USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsi Xalq Cəbhəsi Partiyasının fəalı Elxan Əliyevi 5 il müddətinə azadlıqdan məhrum edib.
O, Azərbaycan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1 (hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlama) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələrilə ittiham olunub. Bu barədə onun vəkili Nemət Kərimli bildirib.
İş üzrə digər iki müttəhim - Yusif Əliyev və Vəfadar Axundov şərti cəza alıblar.
Bundan əvvəl prokuror Əliyevin 7 il azadlıqdan məhrum edilməsini istəmişdi.