USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

İran ordusu ötən sutka ərzində ölkə səmasında ABŞ və İsrailə məxsus 13 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb.
Məlumata görə, hadisələr əsasən ölkənin şimal-qərb, qərb və cənub bölgələrində qeydə alınıb. İran tərəfi bildirir ki, vurulan pilotsuz uçuş aparatları arasında MQ-9 Reaper, Hermes və Orbiter tipli PUA-lar var.
İran Silahlı Qüvvələri qeyd edib ki, fevralın 28-dən etibarən ölkə ərazisində ABŞ və İsrailə məxsus ümumilikdə 82 pilotsuz uçuş aparatı zərərsizləşdirilib.
Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.