USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Şamil Əzizov Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində müşavir vəzifəsinə təyin edilib.
Bu barədə nazir Rəşad İsmayılovun əmri ilə məlumat verilib.
Şamil Əzizov daha əvvəl müxtəlif qurumlarda inzibati və layihə yönümlü vəzifələrdə çalışıb. O, 2019–2020-ci illərdə Heydər Əliyev Mərkəzinin Layihələrin İdarə Edilməsi Departamentində aparıcı mütəxəssis və baş mütəxəssis vəzifələrini icra edib. Daha sonra 2020–2026-cı illərdə “Regional İnkişaf” İctimai Birliyində ekspert və eyni zamanda Heydər Əliyev Mərkəzində direktorun köməkçisi kimi fəaliyyət göstərib.
Qeyd edək ki, Şamil Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun oğludur.