USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Biləsuvar rayonunda fərdi yaşayış evində yanğın olub, 79 yaşlı qadın faciəvi şəkildə ölüb.
FHN-dən Foto.info.az -a verilən məlumata əsasən Biləsuvar şəhəri S.Rufullayev küçəsində R.Əhədova məxsus ümumi sahəsi 180 kvadratmetr olan birmərtəbəli 4 otaqlı evin otaqlarının yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı 1943-cü il təvəllüdlü Nənələr Əhədovanın meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.
Yanğın söndürülüb, faktla bağlı araşdırma aparılır.