
Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ və İran arasında Anlaşma Memorandumu üzrə əldə olunmuş razılaşmaya münasibət bildirib.
Nazirlik bəyan edib ki, sözügedən razılaşmanı alqışlayır və danışıqlar prosesində vasitəçilik edən tərəflərin səylərini yüksək qiymətləndirir.
“Pakistanın danışıqlar prosesində mühüm vasitəçilik rolunu, eləcə də digər regional tərəfdaşların verdiyi töhfələri yüksək qiymətləndiririk. Ümid edirik ki, bu mühüm nailiyyət üzərində qurulacaq gələcək danışıqlar davamlı sülhün və sabitliyin təmin olunmasına töhfə verəcəkdir”, – deyə Azərbaycan XİN-in bəyanatında qeyd olunub.
Qeyd edək ki, ABŞ və İran arasında əldə olunduğu açıqlanan razılaşma ilə bağlı tərəflər arasında növbəti mərhələdə texniki müzakirələrin və rəsmi imzalanma prosesinin aparılacağı bildirilir.