USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Əhli-beytin fəziləti

Din

4-01-2021, 19:06

Əhli-beytin fəziləti

Foto.info.az Zikr.az-a istinadən bildirir ki, peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: “Sizə verdiyi ruziyə görə Allahı sevin. Allahı sevdiyiniz üçün məni, məni sevdiyiniz üçün isə əhli-beytimi sevin”. (Sunən ət-Tirmizi, 4042).
Bizi yaratdığına və bəxş etdiyi bütün nemətlərə görə Allahı sevməliyik. Allahı sevdiyimiz üçün də Onun peyğəmbərini və ailəsini sevməliyik.
Səd bin Əbu Vaqqas rəvayət edir ki, "Sənə bilik gəldikdən sonra kim səninlə İsanın barəsində mübahisə edərsə, de: "Gəlin oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq, sonra isə dua edib yalançılara Allahın lənət etməsini diləyək". (Ali İmran, 61) ayəsi nazil olduqda Rəsulullah Əlini, Fatiməni, Həsən və Hüseyni yanına çağırdı və: “Allahım, bunlar mənim ailəmdir” – buyurdu. (Sunən ət-Tirmizi, 3002).
Ummu Sələmə rəvayət edir ki, “Mən Rəsulullahın evinin qapısının ağzında oturduğum zaman bu ayə nazil oldu: "Evlərinizdə qərar tutun! İlk cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin. Namaz qılın, zəkat verin, Allaha və Onun Elçisinə itaət edin. Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir". (əl-Əhzab, 33). Evdə Rəsulullah, Əli, Fatimə, Həsən və Hüseyn var idi. Rəsuləllah onları örtüklə bürüdü və: “Allahım, bunlar mənim əhli-beytimdir, bunlardan çirkinliyi yox et və bunları təmizlə” – dedi. Mən dedim: “Ya Rəsuləllah, mən Əhli-beytdən deyiləmmi?” Dedi: “Sən onsuz da xeyir içindəsən. Sən Peyğəmbərin zövcələrindənsən”. (Sunən ət-Tirmizi, 3870).
Hədisdə Rəsulullahın Ummu Sələməyə “Sən onsuz da xeyir içindəsən. Sən Peyğəmbərin zövcəsisən” – sözünü belə şərh etmək olar: “Sən onsuz da xeyir içindəsən. Mənim Əhli-beytimdən olduğuna görə, örtüyün altına girməyinə ehtiyac yoxdur”. Çünki digər səhih hədislərdə Peyğəmbərin qadınlarının onun Əhli-beytindən olduqları bildirilir.
Ənəs bin Malik rəvayət edir ki, "Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir”. (əl-Əhzab, 33) ayəsi nazil olduqdan sonra Rəsulullah altı aya yaxın bir müddətdə hər namaza gedərkən Fatimənin otağının qarşısından keçərək: “Namaza gəlin, Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir” - deyərdi”. (Sunən ət-Tirmizi, 3204).
Aişə rəvayət edir ki, “Rəsulullah üzərində qara naxışlı bir parça olduğu halda mənim yanıma gəldi. Bu zaman Həsən də gəldi. Onu örtüyün altına saldı, sonra Hüseyn gəldi, onu da saldı, sonra Fatimə gəldi, onu da saldı. Sonra Əli gəldi, onu da saldı. Sonra dedi: "Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir". (əl-Əhzab, 33)". (Səhih Muslim, 61/2424).
Yezid bin Həyyan rəvayət edir ki, “Bir gün Hüseyn bin Səbrə və Amr bin Muslim ilə birlikdə Zeyd bin Ərqamın yanına getmişdik. Oturarkən Hüseyn, Zeyd bin Ərqama belə dedi: “Ey Zeyd, sən çox xeyirlə qarşılaşdın. Rəsulullahı gördün, eşitdin, birlikdə döyüşlərdə oldun və arxasında namaz qıldın. Beləcə neçə xeyirli işlər sənə nəsib oldu. Rəsulullahdan eşitdiklərindən bizə danış. Zeyd dedi: “Ey qardaşımın oğlu, vallahi yaşlandım, aradan çox il keçib, Rəsulullahdan eşitdiklərimdən bəzilərini unutmuşam. İndi rəvayət edəcəklərimi qəbul edin, susanda danışmağa məcbur etməyin: – Məkkə və Mədinə arasında “Xum” adlanan yerdə Rəsulullah bir bulaq başında xütbə verdi. Allaha həmd-səna etdikdən sonra belə buyurdu: “Ey insanlar! Mən ancaq bir bəşər övladı, Rəbbimin elçisiyəm. Allah qarşısında cavab verəcəyim və Onun yanına qayıdacağım gün yaxınlaşır. Sizə iki ağır şey tərk edirəm. Birincisi, Allahın hidayət və nur kitabı olan Qurandır. Allahın kitabını tutun və ondan möhkəm yapışın”. Quran haqqında təsiredici sözlər söylədikdən sonra dedi: “İkincisi əhli-beytimdir. Əhli-beytim haqqında Allahdan qorxmağı, xəta etməməyi unutmayın” – deyərək bunu üç dəfə təkrarladı. Hüseyn: “Ey Zeyd, peyğəmbərin Əhli-beyti kimlərdir? Onun zövcələri Əhli-beytdən deyilmi?” – deyərək soruşdu. Zeyd dedi: “Peyğəmbərin qadınları da Əhli-beytdəndir. Həmçinin Əhli-beyt sədəqə almaları haram buyurulan şəxslərdir” – dedi. “Onlar kimlərdir?” – deyə soruşduqda, Zeyd dedi: “Əhli-beyt Əlinin, Aqilin, Cəfərin, Abbasın ailəsidir”. Hüseyn: “Onların hamısına sədəqə almaq haramdır?” – deyə soruşduqda, Zeyd: “Bəli” – dedi. (Səhih Muslim, 2408). Hədisdə “sədəqə” sözü zəkat mənasında işlənir. Digər bir rəvayətdə isə bu əlavə vardır: “...Rəsulullahın Əhli-beyti, nəslindən olub özündən sonra sədəqə almaları haram olan, ata tərəfdən qohum olan insanlardır”. (Səhih Muslim, 2408).
Sual verilə bilər ki, Peyğəmbər öz əbası ilə təkcə Əli, Fatimə, Həsən və Hüseyni örtmüşdüsə, sonrakı nəsil Peyğəmbərin vaxtında yaşamadığı və həmin hadisədə, yəni əbanın altına salınmada iştirak etmədiyi halda Əhli-beytə necə daxil edilib? Bunu belə izah etmək olar:
Peyğəmbərin öz əbasının altına yalnız Əli, Fatimə, Həsən və Hüseyni salmasına baxmayaraq sonrakı nəsillərin də Əhli-beytə aid edilməsinin səbəbi onların Əlinin ailəsi və ata tərəfdən Peyğəmbərə yaxın olmalarıdır. Bu onu göstərir ki, Əhli-beytə yalnız Əli, Fatimə, Həsən və Hüseyn daxil deyillər. Hədisdə Peyğəmbərin bizə tərk etdiyi ikinci əmanət onun Əhli-beytidir. Hədis müsəlmanlardan Peyğəmbərin Əhli-beytini zəkat malı alan insanların vəziyyətinə salmamağı tələb edir.
Rəvayət edilir ki, Əbu Bəkr belə demişdir: “Muhəmmədin Əhli-beytinə hörmət bəsləyin”. (Səhih əl-Buxari, 3713, 3751). Əbu Bəkr insanlara bu müraciəti edərək onları Rəsulullahın Əhli-beytinə hörmət etməyə çağırmışdır. Hər bir müsəlman Rəsulullahı sevib hörmət etdiyi kimi onun əhli-beytini də sevib hörmət etməlidir. Onlara əziyyət verməməli, onlar barəsində pis söz danışmamalıdır. Çünki ev sahibini sevən kimsə onun üzvlərini də sevməlidir. Ailə üzvlərinə edilən əziyyətin ailə başçısını edəcəyini düşünmək lazımdır. Şübhə yoxdur ki, ailə üzvləri ilə yaxşı münasibətdə olmaq, ailə başçısını məmnun edər. Buna görə də hər bir müsəlman Peyğəmbərin Əhli-beytini sevməli və onlar haqqında yaxşılıqdan başqa bir şey düşünməməlidir. İlk müsəlmanların tövsiyyələri belə olmuşdur. Allah bizi onların sevgisi ilə yaşatsın, bunun üzərində canımızı alsın və bizi Qiyamət günü onlarla birlikdə diriltsin!

Paylaş:
Digər xəbərlər

Din

4-01-2021, 18:59

Su içmə ədəbi

Din

4-01-2021, 18:55

Hicamə - qan alma üsulu ilə müalicə

Din

4-01-2021, 18:45

Peyğəmbərin buyurduğu müalicəvi vasitələr

Din

19-12-2020, 20:17

Sonuncu kərpic misalı

Son xəbərlər
  • Dün, 19:00
    İran Prezidenti Pakistana səfər edəcək
  • Dün, 18:57
    Nazir repetitorluğun qadağan olunması məsələsinə münasibət bildirdi
  • Dün, 18:54
    “Dostluq” tankeri Azərbaycan-Türkmənistan münasibətlərinin yeni rəmzi oldu
  • Dün, 18:51
    2026-cı il Vigdís Mükafatı “My Voice, My Choice” hərəkatına verildi
  • Dün, 14:44
    AŞPA-da dənizdə xilasetmə əməliyyatlarına həsr olunmuş fotosərgi təşkil olunub - Foto reportaj
  • Dün, 01:56
    Tramp və Meloni arasında gərginlik: Sorğular İtaliya baş nazirinin mövqeyini gücləndirir
  • 21-06-2026, 15:38
    Bakıda avtobus yaşlı qadını vuraraq öldürüb
  • 21-06-2026, 13:35
    AŞPA-dan Azərbaycanla bağlı sərt hesabat: “Tənqidi səslər sistemli şəkildə susdurulur”
  • 20-06-2026, 23:33
    Aydın Süleymanlı dünya reytinqinin lideri Maqnus Karlseni məğlub etdi
  • 20-06-2026, 22:22
    Azərbaycan üzərindən Rusiyadan Ermənistana 490 ton buğda göndərilib
  • 20-06-2026, 22:21
    Füzulidə 15 yaşlı yeniyetmə su kanalında boğulub
  • 20-06-2026, 22:10
    Ceyhun Bayramov Özbəkistanlı həmkarı ilə telefonla danışıb
  • 20-06-2026, 22:09
    İran Hörmüz boğazının bağlandığını elan edib
  • 20-06-2026, 21:36
    Azərbaycanda axtarışda olan 148 nəfər saxlanılıb
  • 20-06-2026, 21:34
    Azərbaycanda 24 mindən çox çətənə kolu məhv edilib
  • 20-06-2026, 21:33
    Azərbaycandan Ermənistana daha 1000 ton dizel yanacağı göndəriləcək
  • 20-06-2026, 21:06
    JAL 123: Tarixin ən faciəli təyyarə qəzalarından biri
  • 20-06-2026, 15:14
    Rusiya Mərkəzi Bankı uçot dərəcəsini azaldıb: iqtisadi təzyiqlər fonunda qərar
  • 20-06-2026, 15:11
    Krımda gecə hücumundan sonra yanğınlar: Təsərrüfat və enerji obyektləri hədəfdə
  • 20-06-2026, 15:06
    Trampdan Meloni ilə bağlı yeni açıqlama
  • 20-06-2026, 15:05
    Culfa sakini dəm qazından boğularaq ölüb
  • 20-06-2026, 15:04
    İngiltərədə iki qatar toqquşub, xəsarət alanlar var
  • 20-06-2026, 15:03
    Aİ Çin avtomobillərinə qarşı yeni rüsumlar hazırlayır
  • 20-06-2026, 14:59
    Dübəndi çimərliyində neft qalıqları aşkarlandı – əraziyə FHN cəlb olundu
  • 20-06-2026, 14:57
    Zelenski Lukaşenkoya bir həftə vaxt verib
  • 20-06-2026, 14:55
    Aİ Ermənistana 34 milyon avro maliyyə dəstəyi ayırıb
  • 20-06-2026, 14:49
    Xaçmaz sakini göldə boğulub
  • 20-06-2026, 14:47
    Bakıda narkotik dövriyyəsində təqsirləndirilən Rusiya vətəndaşlarına hökm verildi
  • 20-06-2026, 14:45
    Türkiyə millisi Paraqvaya məğlub oldu
  • 20-06-2026, 14:38
    Rusiya Xarkova KAB bombaları ilə zərbə endirib: ölən və yaralananlar var
  • 20-06-2026, 14:33
    Ermənistan Ukrayna və Gürcüstana 162 ton ərik ixrac edib
  • 20-06-2026, 11:49
    “AzerGold” QSC-də Somali İnkişaf və Yenidənqurma Bankının baş direktoru ilə görüş keçirilib
  • 19-06-2026, 18:44
    AŞPA-nın Strasburq sessiyasında Azərbaycanda transmilli repressiyalar məsələsi gündəmə gələ bilər
  • 19-06-2026, 18:30
    ABŞ-ın F-35B qırıcıları ilk dəfə Finlandiyada yerləşdirildi
  • 19-06-2026, 18:29
    Evinə oğurluğa girən şəxsi bıçaqlayaraq öldürən şəxsə 10 il həbs cəzası verildi
Daha çox
Çox oxunanlar
19-06-2026, 00:28
İrandan Ermənistanla bağlı sərt açıqlama yayıldı
17-06-2026, 14:00
Tanınmış vəkilin 17 yaşlı qızı yol qəzasında həyatını itirib
18-06-2026, 13:08
Moskva istiqamətində 180-ə yaxın PUA vurulduğu bildirilib
18-06-2026, 12:52
Prokuror “Arzum 9999” ləqəbli bloqer üçün 5 il 9 ay həbs cəzası istəyib
18-06-2026, 11:27
Pezeşkian ABŞ-la tarixi memorandumu imzaladı
17-06-2026, 15:25
Füzulidə 3,8 ton yabanı çətənə məhv edilib – əməliyyat keçirilib
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Nazir repetitorluğun qadağan olunması məsələsinə münasibət bildirdi
AŞPA-da dənizdə xilasetmə əməliyyatlarına həsr olunmuş fotosərgi təşkil olunub - Foto reportaj
Trampdan Meloni ilə bağlı yeni açıqlama
Rusiya Xarkova KAB bombaları ilə zərbə endirib: ölən və yaralananlar var
Prokuror “Arzum 9999” ləqəbli bloqer üçün 5 il 9 ay həbs cəzası istəyib
Ağdamda çobanlar arasında mübahisə ölümlə nəticələnib

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə