USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

ABŞ qüvvələrinin İrana endirdiyi zərbələr zamanı su təchizatı obyektlərinin hədəfə alındığı bildirilir.
İran mediasının yaydığı məlumata görə, hücum nəticəsində iki su anbarına ziyan dəyib. Hadisədən sonra ətraf ərazilərdə içməli su təchizatında fasilələr yaranıb.
Rəsmi qurumlar zərərin miqyası və obyektlərin bərpası ilə bağlı araşdırmaların davam etdiyini bildirirlər.
Hadisə ilə bağlı əlavə məlumatların açıqlanacağı gözlənilir.