USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Türkiyə ilə Böyük Britaniya arasında “Strateji tərəfdaşlıq çərçivə sənədi” imzalanıb.
Hakan Fidan Londonda keçirilən görüş zamanı Böyük Britaniyanın xarici işlər naziri Yvette Cooper ilə bir araya gəlib və sənəd imzalanıb.
Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, yeni çərçivə sənədi iki ölkə arasında strateji əməkdaşlığın daha da gücləndirilməsini nəzərdə tutur. Sənəd xüsusilə müdafiə, ticarət və enerji sahələrində əməkdaşlığın genişləndirilməsinə xidmət edəcək.
Rəsmi açıqlamada qeyd olunub ki, bu addım Ankara–London xəttində mövcud dialoqun daha sistemli və dərin strateji tərəfdaşlığa çevrilməsi məqsədi daşıyır.