USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Gəncədə rayonların ləğvi əslində nə üçündür? - İLGİNC

Bölgə

14-09-2020, 15:21

Gəncədə rayonların ləğvi əslində nə üçündür? - İLGİNCGəncədə iki rayonun - Kəpəz və Nizami rayonlarının ləğvi məsələsi "boz kardinal"ın cəmiyyətə və qanunlara sayğısız toy-düyün qalmaqalından sonra daha çox diqqət çəkən mühüm məsələlərdəndir. Bu təşəbbüsün kimlər tərəfindən və niyə məhz indi gündəmə sürükləndiyini, əsas məqsədin daha çox nələrə bağlı olduğunu söyləmək üçün yaxın keçmişə nəzər yetirmək və bir müddət öncə Gəncənin Nizami rayonunun sabiq icra başçısı Məharət Mustafayevin, yanaşı olaraq da İHB-nin sabiq baş memarı Əli Rüstəmlinin həbsini və barəsində qaldırılan əsaslı cinayət işini xatırlamaq vacibdir. Bununla belə, bir çox dostlarımız, xüsusilə də Gəncəsevər şəxslərin bu mövzuda digər sualları məntiqinə varsa da;
* "Əgər bu bir inzibati idarəetmədə islahatdırsa, niyə məhz Bakıdan deyil Gəncədən başlayaq?,
* ləğv edilməlidirsə, Gəncədən başqa formal xarakterli rayonlara da diqqət yetirməliyik!"..
və sair bu kimi arqumentlər də təşəbbüsün ictimai müzakirəsində tutarlı əks detallara, cavab istəyən hala çevrilsə də, mənə görə pərdəarxası nüansın mühüm elementi prosedurun məcburiliyidir.
Xatırladım ki, sabiq icra başçısının dövründə dəfələrlə Elmar Vəliyevin təqdimatı ilə sözügedən rayonlara başçı təyinatı alanların heç bir işə yaramadığını, ən yaxşı halda şəhər icra başçısının sudaşıyanı və ya damkomu olduğunu qeyd etmişəm. Ən əsası, Gəncəni əhatə edən torpaq sahələrinin qanunsuz (sərəncam əsasında) satılmasında Elmar Vəliyevin tapşırığı ilə "torpaq baronluğu" etmələrini qınamışam. Bütün hallarda digər icra başçılarının şəhər rəhbərliyi yanında qeyri-müstəqil və fəaliyyətsiz olmalarını hayqırmışam. Bir şəhərdə eyni idarələrə 3 adda fərqli tapşırıqların verildiyini absurd adlandırmışam...
Yəni, mən hesab edirəm ki, deputatlıqlarını Elmar Vəliyevə borclu olanların təşəbbüskarlığı ona görə baş verib ki, şəhər icra Hakimiyyəti Kəpəz və Nizami rayonları üzrə icra başçılarının de-fakto fəaliyyətsizliklərinə artıq dözmək istəmir, digərləri də onsuz da icra edə bilmədikləri səlahiyyətlərdən qurtulmaq istəyirlər. Təşəbbüs inzibati ərazi ləğvdən daha çox, pərakəndə inzibati idarəetmənin bütövləşməsinə doğru atılan addıma oxşayır.
Və bu baş verərsə, əslində köhnə eybəcərliklərin birdəfəlik aradan qaldırılacağı, rayon İHB-lərin əməllərinin ört-bas ediləcəyi, konkret bir şəxsin Gəncənin icra başçısı kimi məsuliyyətinin və məhsuldarlığının artırılacağı real görünür.
Amma, səslənən bir fikirlə də razıyam ki, hazırki durumda Gəncənin rayonlar üzrə icra hakimiyyətlərinin ləğvindən daha ciddi sosial-iqtisadi problemləri mövcuddur.
Gəncənin deputatları belə inzibati idarəetmə mövzusundan daha çox, əslində millətin gündəlik qayğılarından da danışmalıdır.
Görünür, Gəncə əhalisinin bəlli və ciddi problemlərinin həlli Nizami və Kəpəz rayonlarının (İHB-lərinin) ləğvindən sonra asanlaşacaq. Deputatlarda da belə bir ümidlər var isə EYVALLAH!!!
Osman Nərimanoğlu
Demokratik.Az

Paylaş:
Digər xəbərlər

Siyasət

3-09-2020, 09:58

İnam Kərimovdan Ramiz Mehdiyevə ilginc JEST - Nazir sabiq PA rəhbərinin əmisi oğluna vəzifə verir

Bölgə

31-08-2020, 15:00

Qusarın icra başçısı yola salınır... - Daha 3 rayonun başçısı ilə bağlı da qərar hazırdır...

Araşdırma

26-05-2020, 12:00

Azərbaycanda görünməmiş “tender müəmmasi” - Şirkət 3 gün sonra niyə imtina etdi?

Gündəm

11-05-2020, 17:30

GƏNCƏDƏ GENIŞMIQYASLI DEZINFEKSIYA IŞLƏRI DAVAM ETDIRILIR

Gündəm

8-05-2020, 18:33

GƏNCƏDƏ XÜSUSI KARANTIN REJIMI TƏLƏBLƏRININ ICRASINA NƏZARƏT GÜCLƏNDIRILIR

Gündəm

15-04-2020, 17:26

Gəncədə ahıl vətəndaşlar və aztəminatlı ailələr şəhər rəhbərliyinin diqqətindədirlər

Siyasət

8-04-2020, 13:52

Milli Məclisdə kadr islahatları aparılarsa... - İLGİNC FAKTLAR

Bölgə

23-03-2020, 15:46

Gəncədə küçə və prospektlər, habelə çoxmənzilli binalar dezinfeksiya olunurlar

Bölgə

12-03-2020, 12:01

Gəncənin icra başçısı Argentinanın Azərbaycandakı səfiri ilə görüşüb

Son xəbərlər
  • 20-11-2026, 14:48
    Naxçıvanda “AzerGold” məhsullarının sərgi-səyyar satış günləri keçirilib
  • 19-11-2026, 21:52
    Free Press Unlimited: İsrail iki fələstinli jurnalisti sübut olunmamış ittihamlarla hədəfə çevirib
  • 19-11-2026, 14:58
    Vəkil Orxan Kəngərli narkotik ittihamı ilə saxlanılıb
  • 17-11-2026, 21:42
    Berlində Azərbaycandakı siyasi məhbuslara dəstək aksiyası keçirilir
  • 9-11-2026, 18:51
    Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur
  • 8-11-2026, 01:32
    Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • 7-11-2026, 19:54
    “AzerGold” QSC kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq edir
  • 7-11-2026, 15:55
    “AzerGold” Zəfər Günü münasibətilə sosial aksiyalar təşkil edib
  • 7-11-2026, 15:51
    Tramp: İranın qalan hissəsini də məhv etmək məcburiyyətində qala bilərəm
  • 7-11-2026, 15:46
    Zəfər günün mübarək Azərbaycan!
  • 7-11-2026, 15:44
    Alen Simonyandan ermənilərə sərt mesaj: “Niyə Sevan gölünə Göyçə deyəndə buna kəskin reaksiya verirsiniz?”
  • 7-11-2026, 15:36
    Jurnalist Elnur Şükürov həbs edilib.
  • 6-11-2026, 22:04
    Ermənistanda müxalifət lideri Samvel Karapetyan bir aylıq həbs edilib
  • 6-11-2026, 21:58
    Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi faktiki olaraq dayanıb
  • 6-11-2026, 18:54
    Vilayətidən Tramp və müttəfiqlərinə sərt xəbərdarlıq: “Ayaqlarını qıracağıq”
  • 6-11-2026, 14:26
    Qoyunlardan qırxılan yunun uçotu aparılacaq – Yeni qaydalar 2027-ci ildən qüvvəyə minir
  • 6-11-2026, 13:40
    Əcnəbilərin Azərbaycanda pulsuz qeydiyyatı ləğv edilə bilər
  • 6-11-2026, 12:42
    İran ABŞ-ın beşinci MQM-170 PUA-sını vurduğunu açıqlayıb
  • 6-11-2026, 12:37
    DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edən şəxsləri saxladı
  • 6-11-2026, 12:31
    “Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
  • 5-11-2026, 20:34
    İrandan Ermənistana sərt reaksiya
  • 5-11-2026, 19:50
    Mirziyoyev İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • 5-11-2026, 19:47
    Polad Həşimovun anasının son durumu açıqlanıb
  • 28-10-2026, 16:49
    31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
  • 28-10-2026, 16:45
    Azərbaycanda daşınmaz əmlak üçün vahid elektron sistem yaradılır – Prezident fərman imzaladı
  • 28-10-2026, 16:42
    “AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
  • 27-10-2026, 13:37
    Penitensiar Xidmətə yeni rəis təyin olundu – Mirsaleh Seyidov vəzifədən azad edildi
  • 26-10-2026, 20:01
    Azad Balayev DTX tərəfindən həbs edilib
  • 24-10-2026, 23:24
    Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
  • 21-10-2026, 14:47
    Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
  • 21-10-2026, 14:45
    Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
  • 21-10-2026, 14:43
    Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:41
    Fatih Ərbakanın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:37
    Azərbaycan vətəndaşının Ermənistan ərazisinə keçdiyi və saxlanıldığı bildirilir
  • 21-10-2026, 14:35
    Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI
Daha çox
Çox oxunanlar
20-11-2026, 14:48
Naxçıvanda “AzerGold” məhsullarının sərgi-səyyar satış günləri keçirilib
Müsahibə
30-09-2026, 23:21
Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Vəkil Orxan Kəngərli narkotik ittihamı ilə saxlanılıb
31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə