USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Qax rayonunun Cüdüllü kəndində vəhşi it iki kənd sakinini ağır yaralayıb. Hadisə bu gün günorta saatlarında baş verib.
İlkin məlumata görə, kənd sakinləri – Fəxrəddin və Məhəmməd adlı şəxslərə it qəfil hücum edərək onları dişləyib və müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisə yerinə dərhal Təcili Tibbi Yardım çağırılıb. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin verdiyi məlumata əsasən, Fəxrəddinin vəziyyəti ağırdır və o, təcili əməliyyata alınıb. Hər iki şəxsə lazımi tibbi yardım göstərilir.