USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah və sursatların aşkar edilərək götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, yanvarın 2-də paytaxt və respublikanın ayrı-ayrı rayonlarında keçirilən tədbirlər zamanı 1 avtomat silahı, 3 tüfəng, 1 patron darağı və 5 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.
Faktlarla bağlı müvafiq araşdırmalar aparılır, qanunsuz silah dövriyyəsinə qarşı tədbirlər davam etdirilir.