USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Bakıda sığınacaqdan çıxdıqdan sonra itkin düşən 17 yaşlı qız tapılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli məlumat verib.
Onun sözlərinə görə, itkin düşdüyü üçün axtarışa elan edilən yeniyetmə polis əməkdaşları tərəfindən müəyyən edilərək tapılıb.
Qeyd edək ki, hadisə barədə ilk məlumatı “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə yaymışdı. O bildirmişdi ki, yeniyetmə atası ondan imtina etdiyi üçün sığınacaqdan çıxaraq belə bir addım atıb.
Məsələ ilə bağlı araşdırma aparılır.