USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Israel Katz İranın yüksək vəzifəli rəsmiləri ilə bağlı açıqlama verib. O bildirib ki, ötən gecə həyata keçirilən hücumlar zamanı Əli Laricani və Bəsic qüvvələrinin komandiri Süleymani öldürülüb.
Lakin İran tərəfi bu məlumatı təkzib edib. İran mediasının yaydığı xəbərə görə, **İran Ali Milli Təhlükəsizlik Şurası**nın katibi Əli Laricani sağdır və yaxın dəqiqələrdə məsələ ilə bağlı açıqlama verəcək.
Bildirilib ki, Laricani ötən gecə Tehran şəhərinə edilən hücumlar zamanı mümkün hədəflərdən biri olub.
Eyni zamanda İsrail mediası da onun həmin hücumlarda öldürülüb-öldürülmədiyinin hələ də araşdırıldığını yazıb. Hazırda məsələ ilə bağlı rəsmi məlumatların dəqiqləşdirildiyi bildirilir.