USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Səfər Mehdiyevin başı dərddə - İDDİA

Siyasət

21-08-2020, 09:59

Səfər Mehdiyevin başı dərddə - İDDİAÖlkədə aparılan ciddi siyasi və kadr islahatları sərt cəzalanmalarla da müşahidə olunmaqdadır. Əvvəl rayon icra hakimiyyətlərində aparılan əməliyyatların Dövlət Sərhəd Xidməti, Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi kimi qurumları da əhatə etməsi onu göstərdi ki, ən yüksək səviyyədə qərar verilib və heç kimin toxunulmazlıq statusu yoxdur. Heç şübhəsiz bu dalğanın ardı gələcək. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə növbəti hədəv Dövlət Gömrük Komitəsidir və bununla bağlı artıq müəyyən tədbirlər görülüb. Məlumatlı mənbənin bildirdiyinə görə, bir müddət öncə Maliyyə Nazirliyi tərəfindən Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində çalışan gömrük general mayoru Ehtiram Xəlilovla bağlı geniş yoxlamalar aparıb. Yoxlama zamanı 5 milyon manatlıq aksiz markası olmayan qaçaqmal siqaretin satışa buraxıldığı məlum olub. Eyni zamanda E.Xəlilovun 140 nəfəri “ölü can” kimi ştata daxil etdiyi və onların əməkhaqqı kartlarının mənimsənildiyi üzə çıxıb.
Yoxlamanın nəticələri E.Xəlilovun həbsini labüdləşdirdiyindən gömrük generalı ciddi şəkildə təşviş keçirir. Baş verənlərlə bağlı cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, Ehtiram Xəlilov nəticələr rəsmiyyətə alındıqdan sonra Gömrük Komitəsinin sədri Səfər Mehdiyevi açıq-açığına təhdid edib. O gömrük şefinə onu qorumayacağı təqdirdə bütün əməliyyatları S.Mehdiyevin göstərişi və məlumatı daxilində etdiyini bildirəcəyi mesajını verib. Nəzərə alsaq ki, E.Xəlilov uzun müddətdir gömrük sistemində çalışıb və bu sistemdə baş verən bütün gizli işlərdən xəbərdardır, onda onun “sandığında” çox sirlərin saxlandığını və bu mesajın gerçəkləşməsinin S.Mehtiyev üçün ciddi başağrı olacağını düşünmək olar. Onu da bildirək ki, Ehtiram Xəlilovun çətin vəziyyətdə olarkən qurtuluşu naminə kimisə “satması” ilk hal deyil. Ehtiram Xəlilov daha əvvəl isə o, Aksiz Baş Gömrük idarəsinin rəisi vəzifəsində çalışıb. Bundan əvvəl isə Sumqayıt gömrüyünə rəhbərlik edib. Lakin harda işləməsindən, yəni hansı kürsüdə oturmasından asılı olmayaraq Ehtiram Xəlilovun əsas vəzifəsi Kəmaləddin Heydərovun özü və qonaqları üçün məclis tərtib etmək olub.
Onu da bildirək ki, Kəmaləddin Heydərovun da Ehtiram Xlilovla münsibətləri çox yüksək səviyyədə olub. Bunu cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalarda rast gəldiyimiz bir məlumat da təsdiqləyir.
General paqonunu da E.Xəlilova elə Kəmaləddin Heydərov hədiyyə edib. Amma Səfər Mehdiyev Xidmətə rəhbər təyin olunduqdan sonra Etiram Xəlilovu yanına çağıraraq ya ərizə yazmağı, ya da Kəmaləddin Heydərovla bütün əlaqələri kəsməyi tapşırıb. Ehtiram Xəlilov isə ikincini, yəni Kəmaləddin Heydərovu itirməyi seçib və buna görə də mükafatlandırılıb. Onu da bildirək ki, E.Xəlilovla bağlı zaman zaman mətbuatda müxtəlif iddialar səsləndirilib. Həmin məlumatların birini cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq: “hələ Sumqayıtda işləyərkən Göyçayın Çərəkə kəndində bir neçə hektar ərazini alaraq, orada özünə böyük obyekt tikib. Bəzi məlumatlara görə, həmin torpaq sahəsi kənd sakinlərindən birinə məxsus olub. İlk olaraq tərəflər qiymət məsələsində anlaşa bilməyiblər. Çünki Ehtiram Xəlilovun təklif etdiyi 100 min manatlıq bir məbləği torpaq sahibi qəbul etməyib. Sonradan isə qiymət yenidən qaldırılıb, amma yenə razılaşma əldə olunmayıb. Bundan sonra isə generalın rütbəsi və vəzifəsindən sui-istifadə edərək, zorla həmin torpaq sahəsini ələ keçirdiyi deyilir”. Ehtiram Xəlilov Çərəkə kəndindəki həmin ərazidə sonra bir xeyli tikinti işləri də aparıb. Özünə bahalı istirahət mərkəzi düzəldən gömrük generalının bu qədər maddi imkana sahib olması isə müəmma olaraq qalır. Çünki aylıq əmək haqqı ilə bu qədər geniş imkana sahib olmaq mümkün deyil. Bununla bağlı cumhuriyyet.az yerli mediada dərc olunan başqa bir iddianı diqqətinizə çatdırır: “Aksizsiz malları ölkəyə gətirən şəbəkəyə Dövlət Gömrük Komitəsinin Aksiz Baş Gömrük İdarəsinin rəisi general mayor Ehtiram Xəlilovun rəhbərlik etdiyi iddia olunur. Aksizsiz mallarıın ölkəyə gətirilməsinin qarşısını almalı olan və satış məntəqələrindən aksizsiz malları toplayaraq dükan sahiblərini cəzalandırılmalı olan qurum – Dövlət Gömrük Komitəsinin Aksiz Baş Gömrük İdarəsi aksizsiz malların ölkəyə gətirilməsini və onların satışını özlərinin əsas biznes sahəsinə çeviriblər. Həmçinin iddia olunur ki, Ehtiram Xəlilova aid olan “TIR”lar Rusiyadan, (Dağıstandan), spirtli içkilər gətirirlər və bu spirtli içkilər gömrük qeydiyyatından keçmir”.
Heç kimə sirr deyil ki, Səfər Mehdiyev Dövlət Gömrük Xidmətinin rəhbəri təyin olunduqdan sonra Gömrükdə “təmizlik” işləri aparmağa başladı. “Təmizlənənlərsə” keçmiş iş ortaqları olmaqla yanaşı Kəmaləddin Heydərova ən yaxın olan adamlardır. Bu proses uzun müddətdir ki, davam edir. Lakin maraqlı nüanslardan biri də odur ki, bir çoxları məhz Kəmaləddin Heydərova görə vəzifədən alınsalar da, “fövqəlnazir”ə çox yaxın olan isimlərdən biri hələ də gömrüyün rəhbərliyində çalışmaqdadır, hətta Səfər Mehdiyev onun vəzifəsini belə yüksəldib. Söhbət gömrükdə və FHN-də hər kəsin Kəmaləddin Heydərovun “adminstratoru”, yəni yeyib-içmək məclislərinin tərtibatçısı kimi tanıdığı Ehtiram Xəlilovdan gedir. Bununla bağlı cumhuriyyet.az xatırladır ki, hazırda Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində çalışan gömrük general mayoru Ehtiram Xəlilovu bu vəzifəyə Səfər Mehdiyev təyin edib. Görünür indi Xəlilov üçün qurbanlıq növbəsi S.Mehtiyevdir. //cumhuriyyet.net//

Paylaş:
Digər xəbərlər

Siyasət

11-08-2020, 10:28

Gömrük generalı İsmayıl Hüseynovun səlahiyyətləri alındı – DGK-da baş verənlərin təfərrüatı

Siyasət

31-07-2020, 13:40

İsmayıl Hüseynovu hansı güc qoruyur? - DTX-nın həbs etdiyi şəxs gömrük generalının qohumudur...

Gündəm

25-07-2020, 15:13

Səfər Mehdiyevi kimin əvəzləyəcəyi bəlli oldu - İDDİA

Siyasət

20-07-2020, 16:11

Səfər Mehdiyevin gömrük hesabatlarında yaratdığı "sabun köpüyü"... - TƏFTİŞ OLACAQ

Gündəm

16-07-2020, 11:50

Səfər Mehdiyevin gömrüyü ilə bağlı QƏRAR VERİLƏCƏK - İDDİA

Siyasət

2-07-2020, 13:54

Rahat günlər başa çatır... - İDDİA

Siyasət

26-06-2020, 09:33

Gömrükdə həbslər davam edəcək... - İDDİA

İqtisadiyyat

24-06-2020, 14:50

Gömrükdə YOXLAMA GÖZLƏNİLİR - Səfər Mehdiyev dövləti aldadıb?

Siyasət

17-04-2020, 14:19

Gömrük sistemin yenidən çalxalanacaq... - İDDİA

Son xəbərlər
  • 9-11-2026, 18:51
    Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur
  • 8-11-2026, 01:32
    Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • 7-11-2026, 19:54
    “AzerGold” QSC kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq edir
  • 7-11-2026, 15:55
    “AzerGold” Zəfər Günü münasibətilə sosial aksiyalar təşkil edib
  • 7-11-2026, 15:51
    Tramp: İranın qalan hissəsini də məhv etmək məcburiyyətində qala bilərəm
  • 7-11-2026, 15:46
    Zəfər günün mübarək Azərbaycan!
  • 7-11-2026, 15:44
    Alen Simonyandan ermənilərə sərt mesaj: “Niyə Sevan gölünə Göyçə deyəndə buna kəskin reaksiya verirsiniz?”
  • 7-11-2026, 15:36
    Jurnalist Elnur Şükürov həbs edilib.
  • 6-11-2026, 22:04
    Ermənistanda müxalifət lideri Samvel Karapetyan bir aylıq həbs edilib
  • 6-11-2026, 21:58
    Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi faktiki olaraq dayanıb
  • 6-11-2026, 18:54
    Vilayətidən Tramp və müttəfiqlərinə sərt xəbərdarlıq: “Ayaqlarını qıracağıq”
  • 6-11-2026, 14:26
    Qoyunlardan qırxılan yunun uçotu aparılacaq – Yeni qaydalar 2027-ci ildən qüvvəyə minir
  • 6-11-2026, 13:40
    Əcnəbilərin Azərbaycanda pulsuz qeydiyyatı ləğv edilə bilər
  • 6-11-2026, 12:42
    İran ABŞ-ın beşinci MQM-170 PUA-sını vurduğunu açıqlayıb
  • 6-11-2026, 12:37
    DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edən şəxsləri saxladı
  • 6-11-2026, 12:31
    “Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
  • 5-11-2026, 20:34
    İrandan Ermənistana sərt reaksiya
  • 5-11-2026, 19:50
    Mirziyoyev İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • 5-11-2026, 19:47
    Polad Həşimovun anasının son durumu açıqlanıb
  • 28-10-2026, 16:49
    31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
  • 28-10-2026, 16:45
    Azərbaycanda daşınmaz əmlak üçün vahid elektron sistem yaradılır – Prezident fərman imzaladı
  • 28-10-2026, 16:42
    “AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
  • 27-10-2026, 13:37
    Penitensiar Xidmətə yeni rəis təyin olundu – Mirsaleh Seyidov vəzifədən azad edildi
  • 26-10-2026, 20:01
    Azad Balayev DTX tərəfindən həbs edilib
  • 24-10-2026, 23:24
    Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
  • 21-10-2026, 14:47
    Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
  • 21-10-2026, 14:45
    Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
  • 21-10-2026, 14:43
    Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:41
    Fatih Ərbakanın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:37
    Azərbaycan vətəndaşının Ermənistan ərazisinə keçdiyi və saxlanıldığı bildirilir
  • 21-10-2026, 14:35
    Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI
  • 20-10-2026, 16:51
    “AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib
  • 19-10-2026, 23:42
    İdeyaların beşiyi, etirazın və inqilabların vətəni
  • 19-10-2026, 13:06
    Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olundu
  • 19-10-2026, 13:05
    Teymur Musayevin təyinatı ilə Baş nazirin müavinlərinin sayı 4-ə çatdı
Daha çox
Çox oxunanlar
6-11-2026, 21:58
Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi faktiki olaraq dayanıb
7-11-2026, 15:46
Zəfər günün mübarək Azərbaycan!
7-11-2026, 15:51
Tramp: İranın qalan hissəsini də məhv etmək məcburiyyətində qala bilərəm
6-11-2026, 22:04
Ermənistanda müxalifət lideri Samvel Karapetyan bir aylıq həbs edilib
7-11-2026, 19:54
“AzerGold” QSC kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq edir
8-11-2026, 01:32
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Müsahibə
30-09-2026, 23:21
Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə