USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

İranın məhkəmə hakimiyyətinin rəhbəri Qolam Hüseyn Möhseni-Eceyi Tehrana endirilən hava zərbəsi nəticəsində öldürülüb. Bu barədə Al Hadath telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə paytaxt Tehranda baş verib və zərbənin dəqiq kim tərəfindən həyata keçirildiyi hələlik açıqlanmayıb. Rəsmi Tehran isə xəbərlə bağlı hələlik hər hansı təsdiq və ya təkzib verməyib.
Qeyd edək ki, Möhseni-Eceyi İranın siyasi-hüquqi sistemində mühüm fiqurlardan biri hesab olunurdu və uzun illər müxtəlif yüksək vəzifələrdə çalışmışdı.
Hazırda hadisə ilə bağlı əlavə təfərrüatlar dəqiqləşdirilir.