USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

BANKLARDA BATAN ƏMANƏTLƏR - Yüzlərlə müştərinin tələbi yerinə yetiriləcəkmi?

Video

5-08-2020, 14:30

BANKLARDA BATAN ƏMANƏTLƏR - Yüzlərlə müştərinin tələbi yerinə yetiriləcəkmi?Üç ay öncə lisenziyası ləğv olunan dörd bankın – “Ata Bank”, “AG Bank”, “NBC Bank” və“Amrahbank”ın bir qrup əmanətçilərinin pulları qaytarılmır. Mərkəzi Bankın qarşısında dəfələrlə etiraz aksiyaları keçirən vətəndaşlar bildirirlər ki, əllərindəəmanətlərinin sığortalı olması barədə sənəd var.

Mərkəzi Bank onlara cavabında bəyan edib ki, ilin əvvəlində banklara depozit qəbulunu dayandırmaq barədə xəbərdarlıq olunub, banklar isə buna məhəl qoymayaraq, əmanət qəbulunu davam etdiriblər.

Nazirlər Kabineti məsələ iləəlaqədar qanunvericiliyi təfsir etmək xahişi ilə Konstitusiya Məhkəməsinə müraciət edib. Konstitusiya Məhkəməsi iyulun 28-də məsələyə baxıb, amma qərar elan olunmayıb.

Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri Hafiz Həsənov "AzPolitika.info"-ya bildirib ki, Konstitusiya Məhkəməsinin müsbət qərar verəcəyini güman edir.
Hüquqşünas Məhkəminin vaxtı ilə "Dəmir Bank" əmanətçilərinin üzləşdiyi problemlə bağlı çıxardığı qərarı xatırladaraq qeyd edib ki, bu dəfə də oxşar addım atılacağı "Konstitusiya Məhkəməsi "Dəmir Bank" əmanətçilərinin xeyrinə qərar çıxarmışdı" - deyə H. Həsənov vurğulayıb.

Xatırladaq ki, Konstitusiya Məhkəməsinin adıçəkilən bankla bağlı qərarında yazılıb:

1. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinə görə, həmin Qanunun 8.1.20-ci maddəsinə müvafiq olaraq əmanətin qorunan əmanət statusuna aid edilməsi üçün onun illik faiz dərəcəsi müəyyən edilmiş həddən artıq olmamalıdır. Əmanətlə bağlı verilən bonus illik faiz dərəcəsinə aid edilmir.

2. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsindəəks olunmuş hüquqi mövqelər nəzərə alınaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş və təshih tədbirinin tətbiqindən sonra əmanətlərin şərtlərinin dəyişdirilməsi (faiz dərəcəsinin aşağı salınması) yolu ilə qorunan əmanət statusuna aid edilmiş əmanətlər qorunan əmanətlər hesab edilməlidir.

“İqtisadi Təşəbbüslərə Yardım” İctimai Birliyinin İdarə Heyətinin üzvü Samir Əliyevin fikrincə, bütün bu problemlər əmanətlərin sığortalanması mexanizminin təkmil olmamasının nəticəsidir.
Ekspert hesab edir ki, illərdir hər dəfə banklar bağlananda əmanətlərlə bağlı problemlər ortaya çıxsa da, yenə boşluqlar aradan qaldırılmır: “Bu dəfə boşluq daha çox oldu. Nəticədə insanlar Mərkəzi Bankın qarşısında etiraz aksiyası keçirirlər. Onlar əmanətlərinin sığortalı olduğunu düşündükləri halda, məlum olur ki, sığortalı deyilmiş. Burada bankların səhvləri, sui-istifadə halları var. Əmanət qəbulu qadağan edilsə də, bunu davam etdiriblər.

İkinci bir problem yığım əmanəti ilə bağlıdır. İnsan banka əmanət qoyur, ürəyi istəyən vaxt o əmanəti artırır. Əvvəl 15 faizlə qoyub, sonradan sığortalanmış əmanətlərin faizi aşağı, məsələn, 10 faizə düşüb. Amma o, 15 faizlə qoymaqda davam edib. 10 faizə düşəndən sonra isə yatırılan əmanətlər sığortalanmırmış.

Üçüncü probleməmanətlərin hansı valyuta ilə qoyulmasıdır. Qanuna görə, xarici valyuta ilə qoyulan əmanət xarici valyutada, milli valyuta ilə qoyulan milli valyutada götürülməlidir. Kiminsə bankda manatla əmanəti qalıb, bu adam sonradan xarici valyutada əmanət qoyub. İndi deyirlər ki, sənin əmanətin qarışıqdır, manatla qaytarırıq, qoyulduğu dövrün məzənnəsinə uyğun".

S. Əliyevin sözlərinə görə, daha bir problem girov əmanətlərlə bağlıdır.

"Kiminsə məsələn, 10 min manat əmanəti olub. O əmanəti girov qoymaqla, həmin bankdan 5 min manat kredit götürüb. Bank bağlanandan sonra deyir ki, 5 min krediti həmin 10 min manat əmanətdən çıxın. Bunu eləmirlər. 10 min manatı bloklayırlar, deyirlər, 5 mini ödə qurtar, sonra 10 min manatı qaytararıq. Belə nümunələrin sayını artırmaq da olar. Bütün bunlar sığorta mexanizminin təkmil olmamasının göstəricisidir. Həm bankların, həm nəzarət edən qurumun, həm dəƏmanətlərin Sığortalanması Fondunun öz işini düzgün qurmaması nəticəsində bu cür problemlər ortaya çıxır”-deyə iqtisadçı vurğulayıb.

S. Əliyev onu da əlavə etdi ki, böyük bankların pul problemi yoxdur. Onların büdcə vəsaitlərinə çıxışları var, iri şirkətlər müştəriləridir. Amma bir sıra banklar var ki, onların əmanətlərdən asılılığı çox yüksəkdir.

Əhali o banklardakı əmanətlərini geri çəkəndə onlar əmanətsiz qalmaq təhlükəsilə üzləşir:“Məsələ təkcəəmanətsiz qalmaq da deyil. Həm dəəmanətləri qaytarmaq problemi ortaya çıxır. Hansısa bank bir gündə 1 milyon əmanəti qaytara bilər. Birdən-birə məlum olur ki, bir günə 10 milyonluq əmanət geri çəkilir. Bu da banklarda likvidlik probleminə, öhdəliklərini yerinə yetirməsində çətinliklərə gətirib çıxara bilər. Öhdəliyin yerinə yetirilməməsi isə həmin bankların bağlanması deməkdir. Mən hələ ki bu səbəbə görə bankın bağlanması təhlükəsini görmürəm. Amma belə davam etsə, problemlər həllini tapmasa, gələcəkdə çox böyük problemlərə gətirib çıxara bilər”.
AzPolitika.info

Paylaş:
Digər xəbərlər

Araşdırma

15-07-2020, 09:30

Bağlanmış 4 bankın əmanətçiləri Allahın ümidinə buraxılıb? - NARAZILIQ...

Video

23-06-2020, 12:38

“ATA BANK”ın ƏMANƏTÇİLƏRİ ÇIXILMAZ VƏZİYYƏTƏ SALINIB – Fond və Mərkəzi Bank vətəndaşlardan nə istəyir?

İqtisadiyyat

22-06-2020, 15:50

ADIF əhalinin sığortalanmış əmanətini qaytarmaqdan NİYƏ İMTİNA EDİR? - NARAZILIQ...

Araşdırma

22-06-2020, 13:56

Əmanət Fondu Mərkəzi Bankı MƏHKƏMƏYƏ VERİR - «NBC Bank» işində maraqlı dönüş

Video

18-06-2020, 14:34

3 bank qurumu arasında qalan vətəndaş: - “Az pul” iddiası problemlər yaradır

Araşdırma

4-05-2020, 12:18

“AtaBank” və “AmrahBank”ı bitirən SƏBƏB – “Dollar maxinasiyası” necə həyata keçirilib?

İqtisadiyyat

1-05-2020, 14:28

22 bank mənfəətdə, 6 bank zərərdədir – TAM SİYAHI

İqtisadiyyat

30-04-2020, 09:02

İndi də "Muğan Bank"ın bağlanacağı deyilir... - İDDİA

İqtisadiyyat

21-02-2020, 09:23

"Millikart"ın nizamnamə kapitalı artırılıb

Son xəbərlər
  • Bugün, 17:17
    “AzerGold” QSC-nin İdarə Heyətinin sədri 5-ci “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüş keçirib
  • 6-10-2026, 13:39
    Polis bir gündə 39 şübhəlini saxladı, 66 cinayətin açılması təmin olundu
  • 6-10-2026, 13:38
    Qubada 60 yaşlı kişi hamamda dəm qazından zəhərlənərək ölüb
  • 6-10-2026, 13:35
    Qara dənizdə yük gəmisinə dron hücumu: azərbaycanlı kapitan həlak olub, bir nəfər itkindir
  • 6-10-2026, 13:30
    Qubada 19 kiloqram narkotik aşkarlanıb
  • 6-10-2026, 13:26
    Naftalanda istirahətə gələn Özbəkistan vətəndaşı hotel otağında ölü tapılıb
  • 5-10-2026, 18:19
    Azərbaycan, Türkiyə və Özbəkistan hərbi əməkdaşlığı dərinləşdirir
  • 5-10-2026, 18:16
    Pirallahıda yeni dərman zavodu açıldı: ildə 60 milyon qutu preparat istehsal ediləcək
  • 5-10-2026, 13:47
    Ramiz Mehdiyev və Eldar Əmirovun məhkəmə istintaqı bu gün başlayır
  • 1-10-2026, 13:20
    ABŞ İrana qarşı dəniz blokadasını sərtləşdirib: 125 ticarət gəmisinin marşrutu dəyişdirilib
  • 1-10-2026, 13:11
    FHN elektrik avtomobillərini şarj edənlərə xəbərdarlıq etdi
  • 1-10-2026, 13:07
    Rusiyada general-mayor Sergey Nikituşkin həbs edilib
  • 1-10-2026, 13:05
    AŞPA: Rusiyanın dondurulmuş aktivləri Ukraynaya milyardlarla avro təzminat üçün istifadə oluna bilər
  • 1-10-2026, 13:03
    AŞPA Beynəlxalq Cinayət Məhkəməsinə qarşı təhdidləri pislədi
  • 30-09-2026, 23:21
    Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
  • 30-09-2026, 21:39
    AŞPA deputatı ilə görüşdə siyasi məhbusların vəziyyəti müzakirə olunub
  • 30-09-2026, 20:34
    Heydər Əliyevin Tbilisidəki büstünü zədələməkdə şübhəli bilinən Ermənistan vətəndaşı həbs edilib
  • 30-09-2026, 13:09
    Yunanıstanda demokratiya dayanıqlıdır, amma ciddi problemlər qalır – AŞPA
  • 30-09-2026, 10:45
    Qubad İbadoğlunun xaricə çıxış qadağası ləğv olundu – Almaniyaya getdi
  • 30-09-2026, 10:41
    "AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub
  • 29-09-2026, 20:24
    AŞPA Bosniya və Herseqovina üzrə yeni AİHM hakimini seçib
  • 29-09-2026, 14:46
    Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
  • 28-09-2026, 18:19
    2026-cı il Vatslav Havel İnsan Hüquqları Mükafatı Nəsrin Sotudəyə verildi
  • 28-09-2026, 18:14
    Airbus A340-600 təyyarəsi İbiza hava limanında
  • 28-09-2026, 14:58
    AŞPA-nın payız sessiyası Strasburqda işə başladı: insan hüquqları, media azadlığı və Ukrayna gündəmdədir
  • 28-09-2026, 14:37
    Tanınmış jurnalist Əvəz Zeynallı vəfat edib
  • 27-09-2026, 23:06
    Alen Simonyan: “İmkan yaranarsa, Azərbaycandan da qaz alacağıq”
  • 27-09-2026, 22:21
    “AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib
  • 27-09-2026, 10:42
    Strasburqda Azərbaycan siyasi mühacirlərinin I Ümumavropa Konqresi keçirilib
  • 25-09-2026, 19:43
    “AzerGold” QSC-də İndoneziyanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
  • 21-09-2026, 19:55
    Ramiz Mehdiyev və Eldar Əmirovun işi üzrə məhkəmə prosesi başlayıb
  • 17-09-2026, 17:06
    Rostovdakı hərbi aerodroma zərbə: Rusiyanın təyyarə və helikopterləri məhv edilib
  • 17-09-2026, 17:04
    Karantin rejiminin müddəti gələn ilədək uzadıldı
  • 17-09-2026, 17:02
    Uşaq evlərində böyüyən 28 gənc tələbəlik sevincini yaşayır
  • 17-09-2026, 16:09
    Paşinyan açıqladı: Azərbaycanla sülh sazişində razılıq necə əldə olundu?
Daha çox
Çox oxunanlar
5-10-2026, 13:47
Ramiz Mehdiyev və Eldar Əmirovun məhkəmə istintaqı bu gün başlayır
6-10-2026, 13:30
Qubada 19 kiloqram narkotik aşkarlanıb
5-10-2026, 18:16
Pirallahıda yeni dərman zavodu açıldı: ildə 60 milyon qutu preparat istehsal ediləcək
5-10-2026, 18:19
Azərbaycan, Türkiyə və Özbəkistan hərbi əməkdaşlığı dərinləşdirir
6-10-2026, 13:39
Polis bir gündə 39 şübhəlini saxladı, 66 cinayətin açılması təmin olundu
6-10-2026, 13:35
Qara dənizdə yük gəmisinə dron hücumu: azərbaycanlı kapitan həlak olub, bir nəfər itkindir
Müsahibə
30-09-2026, 23:21
Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Polis bir gündə 39 şübhəlini saxladı, 66 cinayətin açılması təmin olundu
FHN elektrik avtomobillərini şarj edənlərə xəbərdarlıq etdi
2026-cı il Vatslav Havel İnsan Hüquqları Mükafatı Nəsrin Sotudəyə verildi
“AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə