamətində atdığı addımların maliyyə nəticələrini qarşılamaq planı yoxdur.
Xatırladaq ki, bundan əvvəl Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirmişdi ki, əgər Ermənistan Avropa İttifaqını Avrasiya İqtisadi Birliyindən daha üstün hesab edirsə, Aİ-yə üzvlük yolunu seçə bilər.
Son aylarda Ermənistanın Avropa strukturları ilə əlaqələrini genişləndirməsi Moskva ilə İrəvan arasında münasibətlərin gələcəyi barədə müzakirələri daha da aktuallaşdırıb.