USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

“Toplum TV işi” üzrə həbsdə olan jurnalist Fərid İsmayılov səhhətindəki problemlərlə əlaqədar məhkəmə proseslərinə aparılıb-gətirilməsinə etirazını bildirib. O, bu narazılığını iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hakimə çatdırıb.
Jurnalistin yaxınlarının verdiyi məlumata görə, İsmayılovun qanında şəkərin səviyyəsi aşağıdır. O, səhər saatlarında qida qəbul etmədən və zəif vəziyyətdə məhkəməyə gətirilməsinin sağlamlığını ciddi şəkildə pozduğunu deyib. Fərid İsmayılov baş ağrısı, göz qaralması və digər əlamətlər yaşadığını bildirib.