USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Fəxrəddin Mehdiyev: "Bu cinayət işi məhkəmə tarixində hüquqi nihilizmin, total qanunsuzluğun nümunəsi kimi qalacaq"

Gündəm / Siyasət / Sosial / Araşdırma

19-06-2025, 15:02

Fəxrəddin Mehdiyev: "Bu cinayət işi məhkəmə tarixində hüquqi nihilizmin, total qanunsuzluğun nümunəsi kimi qalacaq"

“Abzas Media”nın 2023-cü ilin noyabrından həbsdə olan direktoru Ülvi Həsənlinin vəkili Fəxrəddin Mehdiyev iyunun 10-da keçirilən məhkəmə prosesində çıxış edib.

O, çıxışında cinayət işini “hüquqi nihilizmin, total qanunsuzluğun nümunəsi” adlandırıb.

Fəxrəddin Mehdiyevin məhkəmədəki çıxışı:

Hörmətli Məhkəmə, şübhəsiz, 9 rəqəmli 230200080 N li cinayət işi məhkəmə tarixində hüquqi nihilizmin, total qanunsuzluğun nümunəsi kimi qalacaq.

Konstitusiyanın, Avropa İnsan Hüquqları Konvensiyasının, cinayət və cinayət prosesual qanunvericiliyin, bütövlükdə hüquq nəzəriyyəsinin fundamental prinsiplərinin pozuntuları cinayət işinin başlanmasının, aparılmasının qərəzli olduğunun ifadəsidir.

İttiham aktına görə, cinayət işinə başlanmasına səbəb və əsas xeyli miqdarda xarici valyuta vəsaitinin gömrük sərhədindən, gömrük nəzarətindən kənar, ondan gizli və bəyan etməməklə xaricdən qaçaqmalçlıq yolu ilə keçirib ölkə ərazisinə gətirilməsi faktı əsasında Bakı şəhər Baş Polis İdarəsinin istintaq və təhqiqat idarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində toplanmış ilkin araşdırma materialları olmuşdur

Guya bütün bunların əsasında əməliyyat məlumatı dayanmışdır. Qaçaqmalçılıq cinayəti iqtisadi fəaliyyət sahəsində cinayətdir və belə işlərin istintaqı Gömrük Komitəsinin İstintaq İdarəsinə aiddir. Qaçaqmalçılıq Gömrük sərhədində keçərkən qanun pozuntusu barədə konkret fakt olmalıdır. Bu işdə, məlum olduğu kimi, konkret fakt olmadığından cinayət işini səhnələşdirmək, əməliyyat məlumatı adından istifadə etmək ittiham üçün daha əlverişli hesab olunub, iş Bakı şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsində başlanılıb.

Analoji qaydada, eyni sxem üzrə belə cinayət işləri “Toplum TV” və Meydan TV” jurnalistlərinə, əməkdaşlarına qarşı başlanılıb və davam edir.

20 noyabr 2023-cü il tarixdə Ülvi Həsənov cinayət işi üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində (qaçaqmalçılıq) əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş və 21 noyabr 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirləndirlən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham ona elan olunmuşdur.

Daha sonra isə istintaq bu işə böyük görüntü yaratmaq üçün 19 avqust 2024-cü il tarixdə Ülvi Həsənova və “Abzas Media”nın digər əməkdaşlarına qarşı Cinayət Məcəlləsinin 192.3.2 (qanunsuz sahibkarlıq) 193-1.3.1, 193-1.3.2, (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və digər əmlakı leqallaşdırma” 206.4 (qaçaqmalçılıq) 213.2.1 (vergiləri, işsizlikdən suğorta və ya məcburi Dövlət Sosial sığorta haqqını ödəməkdən yayınma” 320.1 və 320.2-ci (rəsmi sənədləri, dövlət təltivlərini, möhürləri, ştanpları, blankları saxtalaşdrıma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə yenidən ittiham elan edilmişdir. Lakin, necə deyərlər, toplananların yerini dəyişəndə cəm dəyişmir. Bütün hallarda ittiham sübut dəlil problemlini yenəbdə həll edə bilməmişdir.

Ülvi Həsənovun dediyi kimi, cinayət işi 27 cild, təxminən 7 min səhifədə idi, amma içində bir dəlil, sübut yoxdur. Saxtalaşdırlmış faktlar, işgəncə, təzyiq, şantajla alınan ifadələr, uyğun gəlməyən, əsaslandırlmayam iddialar, yəni söz yığınından və sifarişli məhkəmə qərarlarından ibarət vərəq israfı.

Beləliklə, cinayət işinin başlanmasının hüquqi əsasının izahı yoxdur və görünmür.

Ikincisi, Ülvi Həsənovun, jurnalistlərin saxlanması zamanı pis rəftara, qeyri-insai rəftara məruz qalmalarıdır. Ülvi Həsənov məhkəmədə ifadəsində bildirib ki, “Mən həbs olunanda və Bakı şəhər Baş Polis İdarəsində döyülmüşəm”. Bu barədə müdafiə tərəfindən şikayət verilib, şikayət obyektiv araşdırılmayıb.

Bundan başqa, “Abzas Media”nın işi ilə bağlı aparılan bütün axtarış və götürmələr zamanı CPM -nin 242-247-ci maddələri, axtarış və götürmələrin qaydaları davamlı şəkildə pozulub. Bu barədə müdafiə tərəfindən məhkəmə nəzarəti qaydasında şikayətlər verilib.

Üçüncüsü, hökümət yönümlü mətbuatda “Abzas Media” ilə bağlı əsassız ittihamlar səsləndirlib, təqsirsizlik prezumpsiyası davamlı olaraq pozulub.

İttiham cinayət tərkibi görüntüsü yaratmaq üçün bəzi arqumentlərdən yanlış və qərəzli olaraq istifadə edib. Məsələn, qrant müqaviləsini, “Abzas Media”nın qeydiyyatdan keçməməsini tez-tez təkrarlayır. Bu, qərəzli və yanlış münasibətdir. Çünki qrant müqaviləsinin qeydiyyatdan keçməməsinin hər hansı cinayət tərkibinə aiddiyəti yoxdur və ola da bilməz. Bu, ancaq inzibati məsuliyyət yarada bilər. İkincisi, məhkəmədə qrant müqaviləsi sənədinin mövcudluğu sübut olunmadı. Belə yanaşmalar bütün ittihamlara aiddir.

Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinin tələbinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təsiqləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.

CPM-nin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub- olmamasının sübut etmək vəzifəsi ittihamçının üzərinə düşür.

CPM-nin 139-cu maddəsində sübut edilməli hallar göstərilmişdir. 139-cu maddədə göstərili ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yanlız sübutlara müəyyən edilir. Cinayət işinin baş vermə faktı və halları; şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; cinayət qanuni ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; cinayət qanuni ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi.

Eləcə də Cinayət Məcəlləsinin 124.1-ci maddəsinə görə, məhkəmənin və ya cinayət prosesi tərəfinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab edilir. Və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər.

Verilən ittihama sübutların istinad etdiyimiz meyarlarını tətbiq etsək, ittihamı təsdiq edəcək faktların, dəlillərin olmadığını görürük. Yəni, ittiham faktlara deyil, ümumi sözlərə, şablon ifadələrə, qərəzli mülahizələrə əsaslanır.

Məsələn, ittihamın əsasını təşkil edən qaçaqmalçılıq barədə. Həmin maddənin dispozisiyasında göstərilir ki, qaçaqmalçılıq, yəni, Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizlin, yaxud sənədlərdə və ya gömrük eyniləşdirilməsi aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların və digər əşyaların xeyli miqdarda keçirilməsi.

Göründüyü kimi, bu cinayət maddi tərkiblidir, gömrük nəzarətində qanun pozuntusunun fakt üzrə aşkar olunmalıdır, söhbət gömrük sərhədindən və gömrük nəzarətindən gedir. Gömrük nəzarətindəki bilavasitə aşkar olunmuş fakt və qanun pozuntusu xətanın tərkibini yarada bilər. Çox qəribə və təəccüblüdür ki, ittiham jurnalistlərin sərhəddən keçməsi ehtimalını qaçaqmalçılıqla əlaqəndirir.

“Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2 iyul 2016-ci il tarixli Qərarında da göstərilir ki, qaçaqmalçılıq cinayətinin obyektini hər hansı malların və digər əşyaların dövriyyəsi yox, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları ilə tənzimlənən dövlətin normal xarici ictimai münasibətlər təşkil edir. Malların və digər aşyaların Azərbaycan Respubikasının gömrük sərhədindən keçirilməsi qaydaları Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və bu sahəyə aid digər normativ hüquqi aktlarla tənzimlənir. Buna görə, şəxs tərəfindən malların və digər əşyaların gömrük sərhədindən keçirilməsi əməlləri o halda qaçaqmalçılıq cinayəti hesab edilir ki, təqsirkar CM-nin 206.1-ci maddəsində sadalanan cinayətin obyektiv cəhətini təşkil edən və Gömrük Məcəlləsində nəzərdə tutulmuş qaydalara zidd olan hərəkətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş olsun. Yəni, bu cinayətin bütün tərkib əlamətləri olsun. Hazırkı işdə isə bu əlamətlərin heç biri mövcud deyil və ittiham tərəfi məhkəməyə ümumi ifadələr təqdim edib.

Eləcə də CM-nin 192-ci maddəsində qanunsuz sahibkarlıq ittihamına münasibətdə bu qərəzli yanaşmanı görürük. Jurnalist fəaliyyəti məlum olduğu kimi maarifçilik fəaliyyətidir, jurnalistlik fəaliyyəti sahibkarlıq fəaliyyəti ola bilməz. Sahibkarlıq fəaliyyətinin anlayışı “ Sahibkarlıq fəaliyyəti haqqında “ qanunda və Mülki Məcəllədə müəyyən edilmişdir.

Həmin qanuna görə, Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

İttiham tərəfi qərəzli olaraq jurnalist fəaliyyətini sahibkarlıq fəaliyyəti kimi təqdim edir və bu hüquqi-iqtisadi münasibətlərdən yaranan nəticələri “Abzas Media”nın fəaliyyətinə şamil edir.

Cinayət işinin başlanmasının motivi barədə

Belə xarakterli işlərdə əsas məsələ cinayət işinin başlanmasının motivinin müəyyən edilməsidir. İki sual önəmlidir. Cinayət kimə qarşı yönəlib? Şəxsin fəaliyyəti nə ilə xarakterizə olunur?

Ülvi Həsənov cəmiyyətdə prinsipal ictimai fəal kimi tanınır. O, 2005-ci ildə Neft və Sənaye Akademiyasına daxil olmuş və institutda rüşvətxorluqla mübarizə apardığına görə təqib olunmuş və çxaric edilmişdir.

2008-ci ildə Turizm İnstitutunun İdarəetmə fakultəsinə daxil olmuş, 2012-ci ildə institutu bitirmişdir. “Dalğa” hərəkatındə fəal iştirak edib. 2009-cu ildə “Reytinq” qəzətində mədəniyyət müxbiri kimi fəaliyyətə başlayıb. 2011-2013-cü illərdə ictimai siyasi fəaliyyətinə görə dəfələrlə inzibati həbslərə məruz qalıb. 2013-2020-ci illərdə “Nida” hərəkatının İdarə Heyətinin üzvi olub.

2016-ci ildə “Abzas Media”nı təsis edib və müstəqil media qurumu kimi gənclərin tirubunasına çevirib. Əsasən, anti-korrupsiya fəaliyyəti ilə məşğul olub, 30-dan çox korrupsiya faktı araşdırılıb. Ülvi Həsənov ifadəsində bildirdi ki, “2016-cı ildə bir qrup həmkarımla “Abzas Media”nı yaratdıq və həmin müddətdən quruma rəhbərlik edirəm. Məqsədimiz peşəkar və azad media olaraq innovativ metodlarla vətəndaşların problemlərini işıqlandırmaq və yüksək səviyyəli korrupsiya hallarını ortaya çıxarmaq idi. Bu müddətdə geniş müzakirələrə səbəb olan unikal reportajlar, cəsarətli korrupsiya araşdırmaları yayımladıq... bizi məhz jurnalistika fəaliyyətimizə görə həbs ediblər. Bizim işimiz qondarma əsaslarla başladılıb. Ofisə pul qoyub götürməklə...

Biz yaradıcı işlə məşğuluq, yeni idealar ortaya çıxarır, araşdırır, fərdi rakuslardan baxırıq. Bizim işimiz şablon çərcivədə, istedadsız, yaltaq fəaliyyəti olmayıb. Komandamız elə ağıllı, ləyaqətli, cəsarətli, bacarıqlı insanlardan formalaşıb ki, onlar heç vaxt səhv bildikləri işin arxasında getməzlər. Ona görə hökumət boş yerə özünü gücə salıb bizi əyməyə çalışmasın. Əksinə, həbsimiz siyasi mötivli olduğuna görə bizi azadlığa buraxsın. Bizim üçün hər yer jurnalistikaya uyğun zəmin, hər problem mövzudur. Yəni, biz istənilən halda, istənilən yerdə jurnalistika fəaliyyətimizi davam etdirəcəyik”.

İctimai rəydə də “Abzas Media”nın əməkdaşlarının cinayət təqibi legitim hesab edilmir. Çünki cəmiyyət ittihama inanmır, məhkəmə zalında iştirak edən ictimai-siyasi xadimlər, məhkəmə binasının qarşısındakı çox saylı ictimai fəalların iştirakı bunun göstəricisidir və ictimai rəyin güzgüsüdür.

Yerli və beynəlxalq hüquq müdafiəçiləri Ülvi Həsənovu və “Abzas Media”nın əməkdaşlarının jurnalist fəaliyyəti ilə bağlı həbs edildiklərini bildirirlər və siyasi məhbus hesab edirlər.

Müdafiə tərəfi bütün istintaq dövründə cinayət hadisəsi və cinayət tərkibi olmadığına görə Ülvi Həsənov və “Abzas Media” jurnalistlərinin cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi barədə vəsatətlər vermişdir.

Biz bu gün müdafiə tərəfi olaraq israrla Ülvi Həsənov və “Abzas Media” barədə cinayət işinə xitam verilməsini və bəraət hökmü çıxarılmasını xahiş edirik.

Və hesab edirik ki, əsassız ittihamlara görə, əsassız həbsə görə, “Abzas Media” əməkdaşlarına pis rəftara görə məhkəmə xüsusi qərar çıxarmalıdır.

Hörmətli Məhkəmə,

İşin ictimai mənəvi tərəfləri barədə danışmağı zəruri hesab edirik. Çünki bu iş jurnalistlərin fəaliyyəti ilə bağlıdır. Jurnalistlərin təqibi ilə bağlıdır.

Mətbuat cəmiyyətdə dördüncü hakimiyyətdir. Həm də “Abzas Media” tənqidi medianı, araşdırıcı medianı, ən mühümü anti-korrupsiya fəaliyyəti ilə məşğul olan jurnalistləri təmsil edir.

Media cəmiyyətin immunitetini gücləndirən vasitədir, təhlil, tərbiyə və proqnoz mərkəzidir.

Söz və ifadə azadlığı ümumibəşəri dəyərdir.

“Ümumdünya insan hüquqları Bəyanaməsinin” 18-ci maddəsinə görə, hər bir insanın fikir, vicdan, din azadlığı var.

Həmin Bəyannamənin 19-cu maddəsinə əsasən, hər bir insanın əqidə azadlığı və onu sərbəst şəkildə ifadə etmək hüququ var. Bu hüquqa əqidəsinə etiqad bəsləmək, dövlət sərhədlərindən asılı olmayaraq informasiya və ideyalar axtarmaq, almaq və yaymaq azadlığı daxildir.

Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə əsasən, hər kəsin fikir və söz azadlığı vardır.

Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə əsasən, hər kəs öz fikrini ifadə etmək azadlığına malikdir.

ABŞ-nin məşhur Prezidenti Franklin Ruzvelt “Dörd azadlıq” adlı məşhur çıxışında göstərmişdir ki, sağlam və güclü dövlətin təməlində müəmmalı heç nə yoxdur. Xalqımızın siyasi və iqtisadi sistemindən gözlədiyi əsas şeylər çox sadədir. Budur gözlənilənlər:

Gənclər və bütün digər adamlar üçün imkan bərabərliyi, işləyə bilənlər üçün iş, seçmə adamlar üçün imtiyazların ləğvi, hamı üçün vətəndaş azadlıqlarının saxlanılması, həyat səviyyəsinin daimi yüksəlməsi üçün elmi-texniki tərəqqinin nailiyyətlərindən istifadə olunması.

Gələcəkdə biz insan azadlığının dörd mühüm şərtinə əsaslanan bir dünya yaratmağa çalışacağıq.

Birinci azadlıq - Dünyanın istənilən hissəsində söz azadlığı və öz fikrini ifadə etmək azadlığı;

İkinci azadlıq - Dünyanın istənilən hissəsində hər bir adamın istəyincə ibadət etmək azadlığı;

Üçüncü azadlıq - Dünyanın istənilən hissəsində ehtiyac əsarətindən azadlıq, daha sadə dildə bu hər bir ölkə üçün onun xalaqının sağlam, dinc həyatını təmin edən iqtisadi razılaşmaları bildirir;

Dördüncü azadlıq - Dünyanın istənilən hissəsində qorxu hissindən azadlıq. Daha sadə bu silahların elə tərzdə elə səviyyəyə qədər ümumi ixtisar edilməsidir ki, heç bir ölkənin öz qonşusuna fiziki təcavüz edə bilməsin”.

Bununla əlaqədar olaraq ölkəmizin mətbuat tarixi ilə bağlı bir işıqlı əhvalatı xatırladıram.

Azarbaycanın böyük ictimai siyasi xadimi Əhməd Bəy Ağaoğlu Fransada Sarbon Üniversitetini bitirir və Tiflisə qayıdır. Əhməd Bəy Ağaoğlu Bakını erməni təcavüzündən xilas edən Qafqaz ordusunun komandanı, Nuru Paşanın siyasi müşaviri, Atatürkün yaxın dostu, Türkiyyə Mİllət Məclisinin üzvü olub. Tiflisdəki “Kafqaz” qəzeti ilə əməkdaşlıq edir.

1897-ci ildə böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev onu Bakıya dəvət edir. Hacı Zeynalabdin Tağıyevin vəsaiti ilə əvvəlcə “Kaspi” sonra isə “Həyat” qəzetini, “ İrşad “ qəzetini, 1907-ci ildə Türkcə və Rusca “Tərəqqi” qəzetlərini nəşr edir. 1904-cü ildən 1910-cu ilə qədərə davam edən “Həyat”, “İrşad”, Tərəqqi kimi gündəlik türkcə qəzətlerdə Əhməd Bəyin apardığı qələm mücadiləsi Azərbaycan Dövlətçiyinin istiqlalı ərəfəsində milli oyanış hərəkatının ən şanlı səhifəsini təşkil edir.

Maraqlıdır ki, Əhməd Bəy Ağaoğlu yazdığı “Sərbəst insanlar ölkəsində” böyük fəlsəfi-siyasi əsərinin “Sərbəst “ insanların əsas yasası (qanunu) birinci maddəsində göstərirdi: Azadlıq dəyərli bir vergidir, azad olmaq üçün çox dəyərli olmalısan. Fikir təmizliyi, söz təmizliyi, əməl təmizliyi azadlığın əsaslarıdır.

Daha sonra “Sərbəst insanların əsas yasasının 8-ci maddəsində göstərirdi: Haqqı qorumaq vəzifədir. Bu vəzifəni gerçəkləşdirməyən ölkəni tərk edir.

Əsas Yasasının 12-ci və 13-cü maddəsində isə yazırdı ki, hər bir vətəndaş ölkə məmurların fəaiyyətini yoxlaya bilər ; Hər bir məmur və hər hansı vətəndaş gördüyü işlər və əlindəki sərvət haqqında hər an hesab verməyə hazır olmalıdır. Hesabatdan qaçanlar ağır cəzaya və vətəndaşlıq haqqını itirməyə məhkum olunurlar.

“Abzas Media”nın jurnalistlərinin amalları Əhməd Bəy Ağaoğlunun uzaqgörən fikirləri ilə müasir dövrdə həmahəng səsləşir.

“Abzas Media”nın jurnalistləri gəncliyin işıqlı simalarıdır. Onlar öz amalları, mübarizələri ilə söz və fikir azadlığının işığını yaşadırlar. Ona görə də bu insanların mübarizəsi möhtəşəmdir və böyük hörmətə layiqdir.

10 iyun 2025-ci il, Bakı Ağır Cinayətlər Məhkəməs

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət / Sosial / Araşdırma

26-05-2025, 15:57

Anar Məmmədli və Anar Abdullayevin cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib

Gündəm / Siyasət / Sosial / Araşdırma

12-03-2025, 02:30

Həbsdə olan jurnalist Elnarə Qasımovanın məhkəmə prosesi keçirilib

Gündəm / Siyasət / Sosial / Araşdırma

25-01-2025, 17:15

Məhkəmə “Meydan” TV-nin jurnalistini yenə həbsdə saxlayıb

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma / foto

18-01-2025, 01:56

Məhkəmə Aynur Elgünəşi və Natiq Cavadlını yenə həbsdə saxladı

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

25-12-2024, 18:02

Məhkəmə yenə də jurnalist Əziz Orucovu həbsdə saxladı

Gündəm / Siyasət / Araşdırma

12-09-2024, 15:38

Əli Kərimliyə qarşı xüsusi ittiham qaydasında irəli sürülmüş cinayət ittihamı qəbul edildi

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

12-07-2024, 21:40

Məhkəmə “Abzas Media işi” üzrə jurnalistləri yenə həbsdə saxladı

Gündəm / Siyasət / İqtisadiyyat / Hadisə / Araşdırma

3-07-2024, 17:14

Məhkəmə Abzas media əməkdaşlarını yenə həbsdə saxladı

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

12-06-2024, 12:33

Konvoy əməkdaşları Ülvi Həsənliyə fiziki təzyiq göstərib

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

9-05-2024, 19:16

Məhkəmə "Abzas Media" işi üzrə üç jurnalist müttəhimi yenə də həbsdə saxlayıb

Gündəm / Siyasət / Sosial / Hadisə

27-01-2024, 00:55

Əvəz Zeynallı və Elnur Şükürovun vəkilləri məhkəmə iclası keçirilib

Sosial / Hadisə

3-05-2023, 20:09

Gömrük Komitəsinin sabiq rəis müavini 70 min manatdan artıq rüşvət və məminsəmədə ittiham olunur

Son xəbərlər
  • Bugün, 10:54
    Gədəbəydə 65 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb
  • Bugün, 10:52
    Cinayətdə şübhəli bilinən 24 nəfər saxlanılıb
  • Bugün, 10:50
    Saxta sənədlərlə dələduzluq edən şəxs saxlanılıb
  • Bugün, 10:47
    34 nəfər Almaniyadan Azərbaycana deportasiya olunub
  • Bugün, 10:42
    Əli Kərimli həyat yoldaşı ilə təcridxanada görüşüb
  • Dün, 23:41
    Naxçıvanda elektrik işçiləri iş yükünün artdığını və maaşlarının kəsildiyini bildirir
  • Dün, 23:37
    Beynəlxalq təşkilatlar Bəhruz Səmədovun azad edilməsini tələb edib
  • Dün, 23:34
    Göyçayda yol-nəqliyyat hadisəsi: xəsarət alan var
  • Dün, 23:33
    Ərdoğan Rusiyanı və Ukraynanı Qara dənizdə xəbərdar etdi
  • Dün, 23:28
    Cinayətdə şübhəli bilinən 39 nəfər saxlanılıb
  • Dün, 23:27
    Türkiyənin Hatay vilayətində 4 maqnitudalı zəlzələ olub
  • Dün, 23:25
    Yanacaqdoldurma və qaz təchizatı obyektlərinə lisenziya blanklarının formaları təsdiqləndi
  • Dün, 23:23
    İrandan Azərbaycana 24 kiloqramdan çox narkotik keçirilməsinin qarşısı alınıb
  • Dün, 23:21
    Tovuzda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib
  • Dün, 23:19
    Naxçıvanda 26 yaşlı gənc özünə xəsarət yetirib
  • Dün, 23:17
    Aİ Gürcüstana maliyyə yardımını dayandırıb, regionda əməkdaşlıq prioritetlərini yenidən nəzərdən keçirir
  • Dün, 23:16
    Macarıstan Ermənistana 20 milyon avroluq hərbi yardıma veto qərarını ləğv edib
  • Dün, 23:13
    MTV kanalına rəsmi xəbərdarlıq edilib
  • Dün, 23:11
    Baş nazir beynəlxalq ikili diplom proqramları ilə bağlı sərəncam imzalayıb
  • Dün, 23:10
    Əbülfəs Qarayevin qızı “Məhsəti” filmi ilə bağlı üzr istəyib
  • Dün, 23:08
    Bakıda mənzildə meyit aşkarlanıb
  • Dün, 23:06
    Ağdamda mülki şəxs minaya düşərək xəsarət alıb
  • Dün, 23:04
    Mirmahmud Mirəlioğlunun nəvəsinin meyiti tapılıb
  • Dün, 23:03
    İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir
  • Dün, 22:57
    Avropa Məhkəməsi FETÖ ittihamı ilə mühakimə olunan şəxslərin hüquqlarının pozulduğunu tanıyıb
  • 16-12-2025, 17:46
    Musa Quliyev: “Məktəblərin yaxınlığında köşklərdə siqaretlər hətta dənə-dənə satılır”
  • 16-12-2025, 17:43
    20 gün əvvəl sədr seçilən Kamran Əsədov vəzifəsindən kənarlaşdırılıb
  • 16-12-2025, 14:03
    Bakıda min dollarlıq qızıl oğurlayan şəxs saxlanılıb
  • 16-12-2025, 14:00
    Cəmil Həsənli yenidən DTX-yə çağırılıb
  • 16-12-2025, 12:23
    “TikTok” paylaşımına görə oğurluq və zorakılıq – dəstə üzvünə 10 il həbs cəzası verilib
  • 16-12-2025, 12:18
    İlham Əliyev Bəhreyn Kralını milli bayram münasibətilə təbrik edib
  • 16-12-2025, 12:16
    Aqil Abbas: “Arzulayıram ki, amnistiya jurnalistlərə də şamil olunsun”
  • 16-12-2025, 12:13
    Abbas Abbasov axtarışa verilib – Ramiz Mehdiyev işi üzrə istintaq davam edir
  • 16-12-2025, 12:08
    “Reuters”: Ukrayna son bir həftədə üçüncü dəfə Rusiyanın Xəzərdəki neft platformasını vurub
  • 15-12-2025, 19:41
    Prezident amnistiya elan olunması təşəbbüsü ilə çıxış edib
Daha çox
Çox oxunanlar
11-12-2025, 22:16
İşdən çıxarılmış elmi işçi: “Adıma vəzifə, əməkhaqqı yazıb, pul siliblər”
12-12-2025, 11:39
Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdilər
12-12-2025, 11:37
Bolqarıstanda etirazlardan sonra hökumət istefa verdi
12-12-2025, 19:52
AXCP İmişli fəalının saxlanıldığı bildirilir
12-12-2025, 18:21
"AzerGold" QSC və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
12-12-2025, 19:57
Rusiya Müdafiə Nazirliyinə məxsus təyyarə qəzaya uğrayıb
Müsahibə
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
23-11-2025, 04:01
Ekspert: “Subsidiyaların böyük hissəsini oliqarx məmurlar əldə edir”
Araşdırma
Dün, 23:37
Beynəlxalq təşkilatlar Bəhruz Səmədovun azad edilməsini tələb edib
15-12-2025, 19:37
Gültəkin Hacıbəyli Türkiyədən deportasiya edilə bilər
12-12-2025, 19:58
Əli Kərimlinin saxlanılması ilə bağlı AXCP-nin bəyanatı
12-12-2025, 19:52
AXCP İmişli fəalının saxlanıldığı bildirilir
9-12-2025, 21:44
Hüquqşünas Namizəd Səfərovun saxlanıldığı bildirilir
9-12-2025, 16:31
Qənimət Zahidin cinayət işi üzrə məhkəmə prosesi başlayıb
Sosial
Cinayətdə şübhəli bilinən 24 nəfər saxlanılıb
Saxta sənədlərlə dələduzluq edən şəxs saxlanılıb
34 nəfər Almaniyadan Azərbaycana deportasiya olunub
Əli Kərimli həyat yoldaşı ilə təcridxanada görüşüb
Naxçıvanda elektrik işçiləri iş yükünün artdığını və maaşlarının kəsildiyini bildirir
İrandan Azərbaycana 24 kiloqramdan çox narkotik keçirilməsinin qarşısı alınıb

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə