USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

KOBİA sədri və həbsdəki zavod rəhbərinin Dubayda milyonluq mülkləri aşkarlanıb

Gündəm / Siyasət / İqtisadiyyat / Sosial / Hadisə / Araşdırma

17-05-2024, 00:52

KOBİA sədri və həbsdəki zavod rəhbərinin Dubayda milyonluq mülkləri aşkarlanıb
Müəlliflər: Kelly Bloss (OCCRP), Fatimə Kərimova (Mikroskop Media)

İllərdir ki, OCCRP, digər xarici və yerli medialar Azərbaycan məmurlarının milyonlarla dollar dəyərində olan saysız-hesabsız Dubay mülkləri haqqında araşdırmalar dərc edir.

İndi isə Mikroskop Media-nın da daxil olduğu “Dubai Unlocked” proyekti üzə çıxarıb ki, siyahıda azərbaycanlı başqa məmurlar və onların ailə üzvləri də var.

Dubaydakı yüz minlərlə mülk barədə jurnalistlərə sızan məlumatlar 2020 və 2022-ci illəri əhatə edir.

Bu məlumatları Vaşinqtonda yerləşən və beynəlxalq cinayət və münaqişələri araşdıran qeyri-kommersiya təşkilatı C4ADS (Center for Advanced Defence Studies) əldə edib. Daha sonra Norveçin E24, maliyyə mövzularına ixtisaslaşmış media qurumu ilə, eləcə də dünyanın müxtəlif ölkələrindən 70-dən çox media orqanı ilə əlaqəni quran Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabat Layihəsi (OCCRP) ilə paylaşılıb.

Dubayda azərbaycanlılardan kim var?

Dubayda milyon dollarlıq mülklərə sahib olan azərbaycanlı məmurlardan biri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovdur. Məmmədov birinci xanım Mehriban Əliyevanın bibisi nəvəsi Nərminə Həsənova ilə evlidir və 2006-cı ildən müxtəlif dövlət qurumlarında vəzifələr tutub, 2018-ci ildə isə KOBİA-nın sədri vəzifəsinə təyin olunub.

İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən KOBİA 2018-ci ildə İlham Əliyevin sərəncamı ilə yaradılıb.

Məmmədov Dubayda Elite Residence və Mayfair Tower-də iki ədəd hər biri bir yataq otaqlı mənzilə sahiblənib, eyni zamanda “Al Thanyah Fourth”da 3 yataq otaqlı villa da alıb. Ən azı 2022-ci ilə qədər o hər üç mülkün sahibi olub, amma sonradan Mayfair Tower-dəki mənzil satılıb və jurnalistlər həmin mənzilin sahibinin hazırda kim olduğunu müəyyənləşdirə bilməyib.

Hazırda KOBİA sədrinin Dubayda 1 mənzil və bir villası var. Bu iki mülkün ümumi dəyəri 1 milyon 700 min dollardan çoxdur.

Jurnalistlərin sorğusuna cavabında KOBİA rəhbəri bildirib ki, Azərbaycanda və ya başqa yerlərdə aldığı mülklər qanun çərçivəsindədir.
KOBİA sədri və həbsdəki zavod rəhbərinin Dubayda milyonluq mülkləri aşkarlanıb

Dubayda mülk sahibi olan digər azərbaycanlı isə keçmiş Gənclər və İdman naziri Azad Rəhimovun həyat yoldaşı Zülfiyə Rəhimovadır. O, “Palm Jumeirah”da yerləşən “The Residences North” binasında bir penthauz və mənzilə sahiblənib. Zülfiyə Rəhimovanın adı bir neçə il bundan öncə OCCRP-in araşdırmasında çəkilib. Araşdırma ortaya çıxarmışdı ki, Rəhimovaya məxsuş şirkət (İtalDizain qrupuna daxil olan Serbaz) Balkan ölkələrindən olan işçilərin Azərbaycanda istismara məruz qalmasında əsas rol oynayıb.

Jurnalistlərin sorğusuna onun oğlu Arif Rəhimov cavab verib və deyib ki, bu iddialar əsassızdır, çünki İtaldizain şirkəti heç bir işçiyə qarşı əmək istismarı etməyib və yaxud insan alverində heç bir formada iştirakı olmayıb.

“Bu iddialar əsassızdır və İtalDizain Group tərəfindən həyata keçirilən faktiki əməliyyatları əks etdirmir”, o deyib və OCCRP-nin mülklərlə bağlı tapıntısını “yanlış” adlandırıb.

Jurnalistlər mülk sahibliyi ilə bağlı paylaşılan məlumatlar əsasında adı çəkilən şəxslərin hələ də bu mülklərin sahibi olub-olmadığını ayrı-ayrılıqda yoxlayıb. Məlum olub ki, sonradan Zülfiyə Rəhimova penthauzu satıb və ya başqa şəxsə köçürüb. Hazırda həmin mülkün sahibinin kim olduğu məlum deyil.

Onun hələ də sahibi olduğu mənzilin qiyməti 2 milyon dollardan çoxdur.

Həbsdə olan keçmiş zavod rəhbərinin Dubay mülkləri

Dubayda mülk sahibi olan azərbaycanlılar siyahısında Baku Steel Company şirkətinin keçmiş rəhbəri, hazırda həbsdə olan Rasim Məmmədovun da adı var. Jurnalistlər müəyyənləşdirib ki, onun Dubayda Jumeirah Business Centerdə 7 ofisi var və onların hamısı hazırda icarədədir. Bu ofislərin ümumi dəyəri 3 milyon dollardan çoxdur.

Ofislərlə yanaşı Rasim Məmmədov 45 mərtəbəli yaşayış binası Concorde Tower-də 5 mənzilin sahibidir. Hazırda kirayə verilən bu mənzillərin hər biri 1 otaqlıdır və onların ümumi dəyəri 1,6 milyon dollardır.

Jurnalistlərin bu mülklərlə bağlı Rasim Məmmədovun vəkilinə göndərdiyi sorğu cavabsız qalıb.

Rasim Məmmədov niyə həbsdədir?

2021-ci ilin yanvarında Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan keçmiş zavod rəhbəri 185 milyon manat yeyintidə ittiham olunub. Ona qarşı mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı da daxil olmaqla Cinayət Məcəlləsinin 4 maddəsi ilə cinayət işi açılıb. 2022-ci ilin dekabrında Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 14 il müddətinə azadlıqdan məhrum edilib və Azərbaycandakı mülk və biznesləri dövlət nəfinə keçirilib. 2023-cü ilin iyununda Apelyasiya Məhkəməsi onun həbs müddətini 3 ay azaldıb.

Rasim Məmmədov məhkəmə çıxışlarında özünü təqsirli bilmədiyini və qondarma ittihamla saxlanıldığını deyib.

Dubayın daimi sakinləri – Əliyevlər

Dubayda villa sahibi olan rəsmi şəxslərlə bağlı araşdırmalarda əvvəllər ən çox adı çəkilənlər Əliyev ailəsinin üzvləri olub. Bu araşdırmada da ortaya çıxıb ki, 2022-ci ilə olan məlumata görə, Əliyevlər ailəsinin Dubayda 19 villa və 2 mənzili olub. Jurnalistlər bu məlumatları ayrı-ayrılıqda yoxlayıb.

Leyla və Arzu Əliyeva ilə bağlılığı olan villaların rəsmi sahibi Əliyevlərə məxsus şirkətlərdir. Heydər Əliyevin villaları 2009-cu ildə alınıb. Jurnalistlərə sızan məlumatlarda ailənin digər üzvü, Mehriban Əliyevanın atası Arif Paşayevin də Dubayda villasının olduğu qeyd olunur. Jurnalistlər müəyyənləşdirib ki, həmin mülkün rəsmi sahibi Green Apple Investment FZE şirkətidir. Bu şirkətin arxasında kimin dayandığını müəyyənləşdirmək mümkün olmayıb.

Leyla, Arzu və Heydər Əliyevlərin 21 mülkünün ümumi dəyəri 221 milyon dollardan çoxdur. Yəni təxmini 375 milyon manat.

Jurnalistlərin bu mülklərlə bağlı Arzu, Leyla və Heydər Əliyevlərə göndərdiyi sorğu cavabsız qalıb.

KOBİA sədri və həbsdəki zavod rəhbərinin Dubayda milyonluq mülkləri aşkarlanıb

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

14-05-2024, 15:23

Bəylər Eyyubov və ailəsinin London və Dubayda 160 milyon dollarlıq mülkəri üzə çıxıb – Araşdırma

Sosial

20-04-2024, 15:05

Medianın İnkişafı Agentliyi yayılan yalan məlumatlara görə jurnalistlərə çağırış edib

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

14-03-2024, 17:14

“Abzas Media cinayət işi” Onlar jurnalist olduqları üçün həbs olunublar

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

21-12-2023, 11:11

Apellyasiya Məhkəməsi Hafiz Babalının və “Abzas Media işi” işi üzrə digər iştirakçıların bütün şikayətlərini rədd etdi

Gündəm / Siyasət / Sosial / Araşdırma

25-11-2023, 23:09

"Abzas Media"-nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızının ailə üzvləri ilə görüşünə və telefon danışığına qadağa qoyub

Gündəm / Sosial

21-11-2022, 22:49

Medianın İnkişafı Agentliyi onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edir!

Gündəm / Siyasət / Sosial / Araşdırma

19-10-2022, 16:09

Media Reyestri nədir?

Sosial

13-10-2022, 18:38

Media-QHT münasibətləri yeni mərhələdə

Sosial

29-09-2022, 10:24

QHT - Media əməkdaşlığı necə qurulmalıdır? - Ekspertlərin fikirləri

Sosial

8-09-2022, 14:47

“Bəzi QHT və media mənsubları peşəkarlığını artırmalıdır”

Sosial

2-09-2022, 19:56

"Media-QHT əməkdaşlığı daha da genişlənməlidir"

Sosial

9-06-2021, 12:37

Bir qrup jurnalistə “Beynəlxalq media vəsiqəsi” verildi

Son xəbərlər
  • Dün, 15:03
    DYP sürücülərə müraciət etdi
  • Dün, 14:58
    Sumqayıtda qızıl alqı-satqısı adı ilə soyğunçuluq
  • Dün, 14:54
    Goranboyda ailə faciəsi: bıçaqlanan qadının vəziyyəti açıqlanıb
  • Dün, 01:54
    Qurban Qurbanov ÇL pley-offunda “Nyukasl”la qarşılaşmanı dəyərləndirdi
  • Dün, 01:04
    Hikmət Hacıyev: ABŞ-ın İrana mümkün zərbəsi ilə bağlı qeyri-müəyyənlik Azərbaycanda narahatlıq yaradır
  • Dün, 01:02
    Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür
  • Dün, 01:00
    “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri və əməkdaşları həbs edilib
  • 30-01-2026, 17:53
    AŞPA-nın qış sessiyası başa çatıb
  • 30-01-2026, 13:44
    Sabunçuda gənc dəm qazından boğularaq ölüb
  • 30-01-2026, 13:01
    Keçmiş məhkum 5 kiloqrama yaxın narkotiklə saxlanıldı
  • 30-01-2026, 12:52
    Ov mövsümünün müddəti uzadıldı
  • 30-01-2026, 12:46
    Prezident İlham Əliyev bir sıra ölkələrin Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib
  • 30-01-2026, 12:40
    Ali Məhkəmənin Plenumu şəxsiyyət hüquqlarının müdafiəsi ilə bağlı yeni qərar qəbul edib
  • 30-01-2026, 12:38
    Tarix və mədəniyyət abidələrinə qəsdən ziyan vurulmasına görə cəzalar sərtləşdirilib
  • 30-01-2026, 00:27
    Avropda yaşayan jurnalist təqib olunur
  • 29-01-2026, 20:09
    Avropada həbsdə olan azərbaycanlı jurnalistlərə dəstək kampaniyası davam edir
  • 29-01-2026, 17:01
    Ciddi hesabat blankları ilə bağlı qaydalara dəyişiklik edildi
  • 29-01-2026, 16:58
    AŞPA-da Mirzoyanın çıxışı: Ermənistan regionda sülhün Bakı–İrəvan dialoqu ilə mümkün olduğunu etiraf edir
  • 29-01-2026, 15:45
    AŞPA-da Emin Hüseynov transmilli repressiyalarla bağlı məruzə edəcək
  • 29-01-2026, 15:16
    PACE Platforması Rus Demokratik Qüvvələri ilə Dialoqa Başlayır
  • 29-01-2026, 14:19
    Ənənə, İrs və Qadın Əməyi ilə Gələcəyə Körpü - Fotolarla
  • 29-01-2026, 13:39
    Məhkəmə Şəmşad Ağanın anasının dəfn mərasimində iştirakına icazə verib
  • 29-01-2026, 13:36
    Qurban Qurbanov: Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlmək Azərbaycan futbolu üçün böyük uğurdur
  • 29-01-2026, 13:34
    Dövlət Sərhəd Xidmətində yüksək vəzifələrə yeni təyinatlar olub
  • 29-01-2026, 13:32
    Aİ-nin diplomatiya rəhbəri: ABŞ bir ildən çoxdur Ukraynaya dəstək göstərmir
  • 29-01-2026, 10:29
    Almaniya kansleri: Ukraynanın 2027-ci ildə Aİ-yə üzvlüyü qeyri-mümkündür
  • 29-01-2026, 10:25
    UEFA Çempionlar Liqasında liqa mərhələsinə yekun vurulub
  • 29-01-2026, 10:22
    Ərdoğan Trampa İranla bağlı üçtərəfli sammit keçirməyi təklif edib
  • 29-01-2026, 10:20
    Yekaterinburqda azərbaycanlıların öıümündə iştirak edən polis əməkdaşları təltif edilib
  • 29-01-2026, 02:04
    Qarabağ FK Liverpula 6:0 məğlub olsa da pley-off mərhələsinə yüksəldi
  • 28-01-2026, 18:51
    Keçmiş SSRİ almanları Aİ-yə müraciət etdilər
  • 28-01-2026, 17:57
    Mateus Silva: “Çempionlar Liqasında yeni tarix yaza biləcəyimizə inanırıq”
  • 28-01-2026, 17:55
    Bakıda oğurluq etdikləri evlərin kameralarını sındıran şəxslər saxlanılıb
  • 28-01-2026, 17:53
    “AzerGold” QSC cari ildə ilk ixrac əməliyyatını həyata keçirib
  • 28-01-2026, 17:42
    179 mindən çox uşağa ünvanlı dövlət sosial yardımı ödənilir
Daha çox
Çox oxunanlar
26-01-2026, 16:06
Strasbourg, Fransa — Avropa Parlament Assambleyasında “Türkiyə Dokuma Atlası” Mədəniyyət Sərgisi Açııb
28-01-2026, 05:12
AŞPA Prezidenti xanım Petra Bayr azərbaycanlı jurnalistləri qəbul edib
27-01-2026, 19:31
Strasburqda Türkiyə mədəniyyətinə həsr olunmuş möhtəşəm sərginin rəsmi açılışı keçirilib
30-01-2026, 17:53
AŞPA-nın qış sessiyası başa çatıb
26-01-2026, 16:58
Bu gün Avropa Parlament Assambleyasının qış sessiyası öz işinə başlayıb.
29-01-2026, 15:45
AŞPA-da Emin Hüseynov transmilli repressiyalarla bağlı məruzə edəcək
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
30-01-2026, 00:27
Avropda yaşayan jurnalist təqib olunur
29-01-2026, 20:09
Avropada həbsdə olan azərbaycanlı jurnalistlərə dəstək kampaniyası davam edir
29-01-2026, 13:39
Məhkəmə Şəmşad Ağanın anasının dəfn mərasimində iştirakına icazə verib
26-01-2026, 20:37
Strasburqda AŞPA qarşısında etiraz aksiyası keçirilib
26-01-2026, 20:33
Bloger Murad Quliyev 6 il azadlıqdan məhrum edildi
26-01-2026, 18:50
Rüfət Səfərovun məhkəməsində gərginlik yarandı, proses təxirə salındı
Sosial
DYP sürücülərə müraciət etdi
“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri və əməkdaşları həbs edilib
Keçmiş məhkum 5 kiloqrama yaxın narkotiklə saxlanıldı
Ov mövsümünün müddəti uzadıldı
Ənənə, İrs və Qadın Əməyi ilə Gələcəyə Körpü - Fotolarla
Yekaterinburqda azərbaycanlıların öıümündə iştirak edən polis əməkdaşları təltif edilib

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə