
”Bakı İstintaq Təcridxanasında saxlandığı gündən bəri ilk dəfə Ələsgər bəylə görüşdüm. Görüş şüşə səddin arxasından telefon vasitəsilə baş tutub”. Bu barədə Toplum TV-nin hüquqi təsisçisi, media hüquqları üzrə ekspert Ələsgər Məmmədlinin qardaşı Nəsimi Məmmədli bildirib.
Onun sözlərinə görə, Ələsgər Məmmədli təcridxanada həkim müayinəsindən keçirilib.
Ombusman aparatının nümayəndəsi də müayinə prosesində iştirak edib. Ona özəl klinikada qoyulan diaqnozu təcridxananın həkimi də təsdiq edib. Hazırda həkiminin müəyyən etdiyi dərmanları qəbul edir. Qarın nahiyəsindəki ağrılar qismən azalıb.” Nəsimi Məmmədli qeyd edib. Onun sözlərinə görə, Ələsgər Məmmədlinin həkimi təcili qalxanabənzər vəzinin iynə biopsiyasını tövsiyə etsə də hələ bu müayinəni aparmaq mümkün olmadığını bildirib. “ Ələsgər bəyin ümumi səhhəti normal görünsə də nəfəs almaqda çətinlik çəkir. Saxlanma şəraitindən narazılığı yoxdur”, o deyib.