USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Balakən-Bakı marşrutu üzrə sərnişin qatarının hərəkət cədvəlində dəyişiklik edəcəyini açıqlayıb.
Qurumun məlumatına görə, yeni cədvəl iyulun 1-dən qüvvəyə minəcək və hər iki istiqamətdə qatarların yola düşmə vaxtı yenilənəcək.
Dəyişikliyə əsasən, Bakıdan Balakən istiqamətinə hərəkət edən qatar əvvəlki 23:50 əvəzinə saat 23:30-da yola düşəcək. Balakəndən Bakıya hərəkət edən qatar isə 22:00 əvəzinə saat 21:10-da yola çıxacaq.
ADY sərnişinlərə səfərlərini planlaşdırarkən yenilənmiş hərəkət cədvəlini nəzərə almağı tövsiyə edib.